Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

leksika, semantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli 
bələd olmaqla yeni dil vasitələri düzəldib işlədirlər. Elə buna görə də 
onların dili zəngin, obrazlı, ahəngdar və ifadəli nitq kimi yeni nəslə, 
özlərindən sonra gələn sənətkarlara gözəl miras kimi ötürülür. 
İnsan  hisslərinə  təsir  göstərən,  onu  həyəcanlandıran,  ruhunu 
pərvazlandıran,  qəlbini  ehtizaza  gətirən,  könlünü  oxşayan  nitq 
ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə nisbətən daha 
güclü  vasitədir.  Şeirdə  bədiilik  və  obrazhhq  yüksək,  daha  əyani  və 
güclüdür.  İ.Nəsiminin,  M.Füzulinin,  M.P.Vaqi-  fln,  A.Ələsgərin, 
M.Ə.Sabirin, S.Vurğunun şeirləri ifadəli nitqin gözəl nümunələridir. 
Bu  şeirlərdə  bədii  nitq  forması  zahirən  çox  sadə,  leksikası, 
intonasiyası və sintaksisi baxımından çox rəvan, oynaq və səlisdir. Bu 
şeirlər sanki xalq musiqisi ilə harmoniya təşkil edir. 
Nitqin ifadəliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub 
sistemi ilə şərtləşir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və 
dili 
yaxşı 
bilməklə 
onun 
ifadəlik 
imkanlarını 
duyub 
qiymətəndirməklə  əlaqədardır.  Adi  sözlərdən  qurulmuş  epitet, 
metafora,  metonimiya,  sinekdoxa  və  məcazlar  ifadəliyi,  bədiiliyi 
gücləndirən vasitələrdir. 
İntonasiyanın  ifadəlik  imkanları  daha  böyükdür.  O,  nitqin 
qrammatik və leksik-semantik normalarının əsasıdır. İfadəli nitq bədii 
və obrazlı olur. Obrazhhq nitqin bütün təzahür formala- nnda bu və 
ya  digər  dərəcədə  özünü  göstərsə  də,  bədiilik  ancaq  bədii  əsərlərə 
xasdır. 
Nitqin  ifadəliyi  eyni  zamanda  onun  ekspressivliyi,  emosio- 
nalhğı  ilə  əlaqədardır.  Ekspressivlik  özü  emosionallıq  və  ob- 
razhhqla birlikdə təzahür edir. Ekspressivliyi yaratmaq sinonimlərin 
işlədilməsi  əsasənda  aparılır.  İfadəli,  bədii  nitq  emosiyalara  təsir 
etməklə  insanda  müəyyən  gözəl  duyğular,  xoş  hisslər  oyadır  və 
emosionallığa  səbəb  olur.  Bədiilik  və  obrazhhq  bədii  təfəkkürün 
məhsulu olmaqla ədəbi bədii əsərlərə xas keyfiyyətdir. 
93 


Bədiilik  ən  çox  poetik  obrazlılıq  anlamında  işlədilir.  O,  söz 
sənətkarlarının  yaradıcılığında  təzahür  tapır  və  yalnız  bədii  əsərlər 
üçün səciyyəvidir. Bədiilik sənətkarın mövzu seçmə qabiliyyətindən, 
obrazları  təsvir  etmə  məharətindən,  obrazlı  dil  vasitələrindən 
yaradıcılıqla istifadəsindən asılıdır. 
Nitqin  obrazhğı,  emosional  keyfiyyəti,  təsirliyi  ekspressivlik 
anlamındadır. Emosionallıq emosiyanın (fransızca "həyəcan", "hiss", 
"təsəvvür")  ifadəsinə  xidmət  edir.  Emosionallıq,  ekspressivlik  və 
obrazlılıq  yaxın  anlayışlardır,  onlara  patetik  çıxışlarda,  qızğın  və 
coşqun nitqlərdə rast gəlirik. Ekspressivlik dilin bütün səviyyələrində 
müxtəlif ifadə vasitələri ilə yaranır. 
Emosionallıq törədən əsas dil vahidləri aşağıdakılardır; 
1)
 
Hissi hallan ifadə edən sözlər (təəssüf, heyf, yaxşı ki və s.) 
2)
 
Fikrə  danışanın  emosional  münasibətini  bildirən  sözlər 
(afərin, yaşa, var ol; yaramaz, alçaq, şərəfsiz və s.) 
3)
 
Emosional  qiymətləndirici  sinonimlər  ("getmək"  əvəzinə 
"götürülmək",  "daban  alıb  qaçmaq",  "əkilmək",  "aradan  çıxmaq": 
"ölmək" əvəzinə "gəbərmək", "cəhənnəmə vasil olmaq" və s.). 
4)
 
Məcazi mənalı sözlər; 
5)
 
Emosionallıq  bildirən  nidalar  və  ədatlar  (heyhat,  əfsus,  ay 
gəldi ha! və s.) Emosionallıq yaradan söz və ifadələr cümlədə özünü 
müxtəlif çalarlı emosional boyalar şəklində göstərir
Şaban nənə. - A sənin atan-anan tünbətün düşsün! A səni belə 
əkib-doğanuvun atasına nəhlət! (C.Məmmədquluzadə); Bas bayıra, 
sənin yerin təkyə, filandı, ay xala! (Ə.Vahid) 
Sual və tapşırıqlar 
1.
 
Nitqin münasibliyi hansı amillərlə bağlıdır? 
2.
 
Nitqin zənginliyi dedikdə nələr nəzərdə tutulur? 
3.
 
Nitqin zənginliyini və ya kasıblığını necə müəyyənləşdirmək 
olar? 
4.
 
Nitqin zənginliyi hansı üsulublar üçün səciyyəvidir? 
5.
 
Hansı hallar yığcamlığa mənfi təsir göstərir, dinləyici və 
oxucunu yorur? 
94 


6.
 
Bədii nitqdə hansı cəhətlər üstünlük təşkil edir? 
7.
 
Nitqdə  eyni  dil  ünsürlərinin  təkrarlanması,  eyni  cümlə 
konstruksiyalarının  və  formalarının  ardıcıl  verilməsi  nitqi 
zənginləşdirirmi? Misallar gətirməklə fikrinizi izah edin. 
8.
 
Bədiilik  nədir?  Bədiilik  hansı  üslub  və  hansı  əsərlər  üçün 
səciyyəvidir? 
9.
 
Nitqin ahəngdarlığı dedikdə nə başa düşülür? 
10.
 
İfadəliyi gücləndirən vasitələr hansılardır? 
Çalışma  55.  Verilmiş  dialekt  sözlərinin  mənasını  izah  edin  və 
ədəbi dildəki qarşılığını verin: 
ciyi,  becid,  ələrdan,  deşdəbəkur,  dənab,  düşgü,  hancarı,  kə-  bə, 
məkə,  nimdər,  məhrəba,  qəməlti,  qarqundey,  qəlbi,  qəmbər, 
peyğəmbəri, təlis, zir, yelpənək. 
Çalışma 56. Verilmiş frazeoloji birləşmələri cümlələrdə işlədin: 
ağzına  su  almaq;  dil-dil  ötmək;  dilotu  yemək;  bümünün  ucu 
göynəmək;  can  vermək;  üz  vermək;  üz  ağartmaq:  əl-ayağı  işdən 
soyumaq; ürəyi düşmək; mənəm-mənəm demək; gözü ayağının altını 
görməmək; ürəyi dağa dönmək; çiçəyi çırtlamaq; bir göz qırpımında; 
aydan  arı,  sudan  duru;  qılığına  girmək;  qəlbinə  yol  tapmaq;  tükləri 
biz-biz olmaq. 
Çalışma  57.  Mətn  parçalanm  oxuyun,  intonasiya  növlərini 
göstərin. Durğu işarələrinin nəyin hesabına qoyulduğunu izah edin: 
Vüqarı  dəhşət  bürüdü.  Professorla  stəkan-stəkana  vurub  şərab 
içsin?!  Bu  necə  ola  bilər?..  Bəlkə  professor  onu  sınayır,  qanacağını 
öyrənir? (V.Babanh. Vicdan susanda. Bakı, 1978, səh. 10) 
İndi  mən  bu  ağzından  süd  iyi  gələn  cavandan  qorxacağam?! 
(Durub ayağa). Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə 
uşaqdan  çəkinəcəyəm?  Mən,  mən  Rüstəmi  -zəmanə?  (N.Vəzirov. 
Əsərləri.Bakı, 1977, səh.131). 
Yaz günü, sshərin oğlan çağında, 
Muğan düzhrindon keçdinmi atla? 
9S 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə