Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə3/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   2   3   4   5   6   7   8   9   ...   135

Milli Kitabxana

8

"Laçın yuvası"nda Əmiraslan ağanın intiharı, Cahangirin ailəsinin başına gələn



faciə, Cahangir üçün bir növ nikbin faciə xarakteri daşıyır ki, bu da əsərin mövzusu

ilə əlaqədar  olaraq  Süleyman  Saninin  dramaturgiyamıza  gətirdiyi  yeni  keyfiyyət

idi.  Dramın finalında  yeniliyin  köhnəliyə qalib  gəlməsi əsərə nikbinlik,

qəhrəmanlıq  ruhu  aşılayır.  Bununla  da  Cahangirin  ailə tragizmi  kölgədə qalır.  Bu

tragizm yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir.

"Laçın yuvası"  kamil ideya-bədii  xüsusiyyətləri  ilə seçilən sovet dövrü ilk

Azərbaycan dramıdır. Sovet hakimiyyətinin qurulmasının ildönümü münasibəti ilə

pyes yazmaq üçün elan edilən dövlət müsabiqəsində bu əsər birinci mükafata layiq

görülmüşdür.  "Laçın  yuvası"nın əlyazmalarının  biri  üzərində böyük  yazıçımız

Ə.Haqverdiyev bu əsərin "Ənama layiq" olduğunu göstərmişdir.

"Eşq və intiqam" isə beş pərdə,  yeddi şəkildə realist  faciədir. Əsərin  mövzusu

bolşevik  inqilabından əvvəlki  Azərbaycanda  insanları fəlakətə salan vəhşi  adət-

ənənələrdən,  mustəbid  mülkədar və bəylərin  törətdiyi  qanlı  faciələrdən,  gəncliyin

bu  müsibətlərdən  xilas  olmaq  cəhdlərindən,  onların  azad  məhəbbətindən,

haqsızlığa  qarşı  mübarizə edənlərin  həyatından  bəhs  edir.  Professor  Məmməd

Cəfər sovet dövrü ilk Azərbaycan dramları haqda məqaləsində yazır: "Deyirlər ki,

"Eşq və intiqam" faciəsi səhv olaraq bir-birini sevən bacı-qardaşın faciəsidir. Ona

görə də guya  süni,  uydurma  bir  hadisədir.  Bu, əlbəttə,  yanlış,  dərindən

düşünülməmiş  söylənən  bir  fikirdir. Əsil  həqiqəti  axtarsaq,  bu əsərdə iştirak  edən

adamların  hamısının  faciəsi  bir  yerə toplanaraq  ümumi  bir  faciə,  müəyyən  bir

dövrün, zamanın, məişət tərzinin, bir üsuli-idarənin faciəsidir".

Əsərdə


qanlı  adət-ənənələri  davam  etdirən  bəy-mülkədar  zümrəsinin

nümayəndəsi  Şahbaz  bəydir.  O,  pul  gücünə Həcər  xanımı  özünə arvad  etmişdir.

Şahbaz  bəy  və Həcər  xanım  xəttində dramaturq,  feodal-burjua  ailəsindəki

ziddiyyətləri  olduqca  real,  bədii  boyalarla  qələmə almışdır.  Həcər  xanımın

simasında  qadının  günahsız  müqəssir, hüquqsuz  kölə vəziyyətini,  mənəvi

iztirablarım,  Şahbaz  bəyin  şəxsində isə pulun,  çirkin  feodal əxlaqının  ailəni  necə

dağıtdığını görürük.

Realist  dramaturq  S.Sani  göstərir  ki,  feodal-burjua  cəmiyyətindəki əxlaqsızlıq

çox təbii olaraq Çingiz və Zöhrə xanım kimi günahsız  müqəssirlər doğurur. Buna

görə şahbaz  bəylərin  özbaşınalığı,  ancaq  çingizlərin,  zöhrələrin  müsibətinə bais

olmaları ilə məhdudlaşmır. Bu nöqteyi-nəzərdən Çingiz intihardan əvvəl üsyankar

bir dillə: "Məni öz bacıma aşiq yetirməkdə




Milli Kitabxana

9

fikrin  nədir,  ey  çərxi-fələk?"  deməsi  çox  mənalıdır.  Çingiz  realist,  tragik



qəhrəmandır.  O,  ağır  dəqiqələrdə əlçatmaz  gözəl arzularla  yaşamaq  istəmir.

Bacısına  aşiq  olduğunu  bilib  intihar  etməsi,  xəstə mülkədar-burjua əxlaqının

məişətdə törətdiyi faciəni ümumiləşdirir, digər tərəfdən insanların sevgi hisslərinin

yüksək əxlaqi  prinsiplərini  ləkələməkdən  qoruyur,  saf  ailə-məişət  normalarının

müqəddəsliyini təsdiq edir.

"Eşq və intiqam" ilhamla yazılmış əsərdir. Burada surətlərin intellektual aləmi,

fərdi  xüsusiyyətləri əlvan  realist  boyalarla  təsvir  olunmuş,  öz  xarakteri, ədası,

hərəkət və düşüncə tərzi ilə bir-birindən fərqlənən surətlər yaradılmışdır. Əsərdəki

obrazlar  canlı,  dolğun  və təsirli verilmişlər.  Faciə həm  də gözəl  insani  sifətlərin

qabarıq verilməsi baxımından 20-ci illərin dramaturgiyasında yeni hadisə idi.

S.S.Axundovun  "Tənqid  və təbliğ"  teatrında  tamaşaya  qoyulan  pyesləri  də o

dövrün  tələblərinə cavab verən əsərlər  idi.  "Çərxi-fələk"  (1921)  pyesində

dramaturq, istismarçı sinfin inqilabi mübarizə yolu ilə devrildiyini simvolik şəkildə

əks  etdirir,  fəhlə sinfinin  bu  mübarizədə hegemonluğunu  Bahadır  surətində

göstərməyə çalışır.

Yazıçının maraqlı  pyeslərindən  biri  də "İki  yol"  (1922) əsəridir.  Pyesin

konflikti yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur. Əsərin qəhrəmanı

gənc  ziyalı,  aktyor  Məmməddir.  O,  azad,  saf  məhəbbətin  tərəfdarıdır,  eyni

zamanda  teatrı kəsərli, əhəmiyyətli  tərbiyə vasitəsi  hesab  edir  və təbliğ  etdiyi  bu

qayəyə qarşı duranlarla mübarizə aparır.

Keçmişdən qalma mənfi adət-ənənələrin tənqidi, yeni əxlaq normalarının köhnə

mühafizəkar əxlaqi  normalar  üzərində qələbəsi,  komediyada  müsbət  surətlərdən

cəsarətlə istifadə etmək  meyli  Süleyman  Saninin  "Molla  Nəsrəddin  Bakıda",

"Şahsənəm  və Gülpəri",  "Bir  eşqin  nəticəsi",  "Yeni həyat"  məzhəkələrinin ideya-

bədii xüsusiyyətlərini təşkil edir.

Sovet dövrü  Azərbaycan  dramaturgiyasında  bioqrafik  formada  yazan  ilk

sənətkar  Süleyman  Sanidir.  Onun  "Molla  Nəsrəddin  Bakıda"  məzhəkəsi  böyük

inqilabçı-demokrat  C.Məmmədquluzadəyə həsr  edilmişdir.  Burada o,  Molla

Nəsrəddin  surətini  ilk  dəfə səhnəyə çıxarır,  onun  köhnəliyə qarşı  çevrilən  satirik

gülüşünün ictimai məzmununu açır, Cəlil Məmmədquluzadənin bir şəxsiyyət kimi

bəzi xarakterik sifətlərini göstərir.

"Şahsənəm və Gülpəri"nin  konflikti hüququnu anlayan, ictimai  həyata atılmaq

istəyən  qadınlar  ilə yeniliyə qarşı  çıxan  köhnə fikirli ərlərin  mübarizəsi  üzərində

qurulmuşdur.  Komediyanın  finalında ərlər  öz  səhvlərini  başa  düşüb  arvadları ilə

barışır, mədəni həyata qədəm qoyurlar.



Milli Kitabxana

10

"Bir  eşqin  nəticəsi"  komediyasının konfliktini  də yeniliklə köhnəliyin



mübarizəsi  təşkil  edir.  Dramaturq,  azyaşlı  qıza  evlənmək  istəyən  qoca  Kərbəlayı

Nəbi kimi tüfeyliləri gülüş hədəfi edir. Dramaturqun yeniliyi ondadır ki, o, feodal

əxlaqının  gülünclüyünü,  ölümə məhkumluğunu  komik  vəziyyətlərdə göstərməklə

yanaşı, yeni insanın qələbəsini də əks etdirir.

Ailə və məişətdə yeniliklə köhnəliyin  mübarizəsini  təbii  situasiyalarda,  bitkin

süjet  xəttində göstərən  məzhəkələrindən  biri  də "Yeni  həyat"dır.  Bu əsərdə

qaldırılan  məsələlər  də çox  aktual,  ictimai-siyasi əhəmiyyətə malikdir.  Dramaturq

burada  usta  imanların  dindarlığını  tənqidə tutur,  yeniliyi  qəbul  etməyənləri  acı

yumorla tənqid edir.

Süleyman  Sani  həm  də orijinal  nasirdir.  Bizə məlum  olan  ilk  hekayələri

bunlardır:  "Qonaqlıq"  (1905),  "Kövkəbi-hürriyyət"  (1905),  "Yuxu"  (1905).

Azərbaycan ədəbiyyatında  məzmun,  forma,  üslub  etibarı ilə yeni  olan  bu  klassik

əsərləri ədib,  1905-ci  il  inqilabının  təsiri  ilə yazmışdır.  Professor  Mir  Cəlal

Paşayevin  dediyi  kimi,  bu  hekayələrdə inqilabi  nəğmə ruhu,  tərənnüm  üsulu

əsasdır.  Bunlarda  qanadlı bir  qəlb  çırpınır...  Burada  bir  xatirə,  bir  işarə və bəzən

ildırım kimi yanıb-sönən bir işıq verilmişdir. Lakin yeni işıqda biz bir aləmi, böyük

gələcəyi  görürük.  Süleyman  Sani  "Tutu  quşu"  (1909)  hekayəsində də aktual

məsələyə toxunmuşdur. Ədib  təxminən  bir  səhifə həcmində olan  bu  hekayəsində

təqlidçiləri, ana dilinə xor baxanları Tutu quşunun simasında ifşa etmişdir.

XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman

Saninin böyük xidməti vardır. Ədib, "Qorxulu nağıllar" (1912-1914) başlığı altında

yazdığı  "Əhməd  və Məleykə",  "Abbas  və Zeynəb",  "Nurəddin",  "Qaraca  qız"

əsərləri  ilə Azərbaycan  uşaq ədəbiyyatına  forma,  məzmun,  üslub  yenilikləri

gətirmişdir.

"Qaraca  qız"  (1913) ədibin nəsr  yaradıcılığının şah əsəridir.  Yazıçı  Qaraca

qızın simasında ədəbiyyatımızda ilk dəfə olaraq zəhmətkeş ailəsindən olan uşağın

bitkin, çox təsirli, parlaq, eyni zamanda tragik, unudulmaz surətini yaratmış, onda

nəcib  arzular  təcəssüm  etdirmişdir.  Bu əsərin  meydana  çıxmasına  qədərki

Azərbaycan uşaq ədəbiyyatında belə bir keyfiyyət müşahidə etmirik. "Qaraca qız"

klassik  Avropa və rus  uşaq ədəbiyyatı  nümunələri  arasında  belə özünəməxsus

bədii, ictimai-əxlaqi, estetik dəyəri ilə seçilən, fərqlənən sənət əsəridir.

"Qorxulu  nağıllar"  başlığı  altında  yazdığı  hekayələrindən  biri  də "Əşrəf"dir

(1914).  Bu  hekayəni ədib, Əşrəf  adlı şagirdinə ithaf  etmişdir.  Hekayənin  süjet

xəttində balaca Əşrəfin ata-anasından didərgin düşdük-




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə