Milli Kitabxana
31
H a c ı M u r a d. Pulsuz-zadsız, dünən bəy özü belə buyururdu.
Ə l i q u l u. Bəli, məvacibim Məhərrəm bəydən çatacaqdır.
H a c ı M u r a d. De görüm, yeməkdə pərgarsan ya yox?
Ə l i q u l u. Xeyr, ağa, çox kəmxörəyəm. Bir neçə xurma ilə dolanmış
adamam.
H a c ı M u r a d. Çox yaxşı. Mənim çox yeyən adamdan acığım gəlir, çünki
adamın gərək heyvandan fərqi olsun. O da ancaq az yeməklə olar. İndi de görüm,
əlin-zadın təmizdirmi?..
Ə l i q u l u. Ağa, bəndə uşaqlıqdan böyüklər evində tərbiyə almışdır. Üst-
başım həmişə təmiz olar.
H a c ı M u r a d. O mənada demirəm. Yəni oğurluq-zad əlindən gələrmi?
Ə l i q u l u. Ağa, əlhəmdüllah, mən müsəlmanam, müsəlman olan şəxs də
oğurluq edərmi?
H a c ı M u r a d. Bəs onda bizim Quludan xəbərin yoxdur. İndi qulaq as, gör
işin nə olacaqdır. Bu otağı ki, görürsən, buraya səndən başqa qeyri nökər, qulluqçu
girməyəcəkdir. Ocaqları qalamaq, samovarı qoymaq, nahar bişirmək, bunların
hamısı sənin işindir. Xülasə, qulluğuna baxaram, yaxşı olsan evimin hər ixtiyarını
sənə verəcəyəm.
Ə l i q u l u. Ümidvaram ki, can-dillə qulluq edib əmrinizi yerinə yetirəm.
H a c ı M u r a d. Adın nədir? Özün haralısan?
Ə l i q u l u. H a c ı M u r a d. Adım Əliquludur, özüm də Tehran əhliyəm.
H a c ı M u r a d. Səni bu şəhərdə tanıyan varmı?
Ə l i q u l u. Xeyr, buraya iki həftədir ki, gəlmişəm və Məhərrəm bəydən başqa
heç kəsi tanımıram.
H a c ı M u r a d. Çox əcəb. Bu gündən sən öz işində ol. (Çağırır.) Qulu! Qulu!
Qulu daxil olur.
Q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Qulu, bu gündən sənin ev işinə qarışacağın olmayacaqdır.
Onların hamısını Əliqulu görəcəkdir. Sənin işin su daşımaq, bağçanı sulamaq,
həyəti süpürmək, bazara getmək olacaqdır. Xülasə, bayır işi sənnəndir, ev işi ilə
Əliqulu məşğul olacaqdır. Daha bundan
Milli Kitabxana
32
sonra qab-qacaq ilə, qənd-çay ilə, pendir-çörəklə, mətbəxlə bilmərrə işin olmasın,
qandın, ya yox?
Q u l u. Bəli, ağa, qandım.
H a c ı M u r a d. Elə deyirsən ki, başa düşdüm, amma işi tutanda tərsinə
edirsən. Təkrar et görüm, nə edəcəksən?
Q u l u. Məsələn, elə ki, gördüm it girib içəri çörəyi yeyir, gərək gedib Əliqulu
əmini tapam gəlsin onu qovsun. Ya da ocaqda süd daşır...
H a c ı M u r a d. Dayan, kafir oğlu kafir. Demədimmi ki, hər şeyi tərsinə
anlayırsan. A məsəl gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki, gördün it
çörəyi yeyir, qov getsin. Burada nə Əliqulu, nə Vəliqulu. Daha nə?
Q u l u. Məsələn, elə ki, gördüm oğru evə girib sandıqları yarır, gərək gedib
Əliqulu əmini durquzam ki, gəlib onu tüfəngləsin.
H a c ı M u r a d. De eşit, a kişi, yeddi ildir ki, bu höcət ayını saxlayıram. Gör
mənim səbrim Əyyub peyğəmbərin səbrindən artıqdımı, daha sənə nə deyim?
Axırda o misal gətirdiyin oğru özün olacaqsan. Get şələ-şüləni yığışdır, bundan
sonra bir saat da səni burada saxlamaram. Niyə dayanıbsan?
Q u l u. Ağa, getməyə hazıram. Ancaq bu neçə ildə mənə qəpik də verməmisən.
Haqqımı ver, baş üstə, gedim.
H a c ı M u r a d. Sənə nə verəcəyəm. Heç bir qara qəpik də vərməli deyiləm.
Haqqın tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə borclusan.
Q u l u. Bəli, müftə qulluq etdiyimiz bəs olmadı, hələ borclu da çıxdıq. İndi ki,
belə oldu, ya sən and iç əl çəkim, ya mən and içim haqqımı ver.
H a c ı M u r a d. İndi də saqqalımın ağ vaxtında durub sənə and içəcəyəm. İtil
cəhənnəmə. Yoxsa durub səni qolu bağlı qazamata göndərərəm.
Q u l u. (çıxarkən). Hacı Murad, xüdahafiz. Sənə göstərərəm mənə Qulu
deyərlər. (Çıxır.)
H a c ı M u r a d. Axırı zalım oğlunun əlindən qurtardım. Kişi, məni təngə
gətirmişdi. Özün görürdün ki, mənə nə tövr cavab verirdi. İndi dur get mətbəxə,
çay-zad hazırla və özün də hər şeydə qənaət gözlə. Hər vaxt çay-qənd lazım olsa
gələrsən özüm verərəm. (Əliqulu gedir.) Hər əsərindən düz adama oxşayır. Amma
yenə insanı tanımaq olmaz.
Milli Kitabxana
33
Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. Yoxsa sonra peşmançılığını
çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasını
ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu!
Əliqulu daxil olur.
Ə l i q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Mən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür.
Ə l i q u l u. Baş üstə, ağa can.
Hacı Murad çıxır
Ə l i q u l u. (yalqız). Çox çalışdıın ki, Məhərrəm bəy məni kəndə göndərsin,
orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan.
Burada da mənə qulluq edəsən, ev işində qabilsən. Amma mən də şəhərdə
qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula məlum
edər, tutdurar, onda qolu bağlı Tehrana sürgün olub, həbsxanada çürüyəcəyəm.
Yox, burada yaşamaq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb
qaçmaq lazımdır. (Abbasını götürüb) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəqin
Hacı Murad məni imtahana çəkib, onda da bu abbası ilə, ay qoca kaftar, mənə
Tehran lotusu Səfdər deyərlər, belə abbası ilə mənim əlimdən qurtara bilməzsən.
Pulların, qızılların yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun
əlindən qurtarıb Əliqulunun çənginə düşdün.
H a c ı M u r a d. (daxil olur.) Otağı təmiz etdinmi?
Ə l i q u l u. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.)
H a c ı M u r a d. Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxayın
ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.
Ə l i q u l u. Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur.
H a c ı M u r a d. Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu çıxır.)
Heç bu zamana adamına oxşamır. Amma Gülzar tərəfdən ürəyim rahat deyil.
Görək nə təhər olacaqdır. Bu gecə də pis yuxu görmüşəm, allah axırını xeyir etsin.
Məni o gördüyüm şeytanın şərindən
Dostları ilə paylaş: |