Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

Milli Kitabxana

25

Hacı Murad əlində əsa daxil olur.



H a c ı M u r a d. Əhvalın necədir, İmran ağa? Nə qəm dəryasına batmısan?

İ m r a n.  Sizdən  rica  edirəm  ki,  mənlə rişxənd  ilə danışmayasınız.  Mən  ağa

olsaydım, sənin üçün nökər, dalandar olmazdım.

H a c ı M u r a d. Acığın niyə tutur, adam özü  üçün pul qazanmağa çoban da

olar,  arabaçı  da  olar,  hətta  hambal  da  olar.  Görmürsənmi  mən  qoca  kişi  necə

çalışıram? İndi bu saat bazardan gəlirəm. Ac-susuz, altı saatdır o tacirin, bu tacirin

dükanının qabağını kəsdirib borc yığıram. Bunların hamısı sənin işindir. Lakin sən

əlini  ağdan  qaraya  vurmaq  istəmirsən.  Deyirsən,  qoy  Hacı  Murad  zəhmət  çəkib

qazansın, axırda mənimdir. Əlbəttə, sənindir. Mənim daha kimim var. Amma yenə

də lazımdır ki, özün də çalışıb qara gün üçün pul qazanasan.

İ m r a n  (kənara).  Görəsən  yenə nə kələyi  var.  Xeyr,  hiyləsinə aldanmam.

(Hacı Murada) Xeyr, məni əfv edəsiniz. İndiyə kimi çalışdığım bəsdir.

H a c ı M u r a d. Oğlum, ağlını başına cəm elə, yenə irəliki kimi işə-gücə get.

Yoxsa  səni  danlayıb  nəsihət  etdiyimdən  inciyirsən?  Mən  sənin  xeyrindən  ötrü

çalışıram. İstəyirəm ki, ağıllı, kamallı adam olasan ki, mən də öləndə bu dünyadan

arxayın gedim.

İ  m  r  a  n  (kənara).  Ay ilan,  dilin  baldır,  dişin  zəhər.  (Hacı  Murada)  Təəccüb

edirəm  ki,  bazarlarda  mənə nökər  adı verib  dükanlarda  danışırsan.  Amma  evdə

olduq da oğlumsan, malım, canım hamısı sənindir deyirsən.

H a c ı  M u r a d.  Nökərimsən? Əstəğfürulla,  belə söz  mənim  ağzımdan

çıxmamış.  İnanma,  oğlum,  bunlar  düşmən  böhtanıdır.  Onlar  istəyir  ki,  ata-oğul

arasına inciklik salıb ondan nəfbərdar olsunlar.

Bu halda Məhərrəm bəy daxil olur.

İ m r a n (kənara). Zalım oğlu nə pis yerdə gəldi.

M ə h ə r r ə m  bəy.Salaməleyküm,hacı. Kefin necədir?  İmran oğlan,  xoş

gördük.


H a c ı  M u r a d.  Salaməleyküm,  Məhərrəm  bəy.  Buyur,  buyur,  nə əcəb  biz

tərəflərə də qədəmi-şərifinizi basdınız. Qədim dostunuzu yada saldınız?




Milli Kitabxana

26

M ə h ə r r ə m b ə y. Ay hacı,  işlər olub  çox,  özüm  də tək, əgər gədə-güdə



ümidinə qoyursan,  hərəsi  bir  tərəfə çəkib  evimi  dağıdır.  Hanı keçən  vaxtlar,  hanı

qədim adamlar? Etibar, hörmət, izzət, insaniyyət, hamısı onlarnan getdi.

İ m r a n (kənara). Yaxşı tapışmıslar. Xəsislikdə bir-birlərindən qalmazlar.

H a c ı


M u r a d.  Bəli,  bəli,  çox  yaxşı  buyurursan.  Zəmanəmiz  çox  pis

zəmanədir.  Qocalar  ömür  çürüdür,  pul  qazanırlar,  cavanlar  isə əllərini  bellərinə

qoyub ver yeyim, ört yatım deyirlər.

M ə h ə r r ə m b ə y. Ay hacı, sənin nə dərdin var? İmran kimi işləyən, can

yandıran  köməkçin  var.  Dərd  mənim  dərdimdir  ki,  heç  kəsim  yoxdur.  Özüm də

gün-gündən geri gedirəm, kənd-kəsəyi dolandıra bilmirəm.

H a c ı M u r a d. Doğru buyurursan, İmran çox canyandıran oğlandır. Ancaq

bu  axır  vaxtlarda əlini  ağdan-qaraya  vurmaq  istəmir. İndi  sən  gələndə onun  üstə

danışıq edirdik. İmranın atası rəhmətlik Şeyx Əli çox yaxşı, rəhmli adam idi. Ölən

zaman  Təbrizdə çox  pulları  batdı. Ələ bir  şey  gəlmədi.  Çox  adama  pulu  kağızsız

vermişdi.  Kağızı  olanlar  da  fağır  adı  ilə yedilər  getdi.  Tacirbası Hacı Əlinin  o

zaman  bir  pirkeşiyi  vardı.  Məmməd  Sadıq  adlı.  Şeyx Əli  vəfat edəndə iki  min

manatı o şəxsdə qalmışdı; pulu olmadı ki, versin. Ondan bəri, o pul onda qalıbdır.

Öldü-qaldısından  da  xəbərim  yoxdur.  İndi istəyirəm  İmranı  onun  dalınca  İrana

göndərəm, həm özü ücün səyahət etsin, həm də pulları alıb gətirsin.

İ m r a n  (kənara).  Hə,  indi  bildim  ki, mənə etdiyi  bu  qılıqlar  nə üçün  imiş.

Məni Gülzardan ayırmaq fikrindədir.

M ə h ə r r ə m b ə y. Çox yaxşı fikirdir. (kənara) Deyəsən işim əvvəldən yaxşı

gətirir. (Hacı Murada) İndi, ay hacı. Evdə sandığı açıb köhnə kağızlara baxırdım.

Atamın  siyahi  dəftəri əlimə düşdü.  Baxıb  gördüm  ki,  cümlə borcların  üstünə öz

xətti ilə qələm çəkilmişdir. Ancaq mərhum atanıza yüz manat borcu var imiş. Onun

üstə qələm  cəkilməmişdir.  Dərhal  durub  gəldim  ki,  o  borcu  sizə verib atamın

boynundan saqit edəm. Buyurunuz.

Hacı Murad alıb sayır.

İ m r a n (kənara). Burada bir sirr var. Onsuz deyil, yoxsa xəsislikdə bu ondan

qalmaz.



Milli Kitabxana

27

H a c ı M u r a d. Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi?



M ə h ə r r ə m  b ə y. Ay  hacı,  indiki  adamlarda  halal,  haram  nədir? Borc

vermək nədir?

H a c ı M u r a d. Doğru buyurursunuz, bu saat bazardan gəlirəm. Səhərdən o

dükanın,  bu  dükanın  qabağını  kəsdirib,  müamiləsiz-zadsız verdiyim  borcları  ala

bilmirəm. (İmrana) İmran, qadan alım, zəhmət çək Quluya de çay gətirsin.

İmran çıxır

M ə h ə r r ə m b ə y. İndi de görüm, qardaş sən nə tövr gün keçirirsən?

H a c ı M u r a d. Heç  soruşma,  mənim günüm it  günü.  Adamın bişirib-

düşürəni  gərəkdir,  qulluq  edəni  gərəkdir,  yoxsa  nökər-qulluqçudan  nə rahatlıq

olacaqdır?

M ə h ə r r ə m b ə y. Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün

rahatlıq ilə keçsin.

H a c ı M u r a d.  Ay  sağ  olmuş.  Mənim  ömrüm  keçmişdir,  qocalıqda  nə

yorğalıq. Mən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha

şükür,  nəyin əskikdir?  Altı-yeddi  mədaxil  gətirən  göyçək  qız  al,  gətir  evinə qoy,

gecə-gündüz başına dolansın.

M ə h ə r r ə m b ə y. Hacı, doğru buyurursan. Özümündə xahişimdən  keçir,

ancaq hanı elə qız?

H a c ı M u r a d. Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə necə qız

alıram?


M ə h ə r r ə m  b ə y.  Mən  hazıram  və səni  də o  işdə vəkil  edirəm.  Ancaq

bayzadələrdən olmasın. Özün bilirsən ki, mənim onlarnan qədimdən aram yoxdur.

H a c ı M u r a d. Yaxşı, bəylərə qələmçəkdik. Qaldı sövdəgər sinfi. Onlar da

neçə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum?

M ə h ə r r ə m b ə y. Sövdəgər qismindən hamıdan artıq həqiqi dostum sənsən.

Mən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı.

O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm nə

tövr istəyirsən elə et.

H a c ı M u r a d. Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, dəxi

nə üçün özgə qapısına gedək? Əvvəl evin içi, sonra bayırı.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə