Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə4/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   2   3   4   5   6   7   8   9   ...   135

Milli Kitabxana

11

dən  sonra  Nikolay  İvanoviç  adlı  bir rus  müəlliminin himayəsinə alınmasını



göstərən  canlı,  maraqlı bədii  lövhələr,  müəllifin,  uşaq  psixologiyasına  dərindən

vaqif olmasım əks etdirən epizodlar oxucunun yaddaşında uzun zaman qalır.

Süleyman Saninin yazmış olduğu "Qan bulağı" (1923), "Ümid Çirağı" (1923),

"Cəhalət qurbanı" (1923), "Nə üçün?" (1925), "Təbrik" (1925), "Sona xala" (1926),

"Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki

düşmən" (1927), "Gənc maşinistka və qoca  yazıçı" (1935) hekayələri sovet dövrü

Azərbaycan nəsrinin ilk nümunələrindəndir.

Sağlam  qayəli,  eyni zamanda  aydın,  sadə üslubda əlvan  boyalarla  yazılan  bu

hekayələrdə ədib, gənc sovet nəsrinin ideya-estetik tələblərinə cavab verən bir sıra

aktual  məsələlərə toxunmuş və onların  bədii  həllini verməyə çalışmışdır.  Zərərli

adət-ənənələrin  ifşası,  dini  xurafatın  qalıqlarına  qarşı  mübarizə,  azəri  qadınlarının

ictimai həyata  atılması,  yeniliyin  köhnəlik  üzərində qələbəsi - bu  hekayələrdə

qabarıq şəkildə əks etdirilmişdir.

Ədibin  hekayələrini  mövzuca  iki qismə ayırmaq  olar:  bunlardan  bir  hissəsi

keçmiş, ikinci qismi isə müasir həyatdan alınmış əsərlərdir. İstər keçmişdən, istərsə

də müasir həyatdan aldığı mövzuları işlərkən o, həmişə xəlqiliyə sadiq idi. Keçmiş

dövrdən  yazdığı  hekayələrində oxucunu  düşündürən,  mühakimə yürütməyə sövq

edən həzin lirika qabarıq şəkildə nəzərə çarpır.

S.S.Axundov  nəsrindəki  lirizm  surətin  hisslərini,  fikirlərini, vəziyyətini,  təsvir

etdiyi  həyatın  konkret  nöqtələrini,  çox  yığcamlıqla əks  etdirməyə yönəldilmişdir.

"Cəhalət  qurbanı",  "Ümid  çırağı"  hekayələrində hadisələr  lirik  tərzdə hissiyyatla

əks  etdirilir.  Bu əsərlərdəki  lirizmdə ictimai  fikirlə hissin  ahəngdarlığı  bir

məziyyətdir. Lirizm S. Sanidə eyni zamanda estetik, tərbiyəvi qayə daşıyır. Yazıçı

lirikanın  həm  məhəbbət, həm  də siyasi  formasına  müraciət  etmişdir.  Qan

intiqamının,  nəsil ədavətinin  ifşasına,  saf  məhəbbətin  tərənnümünə həsr  edilən

"Qan bulağı"nda  məhəbbət,  zəhmetkeşlərin  dözülməz  həyatını əks  etdirən  "Nə

üçün?" hekayəsində siyasi lirizmin ünsürləri qabarıq şəkildə görünür. Bu əsərlərdə

ədibin təsvir üsulu lirika ilə bağlıdır.

Süleyman  Saninin  keçmiş  həyatdan  aldığı  mövzular əsasında  yazdığı

hekayələrinin  bədii  metodunun  spesifikasının mühüm  bir  cəhəti  vardır. Ədib

"Qaraca qız", "Cəhalət qurbanı", "Ümid çırağı" hekayələrində ağıllı,



Milli Kitabxana

12

nəcib,  gözəl  arzularla  yaşayan  Qaraca  qız,  Tamam,  məktəbli  surətlərinin



faciələrində belə bir fikri də açır ki, adlarını çəkdiyimiz gözəl insanlar ölsələr də,

öz  zəngin  mənəviyyatı,  insani  keyfiyyətləri,  xoş  niyyət  və arzuları ilə onları

müsibətlərə düçar  edən ədalətsiz  quruluşdan,  bu  mühitin  çirkin  niyyətli

adamlarından yüksəkdə dururlar.

Obraz və hadisələrin təsvirindəki yığcamlıq, bitkin xarakterlər, hadisələrin təbii

inkişafını ustalıqla əks  etdirmək,  oxucunu  düşündürüb  müəyyən əxlaqi-tərbiyəvi

nəticəyə gətirmək,  kompozisiyada  xalq ədəbiyyatı  nümunələrindən  məharətlə

istifadə etmək,  lirik-publisist  ricətlərə müəyyən  yer vermək, əhvalatçılıqdan

qaçmaq, sadə, aydın, lakonik dil - S.S.Axundov nəsrinin əsas məziyyətlərindəndir.

"İctimai  rəyin  klassik  saydığı"  qüdrətli  sənətkarlardan  olan  Süleyman  Saninin

ədəbiyyatımızın  inkişafı  tarixində böyük  xidməti  vardır.  Onun əsərləri  bütün

oxucular kimi, məktəblilər tərəfindən də sevilə-sevilə mütaliə edilir. Ədəbi irsinin

təravəti,  ictimai-tərbiyəvi,  bədii,  estetik  məzmunu  solmayan  bu  sevimli  yazıçının

parlaq xatirəsi xalqın qəlbində yaşayır.



Nadir Vəlixanov


Milli Kitabxana

13



Milli Kitabxana

14



Milli Kitabxana

15

TAMAHKAR



Beş pərdəli məzhəkə

İŞTİRAK EDƏNLƏR:

H a c ı M u r a d - 60 yaşında.

İ m r a n - 25 yaşında.

G ü l z a r – Hacı Muradın qızı, 18 yaşında.

M ə h ə r r ə m b ə y - 55 yaşında, xəsis bir mülkədar.

H a c ı S a l e h - 48 yaşında, tacir.

Ş ə r ə f x a n ı m - Hacı Muradın həmşirəsi

1

.

Ə h m ə d - Şərəfin oğlu, 10 yaşında.



N a b a t - Hacı Muradın xidmətçisi, 25 yaşında.

Q u l u - Hacı Muradın nökəri.

Ə l i q u l u - Məhərrəm bəyin sabiq nökəri.

Q u r b a n

Qulunun yoldaşları.

N i y a z

BİRİNCİ PƏRDƏ

Hacı  Muradın  otağı. İki  qapısı  və iki pəncərəsi  var.  Otaq  fərşlə döşənmiş.  Sol  tərəfdə

Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab.

Yanında bir əl ağacı. Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.

Q u l u.  Deyən gərək,  a  qoca  kaftar,  bu pulları  kimə yığırsan,  niyə yemirsən?

Arvadın  yox,  oğlun  yox,  bir qızın  var,  o  da  bu  gün-sabah  çıxıb  allah  bəndəsinin

birinə gedər. Yenidən evlənməyə ömrün yox; çünki yaşın altmışdan ötmüşdür. Bəs

bu pulları kimə yığırsan? Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün. Bu

dünyada  yeyər, içər, aşna-dosta xərclər,  kef edər.  Axirət  üçün də məscid-mədrəsə

tikdirər,  fağıra  pul verər,  yetimə paltar  alıb  qarnını  doydurar.  Amma  bu  zalım

oğlunda  bunların  heç  biri  yoxdur.  Nə deyim,  allahın  sirrinə təəccüb  qalmalıdır...

Pulu götürüb belə xəsisə verir ki, sandığa doldurub

Bacısı



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə