Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

120 

göstərməklə birlikdə öz milli və mənəvi dəyərlərinin qorunması olmalıdır. 

Müasir dövrümüzdə müxtəlif irqlərə və dinlərə mənsub insanlardan forma-

laşan cəmiyyətlərdə dialoq prosesi üçün münbit şərait mövcuddur. Buna 

görə də dinlər arasındakı yaxınlaşma və əməkdaşlıqların ən mühüm hədəfi 

ondan ibarətdir ki, plüralist bir cəmiyyətdə insanlar öz inanclarını düzgün 

formada yaşaya bilsin və digərlərinin də sülh şəraitində yaşamasına icazə 

versinlər.

Dialoqun digər məqsədi də tərəflər arasında mövcud olan və ya olma eh-

timalı olan gərginlikləri aradan qaldırmağın mümkün olmadığı vəziyyətdə 

təzyiqi  aşağı  salıb  ixtilaflı  məsələlərin  aşkarlanmasını  təmin  etmək,  heç 

olmasa ziddiyyətli məqamları anlamağa köməklik göstərməkdir. Bununla 

birlikdə,  həmişə  əməkdaşlıq  içərisində  olmağa  çalışan  dindarların  şüur-

larında da sülh naminə dialoq duyğularının inkişaf etdirilməsi əhəmiyyət 

kəsb edir [17, s.240].

Dinlərarası  dialoqun  digərləri  ilə  münasibət  yaratmaq,  başqa  dinlər 

ilə öz dini arasındakı bənzər və fərqli xüsusiyyətləri kəşf etmək və ya on-

ları anlamağa cəhd etmək və bununla yanaşı, digər din mənsubunda öz 

inancına qarşı maraq oyandırmaq kimi dini əsaslı məqsədləri də vardır. Bir 

dinin  missioner  xarakterə  malik  olması  da  din  mənsubunun  dialoq  qur-

ma arzusuna təsir göstərir. Ancaq bu məqamda da missioner öz dininin 

əhatəsini genişləndirmək vəzifəsi ilə digər din mənsubları ilə dialoq qurma 

məqsədini bir-birinə qarışdıraraq problemlərin meydana gəlməsinə səbəb 

ola bilər [21, s.84-85]. 

Nəticə etibarilə dialoqda əsas məqsəd insanların sülh içərisində bir ara-

da yaşamasını təmin etməkdən, ictimai dincliyin təmin olunmasından və 

dünyada sülhün bərqərar olmasında fəal iştirak etməkdən ibarət olmalı-

dır. Hər hansı bir qrup qətiyyən digər qrupun mövcudluğunu, fəaliyyətini 

təhlükəyə  atmamalıdır.  Tarixə  nəzər  yetirdiyimiz  zaman  eyni  kökə,  eyni 

təməl  əsaslara,  eyni  mənbələrə  mənsub  olmasına  baxmayaraq  əsrlərlə 

rəqib dinlər olaraq mövcudluğunu davam etdirən islam, xristianlıq və iuda-

izm arasında inkişaf etdirilən, eləcə də hind və Çin dinlərini də əhatə edən 

dialoq  təşəbbüslərinin  müsbət  nəticələrə  nail  olduğunu  müşahidə  edə 

bilərik. Bu fəaliyyətlərin bütün dövlətlər tərəfindən dəstəklənməsi ümumi 

rifah, əbədi sülh adına əhəmiyyət kəsb edir. 

Qloballaşma prosesinin də təbii nəticəsi olaraq insan amili beynəlxalq 

siyasətdə də mühüm rola malik olmuşdur. Müasir dünyamızda tək bir insa-

nın fəaliyyəti, yazdığı, danışdığı bütün dünyada öz təsirini birbaşa göstərir. 

Əslində,  Hantinqtonun  müdafiə  etdiyi  "mədəniyyətlər  və  ya  dinlərarası 

qarşıdurma" tezisi qeyri-mümkündür. Çünki ilahi dinlərin təbiətində qarşı-

durmalara təşviq yoxdur [35, s.56-57]. Xüsusilə islam dininin universallığı-

nı düşündüyümüz zaman islamiyyətin qarşıdurma üçün deyil, uzun əsrlər 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

121

boyu Qərb mütəfəkkirlərin əsərlərinin də əsas mövzusunu təşkil edən "uni-

versal barış" [26, s.29-30] üçün göndərildiyini deyə bilərik.

Dünyadakı bütün terror fəaliyyətləri, kimdən və haradan gəlirsə-gəlsin, 

sülhə,  əmin-amanlığa  vurulan  ən  böyük  zərbədir.  Hansı  səbəbə  və  han-

sı  məqsədə  xidmət  etməyindən  asılı  olmayaraq,  heç  bir  terror  fəaliyyəti 

qətiyyən xoş görülə bilməz. Terror bir qurtuluş mübarizəsi forması və ya 

bir vasitə ola bilməz. Terror xüsusilə islam naminə və eləcə də digər dinlər 

adına bir məqsəd kimi qətiyyən istifadə edilə bilməz. Terrorist müsəlman, 

müsəlman terrorist ola bilməz. Müsəlman ancaq sülhün, barışın və dincliyin 

simvolu ola bilər.

4.  Azərbaycan  multikulturalizmi  beynəlxalq  münaqişələrin  dinc 

yollarla həlli vasitəsi kimi 

Yaşadığımız dövrdə qloballaşma prosesinin də sürətlə inkişaf etməsi və 

regional  inteqrasiya  modellərinin  uğur  qazanması  ilə  birlikdə  beynəlxaq 

siyasətdə də mühüm dəyişikliklər baş vermişdir. Əsrlər boyu ən çox qanlı 

müharibələrə səhnə olan Qərb dünyasının nümayəndələrinin, filosoflarının 

xəyallarını bəzəyən "əbədi sülh" şüarı müasir dövrümüzdə ehtiyac duyulan 

ən mühüm məsələlərdən biridir. Bu ideologiyaların sadəcə xəyallarda yaşa-

dılması nəticəsində iki dünya müharibəsi baş vermiş və günümüzə qədər də 

mikroregional qarşıdurmalar davam edir. Dövlətlər arasındakı qarşıdurma-

lara, münaqişələrə səbəb olan yuxarıda sadaladığımız əsas amillərin aradan 

qaldırılması ilə yanaşı dövlətlərin milli strategiyalarına əsaslanıb humanizm 

siyasəti aparması zərurətdir. Qloballaşma prosesi ilə birlikdə regionlaşma 

prosesinin də sürətlənməsi və "qarşılıqlı iqtisadi asılılıq" amilinin dövlətlər 

arasındakı münasibətlərdə həlledici gücə malik olması nəticəsində multi-

kulturalizm siyasətinin dövlətlər tərəfindən tətbiqi "əbədi sülhün" təmini 

baxımından əhəmiyyət kəsb edir.

Mədəniyyətlərarası  münasibətlərdə  bu  vaxta  qədər  mövcud  olan 

“mədəni hegemonluq”, "üstünlük", “hakim mədəniyyət”, “biz və qeyrilər” 

kimi paradiqmalar artıq müsbət qəbul edilmir. Yeni düşüncə tərzinin for-

malaşması və qütbləşdirici tezislərin aradan qaldırılması üçün isə hələ za-

mana  ehtiyac  vardır.  Lakin  təkzibedilməz  bir  həqiqət  ondan  ibarətdir  ki, 

öz varlığını davam etdirmək üçün birgəyaşayış yollarının axtarışında bütün 

bəşəriyyət məsuliyyət hissini bərabər bölüşməlidir. Bu axtarışın uğurunu isə 

yalnız tolerantlıq, həmrəylik, yüksək mədəniyyət və multikulturalizm təmin 

edə bilər [6, s.6]. 

Britannika ensiklopediyasındakı tərifə görə: "Multikulturalizm mədəniy-

yətlər, irqlər, xüsusilə də etnik azlıq qruplarının özlərinə məxsus fərqlilikləri 

ilə  dominant  siyasi  mədəniyyət  içərisində  yaşamaya  layiq  olmalarıdır" 




Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə