Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə58/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

Nümunə: 
Etibarnamə 
Bakı şəhəri 
20 dekabr 2010-cu il 
Mən, Bakı şəhəri Binəqədi rayonu S. S. Axundov küçəsi, 13 saylı 
binanın 56-cı mənzilində yaşayan, 2008-ci ildə həmin rayonun 36-cı 
polis  bölməsi  tərəfindən  verilmiş  VI-BC  seriyalı  6453421  №li 
şəxsiyyət  vəsiqəsinin  sahibi  Qaragözov  Namazəli  Xanış  oğlu 
ADBTİA-  nın  Həmkarlar  İttifaqı  Komitəsindən  mənə  çatacaq  60 
manat  məbləğindəki  yardımı  almağı  Bakı  şəhəri  Yasamal  rayonu. 
Azadlıq prospekti 158 nömrəli evin 46 saylı mənzilində yaşayan qrup 
yoldaşım  Abdullayev  Bəhram  Güləli  oğluna  (Şəxsiyyət  vəsiqəsi 
seriya AZE №01643538) etibar edirəm. 
imza: N. X. Qaragözov 
28.01.2010 
N. X. Qaragözovun imzasını təsdiq edirəm. 
ADBTİA kadrlar şöbəsinin müdiri:(imza) Cəfərova S.İ. 
29.01.2010-cu il 
Nümunə: 
Etibarnamə № 
2010-cu il 
Verildiyi tarix "  __" __________  
Şəxsiyyət vəsiqəsinin seriyası ____ № ____   
Verilib  _____________________________   
(icra edən idarənin adı) 
184 
polisi tərəfindən 


(№ və fakturanın tarixi) 
Götürüləcək malların siyahısı 
malları götürmək üçün 
№  Götürüləcək mallann adı  Ölçü vahidi 
Miqdan 
(hərflə) 
 
 
 
 
(mal götürən adamın imzası) 
Möhür yeri 
imzasını təsdiq edirəm 
İdarənin müdiri: (imza S.A.A.) 
Baş mühasib: (imza. S.A.A.) 
8.
 
ƏMR 
"Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır, 
bir  işin  görülməsi  üçün  verilən  hökm,  göstərişdir.  Bu  əməli  yazı 
forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır. 
Əmr  müəssisənin  xüsusi  əmr  blankmda  çap  olunur.  Vərəqin 
birinci  sətrində  əmr  verən  müəssisənin  adı  göstərilir.  İkinci  sətirdə 
böyük hərflə "Əmr" sözü yazılır. Üçüncü sətirdə sol tərəfdən əmrin 
verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. 
Altında  aşağıdan  əmrin  verilmə  səbəbi  və  ya  məqsədi  açıqlanır. 
Ondan aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir. 
Sonra  əmrin  məzmunu  verilir.  Əmrin  aşağı  hissəsində  əmrin  əsası 
yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının 
adlarının baş hərfləri və 
18^ 


soyadı  göstərilir.  Rəhbərin  imzasından  sonra  əmri  hazırlayanın  və 
əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə 
bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur. 
İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul 
etmə,  işdən  xaric  etmə,  müəyyən  iş  tapşırma,  komissiya  yaratma, 
tədbir keçirmə və s. kimi əmrlər vardır. 
Nümunə: 
Əmr
 
10
 
sentyabr 2010-cu il 
Bakı şəhəri, №20 
Rüstəmov Vahid Əli oğlu hərbi 
xidmətini başa vurduğuna görə "İdman oyunları" fakültəsinin II 
kursuna (OA 8-03) bərpa edilsin. Əsas: Tələbənin təqdim etdiyi 
arayış və ərizəsi 
Rektor: (imza)professor A. Q. Abıyev 
Əmri hazırladı: 
fakültə dekanı: (imza)E. N. Qədəşov 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə 
Əmr 
10 yanvar 2010-cu il 
Bakı şəhəri, №3 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "Ümumi 
və idman fiziologiyası" kafedrasının dosenti 
186 


M.H.Qarayevin  anadan  olmasının  65  illiyinin  qeyd  olunması 
haqqında. 
Əmr edirəm: 
Dosent Mir Həsən oğlu Qarayevin 65 illik yubileyinin keçirilməsi 
Akademiyanın  Həmkarlar  İttifaqı  Komitəsinə  həvalə  edilsin  və 
komitənin yardım fondundan mükafatlandırma tədbiri görülsün. 
Əsas:  “Ümumi  və  idman  fiziologiyası”  kafedrasının  müdiri, 
professor R.Qayıbovun təqdimatı. 
Rektor: (imza) professor A. Q. Abıyev 
Əmri hazırladı: 
Tədris şöbəsinin müdiri: (imza) S. Ə. Vahidov 
Razılaşdırıldı: 
HİK-in mühasibi: (imza) G.Ə.Əlibəyova 
 
9.
 ƏRIZƏ
 
"Ərizə"  ərəbcə  "ərz"  sözündən  olub  "bir  şey  bildirmə", 
"şikayət  etmə",  "xahiş"  mənalarında  işlənir.  Məzmununa  görə 
ərizənin  iki  növünə  təsadüf  olunur:  1.  Şikayət  xarakterli  ərizə,  2. 
Xahiş məqsədilə yazılan ərizə. 
Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir. 
Ərizənin yazılış forması belədir: 
1.
 
Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan 
yazılır.  Nisbətən  sağda,  abzasdan  böyük  hərflə  təşkilatın  adı  və  ya 
müraciət edilən şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş 
hərfləri və soyadı yönlük halda qeyd olunur; 
18? 


2.
 
Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və 
soyadını bütövlükdə çıxışlıq halda göstərir; 
3.
 
Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü 
yazılır. 
4.
 
Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə 
ərizəçinin istəyi, fikri şərh olunur; 
5.
 
Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol 
fərəfdən ərizənin yazılma farixini (gün, ay və ili) gösfərir. 
Nümunə: 
Azərb. DBTİA-nın "İdman oyunları" 
fakültəsinin dekanı E.N.Qədəşova həmin 
fakültənin II kurs, OA 9-03 qrupunun 
tələbəsi Nüsrət Qulamhü- seyn oğlu 
Kərimovdan 
Ərizə 
Masallı rayonunda atam xəstədir. Ona baş çəkmək üçün mənə üç 
günlüyə (24-26 fevral) icazə verməyinizi xahiş edirəm. 
23 fevral 2010-cu il 
(imza) N. Q. Kərimov 
 
Azərb.  DBTİA-nın  rektoru  cənab  A. 
Q. Abıyevə 
ADPU-nun  riyaziyyat  fakültəsinin  II 
kurs  tələbəsi  Təhminə  Süleyman  qızı 
Süleymanovadan 
Ərizə 
188 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə