Təbiətdən istifadə



Yüklə 455,83 Kb.
səhifə1/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
  1   2   3   4   5   6   7   8   9   ...   54
Tİİ İMTAHAN




1.Təbiətdən istifadə anlayışı və təsnifatıı

“Təbiətdən istifadə” sözün geniş mənasında cəmiyyətlə təbiətin qarşılıqlı münasibəti şəraitində bir-birinə təsir prosesidir. İnsanın həyat tərzi və istənilən fəaliyyət növü, əməli olaraq təbii şəraitdən və təbii ehtiyatlardan istifadə edilməsi, ətraf mühitin vəziyyətinin dəyişməsinə, tarazlığın pozulmasına səbəb olur. Təbiətdən istifadənin öyrənilməsi və istifadə edilməsinin nizamlanması müəyyən ixtisaslaşmalar əsasında təbii ehtiyatlardan səmərəli istifadə etməklə ətraf mühitin mühafizəsi deməkdir. Deməli, qısa mənada təbiətdən istifadəətraf mühitin mühafizəsi və təbii resursların ilkin mənimsənilməsi, istifadəsi üzrə insan fəaliyyətinin xüsusiləşdirilmiş sistemidir.


Qədim dövrdə insanın ərtaf mühitə təsirı nisbətən az idi və təbiətdə radikal ekoloji dəyişikliklərə gətirə bilməzdi. Ancaq XX-ci əsrdə məhsuldar qüvvələrin güclü inkişafı nəticəsində, bəşəriyyətin taleyi cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin xarakterindən asılı vəziyyətə qaldı.
Müasir dövrdə təbiətdən istifadəyə aşağıdakı istiqamətlərdə baxılır:

  1. Cəmiyyətin təbii resurslarla təmin olunmasına və ətraf mühitin keyfiyyətinin saxlanılmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyət kimi.

  2. Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi prosesində yaranan münasibətlər sistemi kimi.

Təbiətdən istifadəyə, insanların ətraf mühitin dəyişdirilməsi ilə birbaşa və dolayı yolla əlaqədə olan fəaliyyətinin xüsusi növü kimi də baxmaq olar. Bu zaman təbiətdən istifadənin növləri ayrılır: əsas (kənd təsərrüfatı, su təsərrüfatı, hidroenergetika); köməkçi (istehsal prosesində sudan istifadə); əlavə (ətraf mühitin mühafizəsi).
Hüquqi nöqteyi-nəzərdən təbiətdən istifadə iki növdə həyata keçirilir: ümumi və xüsusi.
Ümumi təbiətdən istifadə heç bir xüsusi razılıq, icazə tələb etmir. Bu təbiətdən istifadə insanlara verilmiş təbii hüquq əsasında həyata keçirilir, və onların dünyaya gəlməsi və yaşaması üçün verilmiş insani hüquqlardır (məsələn, insanlar nəfəs almalıdır, günəş enerjisindən faydalanmalıdır və s.).
Xüsusi təbiətdən istifadə isə vətəndaşlar və təsərrüfat subyektləri (müəssisələr, fir­malar, təşkilatlar) tərəfindən o zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qaydalar, və səlahiyyətli dövlət orqanlarının icazəsi verilmiş olsun.
Bu istiqamətli təbiətdən isti­fa­də məqsədyönlü xarakter daşıyır və torpaqdan, yerin təkindən, sudan, meşədən istifadə, heyvanat və bitki aləmindən, habelə atmosfer havasından istifadə etmək istiqamətində həyata keçirilir.




  1. Yüklə 455,83 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə