Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

110 

Qloballaşma  prosesinin  də  təsirləri 

ilə  yaşadığımız  dünya  kiçik  bir  kəndə 

çevrilmişdir.  Dünyamız  bir  tərəfdən  qlo-

ballaşmaqda,  digər  tərəfdən  isə  regi-

onlaşmaqdadır.  Qloballaşma  prosesinin 

mənfi  təsirlərini  kənarda  tutaraq  qlo-

ballaşma-regionlaşma  prosesini  fürsət 

bilərək  ortaq  humanitar  və  ictimai 

dəyərlərə  bağlı  cəmiyyətlərarası  dialoq 

körpüləri  meydana  gətirməklə  region-

da  və  dünyada  əbədi  sülh  tənzimlənə 

bilər.  Bu  ideyaları  reallaşdırmaq  üçün 

qlobal  miqyasda  münaqişələrə  səbəb 

olan  amillərin  müəyyənləşdirilməsi  və 

onların  təsirlərinin  aradan  qaldırılması 

zəruridir.  Bu  kontekstdə  "imperializm", 

"milliyyətçilik",  "ksenofobiya",  "rasizm", 

"islamofobiya",  "irredentizm"  və  "dövlət 

dəstəkli  terrorizm"  siyasətləri  beynəlxalq  münaqişələrə  səbəb  olan  əsas 

amillər kimi nəzərə çarpır.

Tarix  boyunca  dövlətlər  arasındakı  qarşıdurmalara  səbəb  olan  əsas 

amil  "müstəmləkəçilik"  olmuşdur  [31,  s.69-70].  Dünyanın  müxtəlif  regi-

onlarında baş verən kiçik müharibələrin, iki dünya müharibəsinin, "soyuq 

müharibə"nin, Əfqanıstan və İraq müharibələrinin, Afrikadakı müharibələrin, 

Yaxın Şərqdəki böhranların və digər münaqişələrin əsas səbəbi dövlətlərin 

xarici  siyasət  vasitəsi  kimi  də  qəbul  etdikləri  müstəmləkəçilik  anlayışına 

əsaslanan imperializm siyasətidir.

İmperializm  kapitalizmin  əsas  xüsusiyyətlərinə  malik  olan  və  inki-

şaf  etdikcə  dəyişən    ideologiyadır.  Kapitalizmin  yeni  mərhələsi  olan  im-

perializm  dünyanın  hakim  kapitalist  sinif  tərəfindən  sərmayə  kimi  qəbul 

edilməsidir. Dünyanın müxtəlif regionlarındakı müharibələrin, qarşıdurma-

ların nəticə etibarilə əsas səbəbi imperializmdir. Müasir fikir və yanaşmalar 

çərçivəsində imperializmin səbəblərini və mənasını əsas olaraq dörd qrup 

daxilində sinifləndirə bilərik. Birinci qrup iqtisadi fikirləri əhatə edir. İkinci 

qrupdakı fikirlərə görə, təşkilatlanma baxımından imperializm ilə insan və 

dövlət  arasında  təbii  əlaqə  mövcuddur.  Üçüncü  qrupdakı  fikirlər  əsasən 

strateji və təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Bu tezisi müdafiə edənlərə 

görə,  ölkələr  təhlükəsizlik  səbəbindən  hərbi  bazaları,  strateji  ehtiyatları, 

bufer dövlətləri və ölkənin təbii sərhədləri ilə nəqliyyat və rabitə xətlərini 

nəzarətdə  saxlamaq  və  ya  başqa  dövlətlərin  bunları  idarə  etmələrinə 

maneə olmaq məcburiyyətindədir. Dördüncü qrup tezislər isə əxlaqi ba-



dünyanın müxtəlif 

regionlarında baş verən kiçik 

müharibələrin, iki dünya 

müharibəsinin, "soyuq 

müharibə"nin, əfqanıstan 

və İraq müharibələrinin, 

Afrikadakı müharibələrin, 

Yaxın Şərqdəki böhranların 

digər münaqişələrin əsas 

səbəbi dövlətlərin xarici siyasət 

vasitəsi kimi də qəbul etdikləri 

müstəmləkəçilik anlayışına 

əsaslanan imperializm 

siyasətidir.


STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

111

zaya əsaslanır. Məsələn, imperializm xalqları despot rejimlərdən xilas edən, 

ya da daha üstün bir həyat formasının nemətlərini təmin edən məsum bir 

vasitə kimi göstərilir [30, s.637-638].

Milliyyətçiliyin formalaşma tarixi ilə əlaqədar filosoflar tərəfindən fərqli 

kateqoriyalarda tezislər irəli sürülmüşdür. Milliyyətçilik XIX əsrdə beynəlxalq 

siyasətə mühüm təsiri olan, xüsusilə də inkişaf etməmiş ölkələrin həm daxili, 

həm də xarici siyasətlərinə təsir göstərən ən təsirli anlayışa çevrilmişdir [14, 

s.19]. Milliyyətçiliyin meydana gəlməsində mühüm əməyi olan Kant əxlaq 

amilinin insanın daxili dünyası ilə əlaqəli və dünyanın azad iradə ilə idarə 

olunmasının  zəruri  olduğunu  müdafiə  edir.  Bu  ideologiyanın  beynəlxalq 

siyasətdəki təsiri insanların xüsusi iradələrini əks etdirən bir beynəlxalq hü-

quq prinsipi kimi "öz müqəddəratını təyinetmə hüququnun" ən ali dəyər 

kimi qəbul edilməsidir. 

XV əsrdən başlayaraq ictimai şərtlərin dəyişməsi milliyyətçilik tezislərinin 

də  çoxalmasına  və  fərqliləşməsinə  səbəb  olmuşdur.  Orta  əsrlərin  son 

dövrlərində dini icmaların beynəlxalq siyasətə təsiri azalmağa başlamışdır. 

Fransız inqilabının meydana gəlməsinə səbəb olan ideoloji amillər möv-

zunun anlaşılması baxımından faydalıdır. Maarifçilik fəlsəfəsi "ümumbəşəri 

xoşbəxtliyi" əsas məqsəd olaraq qarşısına qoysa da, iqtisadi əlaqələrini öndə 

tutan burjua təbəqəsinin inkişafına və siyasi iqtidarını qanuniləşdirməsinə 

kömək etmişdir. Burjuaziyanın "universal iradə anlayışı" xalqın öz arasında-

kı təşkilatlanmasına maneə olmuş, burjua inqilabından sonra isə xalqı iq-

tisadi çətinliklər içərisində çarəsiz qoymuşdur. Maarifçilik fəlsəfəsi azadlıq, 

tərəqqi, insani dəyərlər anlayışları çərçivəsində bütün insanları əhatə edir.  

Fransız inqilabına, bəlkə də, ən çox təsir edən əsərlərdən biri Russonun 

"İctimai müqavilə" (1762) əsəridir [32]. Russo hesab edirdi ki, insanlar öz 

mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayır-

lar.  İctimai  müqavilənin  bağlanması  nəticəsində  vahid  ictimai  və  mənəvi 

orqanizm  olan  "dövlət"  meydana  gəlir.  Russoya  görə,  suveren  olan  yal-

nız xalqdır, onun iradəsi müstəqildir və dəyişikliyə məruz qala bilməz [20, 

s.174]. Bu kontekstdə qeyd edək ki, bir qrupun başqa qrupun suverenliyi 

altına girməsi ictimai həyat üçün ən böyük təhdiddir. Bu səbəbdən ümumi 

iradəyə təslim olmaq lazımdır. Bu da fərdin cəmiyyətə sadaqətli olması və 

ictimaiyyətin maraqlarını öz maraqlarından öndə tutması ilə mümkündür. 

Russo bu fəlsəfəsi ilə milliyyətçiliyin inkişafında mühüm rol oynamışdır.

Avropada  meydana  gələn  "millət"  anlayışı  və  "milliyyətçilik"  cərəyanı 

fransız  inqilabı  ilə  birlikdə  dövlətləşmiş,  Napoleon  ordusu  ilə  birlikdə 

yayılmışdır.  Milliyyətçilik  Avropanın  böyük  dövlətləri  arasında  gedən 

müstəmləkə yarışı ilə yanaşı XIX əsrdə Avropa qitəsində sürətlə yayılaraq 

inkişaf etmiş, ölkələr arasındakı qarşıdurmaların və amansız müharibələrin 

də əsasını təşkil etmişdir. Bu dövrdə Fransada baş verən hadisələr "dövlət 




Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə