Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

118 

xüsusiyyəti daşıması və bu istiqamətdə iddialarının mövcud olması da bu 

faktı təsdiqləyir. Bu xüsusiyyətləri ilə dinlər qloballaşmanın mənfi təsirlərini 

aradan  qaldırmaqla  mədəniyyətlərarası  dialoq  çalışmalarında  daha 

təşviqedici missiya daşıya bilər. Ancaq çox təəssüf ki, dinin ictimaiyyətdəki 

roluna nəzər yetirdiyimiz zaman onun müxtəlif firqələr tərəfindən təhrifə 

məruz  qaldığını  və  bunun  da  insanları  separatçılığa  həvəsləndirdiyini 

müşahidə edirik [22, s.16]. Bu fəsadların aradan qaldırılması ilə birlikdə di-

nin düzgün şəkildə öyrənilməsi və həyata tətbiq edilməsi münaqişələrin 

həllinə də öz müsbət təsirini göstərəcəkdir. 

İslam  dini  baxımından  mövzunu  təhlil  etsək,  müasir  dünyamızda 

müsəlmanların digər din mənsubları ilə dialoqda olmasını zəruri edən bir 

çox səbəbin olduğunu görərik. Unutmamalıyıq ki, biz plüralist bir dünyada 

yaşayırıq. Xüsusilə son əsrdə meydana gələn böyük miqyaslı köçlər, miq-

rantların, tələbələrin və işçilərin xarici bazarda tələbi qarşılaması nəticəsində 

müxtəlif  ölkələrdən  olan  fərqli  inanc  və  ideologiyalara  sahib  insanlar 

birlikdə yaşamaq məcburiyyətində qalmışdır. Buna görə də sülh içərisində 

dinc yaşamaq naminə dinindən, irqindən və milli mənsubiyyətindən asılı ol-

mayaraq insanların bir-birinə ehtiyacı vardır. Deməli, istəsək də, istəməsək 

də  sülh  içərisində  yaşamaq  üçün  digər  inanclara  mənsub  olan  şəxslərə 

hörmətlə yanaşmalıyıq.

Bununla yanaşı, müsəlmanlarla xristianları dialoqa məcbur edən digər 

amil xüsusilə bu iki dinə mənsub olan insanların, demək olar ki, dünya-

nın  hər  yerində  mövcud  olmalarıdır.  Əhali  çoxluğuna  və  sıxlığına  görə 

dünyadakı hər altı nəfərdən biri müsəlman, ikisi isə xrsitiandır. Bu faktlar 

əsasında məsələyə demoqrafik göstəricilər baxımından yanaşdığımız za-

man xristianlarla müsəlmanların sayının dünya əhalisinin yarısına bərabər 

olduğunu  və  buna  görə  də  dünyada  sülhün  bərqərar  olmasının  bu  iki 

dinə mənsub olan insanlardan asılı olduğunu deyə bilərik. Çünki müasir 

dövrümüzdə müharibərlərin, münaqişələrin və qarşıdurmaların ən mühüm 

səbəblərindən  biri  də  elə  ictimaiyyətdəki  dini  fərqliliklərdir.  Halbuki  bu 

fərqliliklər ölkələr tərəfindən zənginlik kimi qəbul edilərsə, sülh içərisində 

birlikdə yaşamaq mümkün ola bilər. Mənfəət mübarizələrinin davam etdi-

yi Orta Şərq regionunda və ümumiyyətlə, digər müsəlman torpaqlarında 

dini məsələlərlə əlaqədar problemlər həll edilməzsə, Qərb dünyası ilə Şərq 

dünyası arasında siyasi, sosial və iqtisadi baxımdan sülhə nail olmaq çətin 

olacaqdır [27, s.285].

Müsəlman və xristianları dialoqa sövq edən digər səbəb isə aralarında 

bəzi inanc və ibadət fərqlilikləri olsa da, hər iki dinin ilahi qaynaqlı kitab-

larının olması və bunun nəticəsi olaraq da bir-birinə tərz baxımından çox 

bənzəmələridir. Buna görə də ortaq dəyərlərə sahib olan belə insanların öz 

aralarında dialoq yaratmaları digərlərinə nisbətən daha asandır. İnanc sis-




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

119

temi baxımından bənzərliklərə diqqət çəkən Corc Veşborn hər iki qrupun 

da bir Tanrının varlığına inandıqlarını, ona ibadət etməyə məcbur olduqla-

rını, təqva sahibi və əxlaqlı bir həyat yaşamaq məcburiyyətində olduqlarını, 

ruhun  ölümsüz  olduğuna  və  bu  dünyadakı  əməllərə  görə  gələcəkdə  ya 

mükafat, ya da cəza alacaqlarına, Tanrının əmrlərini peyğəmbərlər və elçilər 

vasitəsilə vəhy edildiyinə və müqəddəs kitabların Tanrının sözləri olduğuna 

inandıqlarını ifadə edir [27, s.281-282].

Müsəlmanların  digər  din  mənsubları  ilə  dialoq  qurmalarının  əsas 

səbəblərindən biri də elə Qurani-Kərimin 

bununla əlaqəli əmrinin olmasıdır. Qurani-

Kərimin  təfsirinə  görə,  müsəlmanlar 

ümumiyyətlə  bütün  insanlarla,  xüsusilə 

də  xristian  və  yəhudilərlə  daha  yaxın  və 

səmimi  əlaqələr  qurmalı,  hətta  onlarla 

mübahisə  edərkən  də  çox  nəzakətli  ol-

malı,  intriqalara  girməməlidirlər.  Nəticə 

olaraq  deyə  bilərik  ki,  müsəlmanların 

digər din mənsubları ilə dialoq içərisində 

birlikdə  yaşama  mövzusunda  hər  han-

sı  bir  əngəl  yoxdur.  Dinlərarası  dialoq 

inanc və dəyərlər baxımından dinlər ara-

sındakı fərqliliklərdən deyil, daha çox or-

taq  nöqtələrin  müəyyənləşdirildiyi  etik, 

mədəni və interdisiplinar sahələrdə mey-

dana gəlir. Dinlərarası dialoq eyni zaman-

da  fərqli  mədəniyyətlərə  mənsub  insan-

ların bir yerə toplaşmasını təmin etməklə 

yanaşı,  fərqli  sivilizasiyaların  fikir  alış-

verişində ola biləcəyi bir platforma xüsusiyyətini də daşıyır. Birmənalı ola-

raq bildirmək lazımdır ki, dialoq qətiyyən bir bazarlıq prosesi, qarşıdakına 

meydan oxuma və ya birinə öz dinini qəbul etdirmə fəaliyyəti olmamalıdır. 

Dinlərarası  dialoqun  əsl  məqsədi  dialoqda  olan  tərəflərin  bir-birinin 

dinini daha yaxşı anlamağa çalışması, din mənsublarının bir-birini doğru 

anlamasını təmin etmək, hər iki tərəfdəki dezinformasiyanı düzəltmək və 

formalaşdırılan  mənfi  imicləri  aradan  qaldıracaq  ünsiyyət  körpüləri  qur-

maq, din mənsubları arasındakı sağlam müzakirə mühitini təmin etməkdən 

ibarətdir [17, s.207]. Dini ayrı-seçkilikləri əngəlləmək üçün müzakirə plat-

formalarının,  humanist  görüşlərin  keçirilməsi  artıq  sosial  zərurətə  çev-

rilmişdir.  Dinlərarası  dialoqun  prioritet  sayılan  hədəflərindən  biri  də  in-

sanlığın  rifah  və  sülh  içərisində  yaşaya  bilməsinə  köməklik  göstərilməsi, 

dünya  gəncliyinin  əxlaqlı  və  humanist  duyğularla  yetişdirilməsinə  səy 



dinlərarası dialoqun əsl 

məqsədi dialoqda olan 

tərəflərin bir-birinin dinini 

daha yaxşı anlamağa çalışması, 

din mənsublarının bir-birini 

doğru anlamasını təmin 

etmək, hər iki tərəfdəki 

dezinformasiyanı düzəltmək 

və formalaşdırılan mənfi 

imicləri aradan qaldıracaq 

ünsiyyət körpüləri qurmaq, din 

mənsubları arasındakı sağlam 

müzakirə mühitini təmin 

etməkdən ibarətdir.


Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə