Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

116 

qəbul edilən qətnamələrin, qərarların sadəcə tövsiyə xarakteri daşıması bu 

münaqişələrin həlli prosesinə də öz mənfi təsirini göstərmişdir.

Beynəlxalq  hüquq  sahəsində,  eləcə  də  dövlətlər  arasında  terrorizmin 

hamı  tərəfindən  qəbul  edilən  konkret  bir  tərifinin  olmaması  terrorizmlə 

mübarizədə ən böyük maneədir. Terrorizm ictimai təhlükəsizliyi pozmaq, 

əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya 

beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək 

məqsədilə  insanların  həlak  olması,  onların  sağlamlığına  zərər  gəlməsi, 

əmlaklarının təcavüzə uğraması və ya başqa ictimai təhlükə yaradan part-

layış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu 

cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. 

Sərhədin  bir  tərəfində  cinayətkar  və  qatil  olaraq  xarakterizə  edilən 

bir  şəxs  sərhədin  digər  tərəfində  milli  qurtuluş  naminə  qəhrəman  kimi 

qəbul edilir [13, s.214-216]. Terror ümumiyyətlə məna baxımından dövləti 

hədəf kimi seçən şiddət xarakterli fəaliyyətlər olduğuna görə fərqli siya-

si sistemlərə malik olan dövlətlər nəzdində bu anlayışın mənası da fərqli 

müstəvidə  dəyərləndirilir.  Bu  faktı  səbəbi  terror  olan  millətlərarası  qarşı-

durmalar da aşkar şəkildə təsdiq edir. Qərb dövlətlərinə görə, millətlərarası 

terror  şəxslərin  xaricilərə  qarşı  tətbiq  etdiyi  siyasi  məqsəd  daşıyan  hərbi 

olmayan şiddətdən istifadə və ya bir dövlətin mənafelərinə zərər verən, bir 

dövləti və ya millətlərarası bir təşkilatı müəyyən bir davranışa məcbur edən 

şiddət fəaliyyətidir. Buna baxmayaraq "üçüncü dünya ölkələri" bir yandan 

milli azadlıq hərəkatlarını və xalqların xarici suverenliyini və despotizmin hər 

növünə qarşı tətbiq edilən şiddət fəaliyyətlərini terror anlayışının xaricinə 

çıxarmaq istəyirlər, digər tərəfdən də müstəmləkəçi, irqçi, xarici qüvvələrin 

təzyiqi altında olan xalqlara qarşı fəaliyyətlərini də "dövlət terroru" anlayışı 

çərçivəsində təhlil edirlər.

Terrorizmin birdən çox növünün olması, əxlaqi və siyasi yanaşmalardakı 

fərqliliklər səbəbindən bir tərəfin terrorist kimi qəbul etdiyini digər tərəfin 

"milli qəhrəman" kimi xarakterizə etməsi bu anlayışın bu günə qədər obyek-

tiv və hamı tərəfindən qəbul edilən bir ümumi tərifinin qəbul edilməsinə də 

maneəçilik törətmişdir. Terrorizmə universal bir tərifin verilməsinin zəruriliyi 

mövzusunda alimlər arasında da ziddiyyətli fikirlərin olduğunu müşahidə 

edirik. Terrora hər şeydən əvvəl uyğun bir tərifin verilməsinin zəruriliyini 

vurğulayan alimlərdən Vardlavın fikrinə görə, "terrorizmin nəzarətdə sax-

lanılmasındakı ən mühüm problem bu anlayışın tərifinin olmamasıdır" [38, 

s.138-139]. Buna bənzər tezisi müdafiə edən digər ekspert S.Başerenə görə, 

dövlətlərin  ortaq  hərəkət  edərək  terrorizmə  tərif  verməsi  ilə  terrorizmlə 

mübarizədə uğur qazanmaq mümkündür [13, s.200].

Dövlətlərin bir qisminin digər dövlətlərin terrorist təşkilatlarına və ter-

rorçularına yaxınlıq hiss edib onları "azadlıq təşkilatları" və "qurtuluş dö-




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

117

yüşçüsü"  kimi  qəbul  etmələri  və  özlərinə  düşmən  bildikləri  dövlətlərə 

bilvasitə yollarla müdaxilə etmələri terrorizmi bəsləyən və qloballaşdıran 

əsas amildir. İnsanlıq naminə əsas təhlükəyə çevrilən beynəlxalq terrorizmlə 

mübarizədə  istifadə  edilə  biləcək  ən  mühüm  arqument,  şübhəsiz  ki,  or-

taq humanist dəyərlərdir. İnsanların daxilində var olan humanist dəyərlərin 

həyat tərzinə çevrilməsi və bu kontekstdə dövlətlərin strategiyalarının in-

sani  dəyərlərə  müvafiq  formalaşdırılması  terrorizm  kimi  təhlükələrin  də 

meydana gəlməsinə əngəl olacaqdır. Dövlətlər arasındakı münasibətlərdə 

bu dəyərlər gözardı edilməməli və tətbiq edilən dilemmalar aradan qaldı-

rılmalıdır. 

3. Sivilizasiyalararası və dinlərarası dialoq

Müasir  dünyamızda  insanlar  dini  və  etik  ifadələri  özündə  əks  etdirən 

şüarlarla,  Amerikan  qlobalizminin  meydana  gətirdiyi  kimlik  problemləri 

ilə, ənənəvi və lokal dəyərlərin assimilyasiyası ilə, iqtisadi səviyyədəki dis-

balanslarla, aclıq və yoxsulluqla, xəstəlik və ekoloji problemlərlə, hər gün 

müxtəlif  formalarda  artan  terror  təhlükəsi  kimi  bir  çox  ictimai  və  əxlaqi 

problemlərlə üzləşməyə məcbur qalmışdır. Nəticə etibarilə elmin, texnolo-

giyanın, düşüncə dünyasının və əxlaqın sabit sərhədləri mövcud deyil. Bu 

dəyərlər sadəcə tək bir xalqın, sivilizasiyanın, ya da dinin monopolyasın-

da deyil. Bununla yanaşı, sivilizasiyalar da monolit və sabit deyil. Davamlı 

dəyişən, inkişaf edən və fərqliləşən cəmiyyətlərdə dini anlayış da dəyişir, 

inkişaf edir və mövcud vəziyyətə uyğunlaşır. 

Universallığı olan hər bir din məqsədinə də uyğun olaraq qlobal nüfuza 

sahib olub yayılmağı əsas hədəf kimi seçir [37, s.189]. İslam dini dünyanın 

bir  çox  yerində  olduğu  kimi  Qərb  dünyasında  da  yayılmışdır.  Bu  proses 

yeni  bir  fəth  hadisəsi  və  ya  kütləvi  şəkildə  din  dəyişdirmə  vasitəsilə  de-

yil, Qərbdə iş və ya daha yaxşı həyat şəraiti axtarmağa gedən müsəlman 

qruplarının  könüllü  miqrasiyası  nəticəsində  baş  vermişdir.  Qloballaşma 

prosesində dinlər yarandıqları coğrafiya ilə birlikdə dünyanın hardasa hər 

yerində  sərbəst  şəkildə  yayılma  fürsəti  əldə  edirlər.  Əvvəllər  demək  olar 

ki,  tək  bir  regionda  hakim  olan  din  və  dini  qruplar  hal-hazırda  planetin 

hər yerində mövcuddurlar. Bu səbəbdən telekommunikasiya vasitələrinin 

inkişaf etməsinin də təbii nəticəsi olaraq insanlar digər sivilizasiyalardan və 

dinlərdən də xəbər tuturlar.  

Nəticə  etibarilə,  dinin  ən  mühüm  funksiyalarından  birinin  münaqişə 

əvəzinə dialoq, ictimai təkmilləşmə, dözümlülük və sülh olduğunu nəzərə 

aldıqda qloballaşma prosesinin mənfi və dağıdıcı təsirlərini zərərsizləşdirmə 

fəaliyyətində  və  sivilizasiyalararası  dialoqun  inkişaf  etdirilməsində  onun 

əsas  rol  oynaya  biləcəyini  qeyd  edə  bilərik.  Dinlərin  əsasən  universallıq 



Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə