Təbiətdən istifadə


Alternativ enerji mənbələri haqqında ümumi anlayış



Yüklə 455,83 Kb.
səhifə49/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   46   47   48   49   50   51   52   53   54
Tİİ İMTAHAN

55. Alternativ enerji mənbələri haqqında ümumi anlayış
Qeyd etmək lazımdır ki, ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə olunur. Azərbaycan da özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Alternativ enerji daha çox gələcəyə yönələn perspektiv sahədir və bu enerjidən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, o, ekoloji cəhətdən heç bir problem yaratmır, təbiəti heç bir zərərli tullantı ilə çirkləndirmir və iqtisadi səmərililik baxımından əlverişlidir.
Alternativ energetika təkcə eyni amanda ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır.
Ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 2015-2018-ci illər üçün agentliyin strateji planı hazırlanıb. Bu planda hədəf-alternativ və bərpa olunan enerji resurslarının istehsalının artırılması və ondan səmərəli istifadə olunması, məqsəd-bərpa olunan enerji potensialının müəyyən olunması və ondan istifadənin genişləndirilməsi, fəaliyyət olaraq isə ölçü-müşahidə stansiyalarının qurulması göstərilib. 
Alternativ energetikanın əsasında bərpaolunan enerji durur. Bərpaolunan, ya da “yaşıl enerji” – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur.
Alternativ (bərpa olunan) enerji mənbələrinə aşağıdakılar aid edilir:
Günəş enerji (Helioenergetika),
Geotermal enerji,
Külək enerjisi,
Qabarma və çəkilmə,
Kiçik su elektrik stansiyalar (hidroenerji)
Biokütlə enerjisi.



Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə