Təbiətdən istifadə


Proqnozlaşdırma metodları



Yüklə 455,83 Kb.
səhifə47/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
Tİİ İMTAHAN

53. Proqnozlaşdırma metodları
Hal-hazırda təxminən 150 müxtəlif proqnozlaşdırma metodları məlumdur, amma ən çox 15-20 metod istifadə olunur. Proqnozlaşdırma metodlarını təsnifat edəndə, onların metodların və fərdi üsulları anlamaqla imkan yaranır.
Proqnozlaşdırma metodu – metodların və üsulların məcmusudur, petropektiv (keçmiş) göstəricilərin təhlilinə, həmçinin proqnozlaşdırma obyektinin xarici və daxili əlaqələrinin öyrənilməsinə yönəldilmiş, bu da gələcəkdə onun vəziyyəti haqqında müəyyən ehtimalılığın formalaşmasına imkan verir.
Təsnifatı şəkil 1-dəki kimi göstərmək olar.

İntuitiv metodlar ya proqnozlaşdırılan obyektin çox sadə, ya da çox mürəkkəb, gələcək üçün müəyyən oluna bilməyən halında tətbiq olunur. Bu halda, analitik olaraq bir çox faktorların obyektə təsirini, həddən çox olduğuna görə nəzərə almaq mümkün olmur. Alınan individual və kollektiv ekspert qiymətləndirmələri ilkin verilənlər və ya son proqnoz kimi dəyərləndirilir.
İntervyu* (müsahibə) metodu - fərdi ekspert qiymətləndirməsidir. Bu qiymətləndirmə ekspert tərəfindən əvvəlcədən suallan analiz etmədən formalaşdırılır və ona görə də bir mənalı şərh olunmur. Müsahibənin keyfiyyətli alınması ekspertlə yanaşı sualları verən proqnozçudan da asılıdır. Çünki sualların məzmuna, mahiyyətinə, ardıcıllığına, bir-birindən asılılığına görə onları tərtib edən məsuliyyət daşıyır.
Analitik metod - ekspertin hər hansı bir məqalə, analitik yazılarda verdiyi rəy, münasibət, yanaşma ilə bağlıdır. Öz fikrini formalaşdırarkən ekspert ona lazım olan bütün informasiyadan istifadə edə bilər.
Ssenarilər metodu - ssenarilər qurularkən bir-birilə səbəbnəticə münasibətləri ilə bağlı olan, fərz olunan hadisələrin məntiqi ardıcıllığına fikir verilir. Bu model yalmz son nəticənin deyil, həm də prosesin modelidir. Hadisələrin ardıcıllığına zaman koordinat sistemində baxılır. Bu metodika prosesə təsir edən faktorların müəyyən olunmasını tələb edir. Ssenarilər metodu idarə olunan proseslərin bir hissəsinə və ya tam şəkildə tətbiq oluna bilər.

Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə