Təbiətdən istifadə



Yüklə 455,83 Kb.
səhifə51/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   46   47   48   49   50   51   52   53   54
Tİİ İMTAHAN

Külək enerjisi dünyada ən çox isifadə olunan alternativ mənbədir. Daha dəqiq desək, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.
Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Bu enerjidən Abşeron yarımadasında və ondan şimal və cənub istiqamətində istifadə edilir. Hal-hazırda Yaponiya firmasının köməyi ilə Bakının ətrafında 3 elektrostansiya tikilir. ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar (küləyin orta illik sürəti 4 m/san olmalıdır ki, avadanlığın quraşdırılması səmərəli olsun).
Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.


Qabarma və çəkilmələr – günəş və ayın təsiri nəticəsində oken və dənizlərin səthində suyun hərəkətinə deyilir (ən hündür qabarma ABŞ – 18m). Qabarma və çəkilmələrin enerjisindən alternativ enerji mənbəyi kimi istifadə etmək olar. Bunlar dəniz sularının artmasının, dalğaların enerjisini insan tələbatını ödəyən enerjiyə çevirilməsi yolu ilə alınır. Bu kimi elektrik stansiyalarını okean və dəniz sahillərində (qırağlarında) qururlar, çünki orada günəşin və ayın cazibə gücləri sutkada iki dəfə suyun səviyyəsini dəyişirlər. İlk dəfə Fransada (La-Marş), hazırda isə başqa ölkələrdə də qabarma elektrik stansiyaları tikilir. Xəzər dənizində qabarma 1 metr olduğuna görə bu üsüldan istifadə edilmir. Nəzərdən keçirilir dalğanın gücündən istifadə etmək.



Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə