Təbiətdən istifadə


Fənnin predmeti və vəzifələri. Təbiətdən istifadədə proqnoz



Yüklə 455,83 Kb.
səhifə2/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   2   3   4   5   6   7   8   9   ...   54
Tİİ İMTAHAN

Fənnin predmeti və vəzifələri. Təbiətdən istifadədə proqnoz

Təbiətdən səmərəli istifadənin mahiyyəti, xətti iqtisadiyyatı dairəvi iqtisadi prosesə çevirməkdən ibarətdir. Yəni, istehsal prosesi elə təşkil olunmalıdır ki, tullantılar, zay məhsullar təkrar xammal kimi istifadə oluna bilsin. Bu ekosistemin yüklənməsini azaldır, təbiətdən istifadəni sərfəli edir.
Təbiətdən qeyri səmərəli istifadə ətraf mühitə antropogen təsiri əhatə edir. Yəni, ətraf mühitin çirklənməsi, təbii landşaftın korlanması, ayrı-ayrı bitki və heyvan növlərinin məhv edilməsi, ekosistemin elementləri arasında baş verir ki, bu da “deteriorasiya” (pisləşmə, xarab olma) adlanır.
Təbiətdən qeyri səmərəli istifadə olunması ekoloji böhranlara gətirir, əksinə təbiətdən səmərəli istifadə olunması isə nəinki maddi nemət alınmasina, habelə ətraf mühitin mühafizəsinə səbəb olur.


Təbiətdən istifadə sahəsinin mütəxəsisləri qarşısında aşağıdakı vəzifələr durur:

  • təbiətdən səmərəli istifadə vasitələri, metod və formalarının tədqiq edilməsinə və əlverişli həyat şəraitinə nail olmaq;

  • ehtiyatların kompleks istifadəsinə yönəldilmiş tədbirlərin əsaslandırılması və hazırlanması;

  • iqtisadiyyatın ekolojiləşdirilməsini əsaslandırmaq;

  • gələcək nəsillərin mənafeyini nəzərə almaqla cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqənin optimallaşdırma metodlarını işləyib hazırlamaq;

  • təbiətdən istifadənin idarə edilmə sistemində dövlət və regional orqanların səmərəli formalaşdırılması;

  • təbiətdən səmərəli istifadə sahəsində qabaqcıl təcrübənin təhlili və ümumiləşdirilməsi və s.



Təbiətdən istifadədə proqnoz - yerli, regional və qlobal miqyasda təbii ehtiyat potensialının və təbii ehtiyatlara olan ehtiyacın dinamikasının proqnozlaşdırılması deməkdir.
Təbii ehtiyatların istifadəsini proqnozlaşdırmaq - iqtisadi, sosial, texniki və ekoloji məhdudiyyətlər və imkanlar nəzərə alınmaqla iqtisadi dövriyyəyə cəlb edilə bilən təbii sərvətlərin həcminin ilkin müəyyən edilməsidir. Nəzəri (ekspert və ya hesablanmış) qiymətləndirmə olaraq müəyyən bir proqnoz dövrü üçün aparılır.

Yüklə 455,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə