Təbiətdən istifadə


Proqnazlaşdırma və planlaşdırma, onların əlaqələri və fərqləri



Yüklə 455,83 Kb.
səhifə46/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
Tİİ İMTAHAN

52.Proqnazlaşdırma və planlaşdırma, onların əlaqələri və fərqləri

Proqnozlaşdırma və planlaşdırma, onların qarşılıqlı əlaqəsi və fərqlər. Təsərufat fəaliyyətini tənzimləmək üçün zamanı 4 mərhələyə bölmək olar.



  1. Proqnoz

  2. Prespektiv və uzun müddətli planlaşdırma

  3. Cari, texniki iqtisadi planlaşdırılma (1 saatdan 1ilə qədər)

  4. Operativ təqvim planlaşdırılma (1saatdan 1 aya qıdır)

Proqnozlaşdırma təbiəti qoruyan fəaliyyətin tənzimlənməsinin I mərhələsidir. O planların hazırlanmasından əvvəl olur. Proqnoz gələcəkdə obyektin inkişafına qiymət vermək, planlaşdırmanın müəyyən məqsədlərinə çatmadığınа istiqamətlənir. Tənzimləmənin II mərhələsi planlaşdırmadır. Proqnozlaşdırılmamış planlaşdırma səmərəli olmur.
Təbiəti qoruyan fəaliyyətin tənzimləmə mərhələsi sxemdə göstərilir.

Ətraf mühitin vəziyyətinin proqnozlaşdırılması






Ətraf mühitin səmərəli istifadəsi və qorunması planı

Nail olunmuş nəticələrin qiymətləndirilməsi

↑ ↓




Hazırlanmış planın həyata keçirilməsi

Proqnozlaşdırma təbiəti qoruma fəaliyyətində aşağıdakı funksiyaları yerinə yetirir.



  1. Planlaşdırmanın sərhədlərini müəyyən edir.

  2. Hər hansı dəyişikliklərin ehtimalını qiymətləndirir(plan bu ehtimalları nəzərə alaraq tərtib edilir).

  3. Plan şöbəsini planı tərtib etmək üçün ilk göstəricilərlə təmin edir.

  4. Plan şöbəsi məqsədə çatmaq üçün variantları seçməyə imkan verir.

  5. Siqnal kimi fəaliyyəti davam etmək üçün onun nəticələri haqqında plan şöbəsini xəbərdar edir.

Proqnozlaşdırma ilə planlaşdırmanın prinsipal fərqləri var.

  1. Proqnozlaşdırmada informasiya təxmini olur və spesifik proqnoz fəaliyyəti nəticəsində əmələ gəlir.

Planlaşdırma daha ciddi hesab metodlarına əsaslanır və dəqiq olur.

  1. Proqnozda problemin alternativ həlli variantları baxıla bilər. Plan həmişə konkret xarakter daşıyır.

  2. Planlaşdırma idarəetmə qərarların qəbul edilməsinə və praktiki həyata keçirilməsinə istiqamətlənir, proqnozlaşdırma - belə bir qərarları qəbul etmək üçün elmi əsas yaradır.

Təbiətdən istifadədə proqnoznozlaşdırma bir-birindən fərqlənirlər:

  1. Proqnozların miqyasına görə

  2. Vaxtına görə

  3. Proqnozun istiqamətinə görə

  4. Proqnozlaşdırma obyektin xarakterinə görə

  5. Hadisələrə görə

Proqnozlaşdırma miqyasına görə bölünür; lokal (təbii obyekt rayon,sahə, ərazi üzrə proqnozlaşdırılır), ragional (bir neçə rayonu birləşdirən proqnoz) , milli (ayri-ayri dövlətlər və ya onların qrupları görə) və qlobal.
Vaxta görə:

  1. Cari (bir aya qədər; məsələn iqlim proqnozları , şəhərlərdə atmosfer havasında çirkləndirici maddələrin qalma müddəti , daşqınların müddəti).

  2. Qısa müddətli (bir aydan bir ilə qədər) ətraf mühitin çirklənməsi iqlimin proqnozlaşdırılması.

  3. Orta müddətli ( bir ildən beş ilə qədər) ətraf mühitin çirklənməsinin qiymətləndirilməsi, təbii obyektlərin vəziyyətinin qiymətləndirilməsi, təbiətdən istifadə edilməsinin iqtisadi istiqamətinin proqnozu.

  4. Uzun müddətıli (beş il və yirmi il) qlobal proqnozlar , təbii resurslarla təmin olunması demoqrafik proqnozlar, ekosistemin vəziyyətinin qiymətləndirilməsi.

Proqnoz istiqamətinə görə iki yerə bölünür: axtarış proqnozu və normativ proqnoz. Axtarış proqnozu ondan ibarətdir ki, tendensiyanı saxlasaq obyekt necə inkişaf edəcək. Çox vaxt burada belə sual verilir nə olacaq əgər...
Normativ proqnoz proqnozlaşdırılma obyektin gələcəkdə güman edilən yollarını və o vəziyyətə çatmaq üçün vəziyyətini proqnozlaşdırmaq .burada sual - nə edək ki...
Proqnozlar olur:



  1. Tibbi bioloji (sağlamlığa vəziyyəti və ömrün uzunluğu)

  2. Ekoloji (ekosistemin vəziyyəti)

  3. Coğrafi (dənizin, okeanın vəziyyətini öyrənmək)

  1. Vulkanik

  2. Resurslar

  3. Texniki-texnoloji (müxtəlif texniki qərarların tətbiqi)

  4. Qlobal

  5. Iqlim

  6. Ətraf mühitin çirklənməsi.


Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə