Təbiətdən istifadə


Kiçik su elektrik stansiyalar



Yüklə 455,83 Kb.
səhifə52/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   46   47   48   49   50   51   52   53   54
Tİİ İMTAHAN

Kiçik su elektrik stansiyalar
Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür.
Su elektrik stansiyalarının tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır.
Kiçik su elektrik stansiyaların mənfi tərəfi – bir elektrik enerji mənbəyindən asılı olması əhali üçün problem yarada bilər və su anbarı çox əkin sahələrini məhv edə bilər.


Biokütlə enerjisi
Azərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:

  • yanma qabiliyyəti olan sənaye tullantıları;

  • meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;

  • kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;

  • məişət və kommunal sahələrinin tullantıları;

  • neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.

Aparılmış tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, Azərbaycan Respublikasında hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2,0 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakıda Balaxanı təkrar emal zavodu tullantıları emal etməyə imkan yaradıb.
56. Torpaq resursları, onlardan səmərəli istifadə edilməsi, mühafizəsi və dəyişilməsinin proqnozlaşdırılması

Torpaq xarici mühitin mühüm amillərindən biri olmaqla təbiətin başlıca nemətidir. Torpaq maddi nemətlər istehsalının əsası və xalqın tükənməz sərvətidir. Torpaq - insanın həyat vasitəsidir, ona görə də torpaqdan səmərəli istifadə etmənin ümumdövlət, ümumbəşər əhəmiyyəti var. Planetimizin 510 mln km2 sahəsi vardır. Bunun 149 mln km2 quru, 361 mln km2 isə sudur. Torpaq kənd təsərrüfatı istehsalatında başlıca istehsal vasitəsidir. Kənd təsərrüfatı məhsulları və onun xammalından hazırlanmış sənaye məhsulları xalq istehlakının ¾ hissəsini təşkil edir. Ölkəmizdə əhalini ərzaq məhsulları ilə, sənayeni isə kənd təsərrüfatı xammalı ilə təchiz etmək dövlətin aqrar siyasətinin əsasıdır.


Dünya üzrə əkinçilik üçün yararlı sahələr azdır. Bunun genişləndirilməsi isə çətin və böyük xərc tələb edir.


İnsan öz fəaliyyəti ilə təbii şəraitə təsir edir. Onun xassələrini pozur. Buna görədə torpağın mühafizəsi onun fiziki xassələrinin kimyəvi və bioloji tərkibinin saxlanmasına yönəlməlidir.
Torpağın mexaniki elementləri birləşərək onun quruluşunu əmələ gətirir. Bu da torpağın məhsuldarlığı və münbitliyi üçün əsas əlamətdir. Münbütlük təbii, süni və iqtisаdi оlur. Kənd təsərrüfаtının bitkiçilik sаhəsində məhsulun çıхışı çох vахt təbii münbitlikdən аsılıdır.
Аntrоpоgen təsirdən аsılı оlаn əlаvə münbitliyə süni münbitlik deyilir. Təbii (Mt) və süni (Ms) münbitliyin cəminə iqtisаdi (Mi) münbitlik təşkil edir.
Mi = Mt +Ms
T əbii münbitliyin оbektiv təbii nоrmаsı vаr – Təbii münbitliyin аşаğı düşmə аstаnаsı.
Bu аstаnаyа yахınlаşаndа (yəni təbii münbitlik aşağı düşəndə) insаn tərəfindən yаrаdılan bütün istehsаl vаsitələri (teхniki qüvvə, süni qübrələr) istifаdəsi səmərəsiz оlur. «Ekоlоji аstаnаnın» həcmisini mütləq bilmək lаzımdır.
Sхemdə gördüyümüz kimi süni münbitliyi istifаdə edərək iqtisаdi münbitliyi аrtırmаq оlаr 0to. Lаkin təbii münbitliyin istifаdəsi eyni nоrmаdа qаlsа o ekоlоji аstаnаnı kecə bilər (t1-da) оndа iqtisаdi münbitliyin аrtıq dərəcədə аşаğı düşməsi müşаidə оlunur. Оnа bахmаyаrаq ki, suni munbitlik (yəni kаpitаl qоyuluşu) аrtаcаq.
Torpaqlar strukturlu, struktursuz olur.

Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə