Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   2   3   4   5   6   7   8   9   ...   135

Milli Kitabxana

16

gecə-gündüz  keşiyini  çəkir  və mənim  kimi  bazburudlu  oğlanı  da  ona  nökər  edir,



yəni  belə malınyeməzin  malını  yemək  haramdır?  Vallahi,  mənə görə halaldan  da

halaldır.  Ancaq  açarları əlimə sala  bilmirəm  və özü  də nə duyursa,  məni  otağına

qoymur.  İndi  gəlib  məni  burada  görsə həşirimi  qatacaqdır.  (Pəncərədən  baxır.)

Odur, gəlir, dədəmin evi yıxıldı.

Süpürgəni yerə atıb tez qaçır, Hacı Murad o biri qapıdan daxil olur.

H a c ı M u r a d. Bu süpürgə burada nə gəzir? Yoxsa  yenə zalım oğlu Qulu

burada imiş. Qulu! Qulu! Kar olsan. Nabat! Nabat!..

Nabat daxil olur.

N a b a t. Nə buyurursan, ağa?

H a c ı M u r a d. Qulu haradadır? Bu süpürgə burada nə gəzir?

N a b a t. Qulu indicə əlində süpürgə buraya girdi.

H a c ı M u r a d. Kafir uşaqları kafir, min dəfə demişəm ki, mənim otağıma, ta

özüm çağırmasam girməyəsiniz. Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm. Bəs

Qulunun özü haradadır?

N a b a t. Ağa, bilmirəm.

H a c ı M u r a d.  Get  bu  saat  harada  isə tap  buraya  göndər.  (Nabat  gedir.)

Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş gətirəcəkdir. Murdar oğlunu görmək

istəmirəm. Üzündən-gözündən oğurluq yağır. (Qulu daxil olur.) Qulu, harada idin?

Səni çağırıram heç səs də vermirsən.

Q u l u. Ağa, bağçada çarhovuza su buraxmışdım.

H a c ı M u r a d.Bu süpürgə burada nə gəzir?

Q u l u.  Ağa,  gəldim,  səndən  izin  alıb  evi  süpürəm,  gördüm  evdə yoxsan,

çıxdım. Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim.

H a c ı M u r a d. Yaxşı, itil get. (Qulu çıxır.) Durum sandığı yoxlayım. Yoxsa

Quluya  etibar  eləmək  olmaz.  Xoş  o adamın halına  ki,  pulu əlçatmaz  və möhkəm

yerdədir.  O  gün  də Məhərrəm  bəy  deyir  ki,  mən  pullarımı  bangə verirəm.  A  kişi,

adam  da  gözü  görə-görə pullarını  özgəyə verərmi?  Bu  dünya  elə dünyadır  ki,

adama  bir  qəpik  də etibar  etmək  olmaz.  Yaxşı,  birdən  o  bangdə pullar  itdi,  ya

vermədilər,  onda  mən  kimdən  alım?  Yox,  səfih  işdir.  (Papağının  içindən əsgiyə

düyünlü açarları çıxardır, dörd tərəfinə baxa-baxa sandığın içindən mücrünü



Milli Kitabxana

17

çıxardıb  pulları  sanayır.)  Gərək  burada əlli  min  manat  ola.  Dünən  də Məşədi

İsmayıl istədi ki, müamilədən kəsə, gördü ki, xeyr, mən o adamlardan deyiləm. (Bu

halda Nabat daxil olur. Hacı Murad cəld mücrünü altına qoyub üstünü çuxası ilə

örtür.) Yenə nə var?

N a b a t. Hacı ağa, Gülzar xanım hamama gedəcəkdir, pul istəyir.

H a c ı M u r a d. Hamama gedəcəkdir? Çox qələt edəcəkdir. Evdə su da var,

od  da  var,  qab  da  var,  qazan  da  var.  Su  qızdırsın  çimsin.  Gələniniz əlini  açır  pul

ver,  gedəniniz  pul ver.  Pul,  pul,  pul!  Haradan  alım?  Deyəsən  xəzinə üstə

oturmuşam. Niyə dayanmısan? İtil get.

N a b a t (gedə-gedə kənara). Qoca kaftar, pulları sandıqlarda gizlədib bir tək

balasına da qıymır.

H a c ı M u r a d  (yalqız).  Yox,  evdə bu  qədər  pulu  saxlamaq  olmaz. Heç

olmasa mücrünü bir başqa yerdə gizlədim. Yoxsa sandıq elə şeydir ki, oğru əvvəl

onun  üstə yüyürər.  (Fikir  edir.)  Tapdım.  Hacı  Saleh  də pulu  gətirsin,  onu  da

bunlara  qatıb  basdırım.  (Mücrünü  yenə sandığa  qoyur.)  Görəsən  nə oldu  ki,  Hacı

Saleh gec gəldi? Şəhərdə bərk səs var ki, Hacı Saleh banqurotdu.

Bu halda Hacı Saleh pərişan bir halda daxil olur.

H a c ı S a l e h. Salaməleyküm.

H a c ı M u r a d. Əleyküməssəlam. Hacı,buyur əyləş. Nə var? Çox pərişansan,

xeyir ola?

H a c ı S a l e h.  Hacı əmi,  dünyanın hansı  işinə baxıb  pərişan  olmayım?

İnsanda  insaf,  rəhm,  sədaqət  qalmayıbdır.  Vaxtı  ki,  işin  sazdır,  sənə ehtiyac  var,

hamı  sənin  qulundur.  Amma  elə ki,  işin  bir  balaca əydi,  hamı  üstünə ayaq  basıb,

sənə qılınc vuracaqdır. Sənə məlumdur ki, bu şəhərin sövdəgərlərinin əksərini mən

pullu etmişəm. Neçələrini dar günündən qurtarmışam. Neçələrinin veksillərini cırıb

atmışam.  İllər  ilə müamiləsiz  pul  borc vermişəm.  Xülasə,  hansını  deyim?  Özün

bilirsən.

H a c ı M u r a d (kənara). Bu müqəddimədən heç gözüm su içmir.

H  a  c  ı S  a l e  h.  Hacı əmi,  Moskvadan  gətirdiyim  mal  tamamilə satılmamış

durur,  barama  da  zərər  çıxartdı.  Alış-veriş  belədir  ki,  beşinə sən  borclu  olursan,

beşi də sənə. Mal satılıb qurtarar, borclar verilər. İndi mənim işim bir az dolaşıqdır,

dövlətli  etdiyim  adamlar  mənə macal vermir.  Sənin  beş  min  manatını  hazır

etmişəm,  ancaq  altı  yüzünə bir  həftə möhlət ver,  çünki  onu  Məşədi  Niyazquluya

verəcəyəm. O



Milli Kitabxana

18

gözləyə bilmir. Doğrudan da, əlində heç zadı yoxdur. Yoxsa onun pulunu nə qədər



saxlasam, istəyən adam deyil.

H a c ı M u r a d. Yox, Hacı Saleh, düz söz, gözləyə bilməyəcəyəm. Pul özümə

çox lazımdır.

H a c ı S a l e h. Hacı, sən şəhərimizin birinci dövlətlilərindən hesab olunursan.

Sən niyə pula möhtac olasan?

H a c ı M u r a d.  Elə orada  evim  yıxılıbdır  ki,  xalq  məni  dövlətli  qələminə

veribdir.  Hansı  borclunun  üstünə gedirəm,  deyir,  Hacı,  sən  dövlətlisən,  gözlə.

Baba, haradan dövlətli oldum. Qırx il  külüng çalıb bir cüzi pul əlimə almışam. O

da onda-bunda.

H a c ı S a l e h. Hacı, buyur bu dörd min dörd yüzü al, yerdə qalan altı yüzə də

bir həftə vaxta, kağızı təzələyib, mənə möhlət ver. Eybi yoxdur, müamiləni də artır.

H a c ı M u r a d.  Xeyr,  xeyr,  heç  vaxt  qəbul  edə bilmərəm.  Gərək  beş  mini

tamam qabağıma qoyasan, bax kağızın vaxtından iki gün də keçibdir. Mən təəccüb

edirəm ki, niyə mənim pulumdan kəsib Məşədi Niyazquluya verirsən, çünki məni

yumşaq tanıyırsan.

H a c ı  S a l e h.  Hacı Murad, bu sözləri  mənə deyirsən? Mənə bir həftə vaxt

vermirsən?  Neçə dəfə səni  dar  gündən  qurtarmışam,  a  biin-saf  kişi?  Səni  ilan

ağzından qurbağa kimi, borclulardan xilas etmişəm. İndi mənə aman vermirsən?

H a c ı M u r a d. Onlar keçmiş əhvalatdır. Mən də sənə az etməmişəm. Köhnə

palan  içi  açmaq  lazım  deyil.  Daha  bir  gün  də gözləyə bilmərəm.  Dünya  ölüm-

itimdir və bundan əlavə də Kərbəla ziyarətinə gedəcəyəm. Pul lazımdır.

H a c ı S a l e h (rişxəndlə). Hacı  Murad,  ziyarətin  qəbul  olunsun,  ancaq

soruşmaq eyib olmasın, hansı əməl ilə gedirsən?

H a c ı M u r a d.  Niyə?  Mən  nə pis əməl  etmişəm  ki,  ziyarətim  də qəbul

olmasın?

H  a  c  ı  S  a l e  h.  Hələ cürət  edib  soruşursan  da?  Sənin  yediyin,  içdiyin  it

qanından da murdardır, çünki oğurluqla, qaçaqlıqla, yetimin malını mənimsəməklə

yığılıbdır.  Hansı əməlini  deyim.  İmranın  atasının  pulu  ilə mal-dövlət  sahibi

olduğunu hamı bilir və yetim İmranı nə tövr saxladığın cümləyə məlumdur. Amma

onun atasının sən  çöldəqalmışı  öz  oğlu  kimi,  xəz  paltolu  saxladığı  hamıya

məlumdur.

H a c ı M u r a d. Babam, mənimlə davaya gəlmisən? Bir qəbih iş görmürəm ki,

öz pulumu istəyirəm də.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə