Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   2   3   4   5   6   7   8   9   10   ...   135

Milli Kitabxana

22

Q u l u.  Ağa,  vallah,  təqsir  məndə deyil,  Nabatdadır.  Aydınlıq  gecdir,  həyəti



süpürməyə başladım.  Nabat  gəlib  birdən  başıma  bir  qapaz  salıb  qaçdı.  Mənim  də

elimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərəndən içəri düşdü.

H a c ı  M u r a d. Kafir uşaqları kafir.  Yeyin mənim yağlı-yağlı xörəklərimi,

sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya

getmişdim, şüşənin səsindən diksinib qalxdıqda tiyə ayağımı kəsdi.

Q u l u (kənara). A... indi basdırdığı yeri də bildim.

H a c ı  M u r a d.  Get,  zirzəmidə divarın  çatlağında  pambıq  gizlətmişəm  və

küncdə əsgi var. Tap buraya gətir.

Qulu gedir.

H a c ı M u r a d. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur.

Gərək adamın arvadı ola ki, canı rahat ola yoxsa arvadsız kişinin günü it günüdür.

Yəni  bir  tərəfə də baxanda  arvada  da  etibar  yoxdur.  Evin  baş  oğruları onların

özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu tənbəl. Məni görüb

ayağı da axsamağa başladı.

Q u l u. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.

H a c ı M u r a d. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni allah elə edər.

İndi gəl ayağımı sarı.

Q u l u (Hacı Muradın ayağını bağlarkən kənara). Xəsis kaftar. İt sümük yığan

kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əsgi ilə, əlinə hər

nə düşübdür, siçan kimi yuvasına yığıbdır.

H a c ı

M u r a d.  İndi  həkim  olsaydı,  bir  parça  pambıqdan  ötrü əpteyə



göndərib məndən xeyli pul çıxartmışdı. Adam belə olmasa pul yığa bilməz.

Q u l u.  Ağa,  vallah  mən  belə pul  yığsaydım,  indi  mənim  də sənin  kimi

dövlətim vardı.

H a c ı  M u r a d.  Sən  niyə zəhmət  çəkəsən?  Ağanın min əziyyətlə

qazandığından yeyib eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz

bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi

get  orda  dur.  (Çağırır.)  Nabat,  Nabat!  (Nabat  daxil  olur.)  Xanım,  indi  de

papaqaldıqaç oynuyursan?

N a b a t.  Ağa,  vallah,  Qulu  yalan  deyir,  nahaq  yerdən  gəlib  məni  sənə

çuğullayır.




Milli Kitabxana

23

Q u l u. Yəni gündə hər səhər-axşam samovarı təzələyib xanım kimi altı-yeddi



istəkan salma çay içdiyini də yalan deyirəm.

N a b a t. Ağa, vallah, yalan deyir, inanma Quluya. Mən də sənin kimi gizlin,

gündə ocaqda yumurta bişirib yeyirəm?

Q u l u. Ağa. Nabat qəndi doğrayanda ciblərinə doldurur.

H a c ı  M u r a d.  Dayanın,  kafir  usaqları,  siz  mənim  evimə quldurluğa

gəlmisiniz, mənim evimi tar-mar etmişsiniz. Mənim xəbərim yoxdur, bu saat sizin

divanınızı edəcəyəm.

Qalxıb istəyir ki, ağacına tərəf getsin, Qulu və Nabat qaçırlar. Hacı Murad da ayağının

ağrısından ufultu ilə yerə yıxılır.

Pərdə

İKİNCİ  PƏRDƏ

Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvverdir, otağın pəncərəsi

bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib.

İmran isə gəzinir.

İ m r a n. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi

zülmə davam edib səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O

günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi,

pul ver həkim gətirim. Deyir həkim zad lazım deyil. İkicə gün ac qalsın sappasağ

olsun  ayağa  dursun.  Hamı  azar,  deyir,  yeməkdəndir.  Az yesin,  qanı  da  az  olsun.

Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özgədən borc

alıb  həkim  gətirdim.  Sənə də demədim  ki,  ürəyin  sıxılar.  Nə deyim,  allahın  belə

birəhm ata yaratdığına təəccüb edirəm.

G ü l z a r. İmran, bir ata ki qızını bu mal-dövlətlə on iki il bacı evində qoya ki,

xərc çıxmasın, daha ondan nə ummaq olar?

İ m r a n. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq.

G ü l z a r. Necə, atam sənə nə deyib?

İ  m  r  a  n  .  Nə deyəcək?  Vaxtı  ki,  karvansaranı  və dükanları  satmamışdı,

oğlumsan və qızım da sənindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onların

hamısını satıb pul elədi və sandıqlara doldurdu, daha  mənə ehtiyacı qalmadı. İndi

sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm.



Milli Kitabxana

24

G ü l z a r. Yəni bu sözləri özü dedi?



İ m r a n.  Xeyr,  sən  azarlı olan  vaxtı  bazarda  Hacı  Qəhrəmanın  dükanında

oturubmuş.  Hacı  Qəhrəman  məni  tərif  edirmiş:  deyirmiş  ki,  Hacı  Murad,  sən  çox

xoşbəxtsən  ki,  İmran  kimi  kürəkənin  var.  O  vaxtı,  o  da  həmin  cavabı vermişdi.

Bundan əlavə, özüm də görürəm ki, məni çox incidir ki, təngə gəlib gedəm.

G ü l z a r. Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. Mən

belə atanı necə sevim?

İ m r a n. İndiyədək mənim adım sənin üstündə olduğuna görə hər kəsin qabağı

alınmışdı. Bundan sonra buradan elçilərin ayaqları kəsilməz.

G ü l z a r. İmran, səhv edirsən. Belə iş olmaz. Cəmi şəhər bilir ki, mən sənə ad

olunmuşam, heç kəs cürət edib bu qapıya gələ bilməz.

İ m r a n. Gülzar, o səni mənə heç vaxt verməyəcəkdir. Onun fikri odur ki, səni

bir dövlətli adama verə ki, ondan nəfbərdar ola.

G ü l z a r. İmran, buna heç inana bilmərəm. Yəni atamın fikri odur ki, mənlə

alış-veriş edib qazanc eləsin?

İ m r a n.  İnanmamağa  haqqın  var,  çünki  sən  atanla  az  olmusan.  Onu  yaxşı

tanıya bilməzsən.

G ü l z a r. İmran, atam o qədər zalım ola bilməz. Bizim məhəbbətimizə rəhmi

gəlib bir-birimizdən ayırmaz.

İ m r a n.  Gülzar,  özün  bilirsən  ki,  məni  burada  saxlayan  məhz  sənə olan

məhəbbətimdir.  Amma  bunu  atana  qandırmaq  mümkündürmü?  Onun  məşuqəsi

puldur. Onun namazı sandıqdır ki, gündə beş dəfə durub baş çəksin. Onun Kəbəsi

mücrüdür  ki,  gündə yeddi  dəfə başına  dolansın.  Gülzar,  çox  çəkməz  ki,  atan  səni

bir dövlətliyə verməyi aşkar edər və heç bir qanlı göz yaşı onun qət etdiyini poza

bilməz. O vaxtı mənim ilə getməyə razısanmı?

G ü l z a r. Əlbəttə razıyam. Sənsiz mənə dirilik yoxdur.

Nabat daxil olur

N a b a t.  Xanım,  Dürrə xanım  gəlib  səni  görmək  istəyir.  Gülzar və Nabat

çıxırlar.

İ m r a n  (yalqız).  Zavallı  qız,  çox  böyük  müsibətdir ki,  atan  ola,  özün  yetim

sayılasan. Dövlətin ola, kasıb kimi hər şeyə möhtac olasan.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə