Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə102/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   99   100   101   102   103   104   105   106   107

Tovuz mətbəxi
311
çıxdığı üçün su daşının üstü həmişə yaş, nəm olur. Suyun bir hissəsi bu üst 
səthindən buxarlandığından daş və içindəki su daha da soyuyur. Suyun həm də 
mikroblardan təmizlənməsi üçün daşın içərisinə gümüş üzük, qaşıq və yaxud 
da söyüd ağacının çubuğunu atardılar. Belə bilgilərin xalqımızda mövcudluğu 
bəzən çox təəccüb doğurur. Hətta barsız söyüd ağaclarının arxların kənarında 
əkilməsi də suyun mikroblardan təmizlənməsi məqsədini güdürmüş. Ona görə 
də palçıqlı suyu belə arxlardan götürüb ətəklərindən, papaqlardan süzüb içən 
uşaqlar xəstəliyə tutulmazdılar. 
Suyu durultmaq üçün su götürülmüş qaba ərik çəyirdəkləri atardılar. Bu 
suyun durulmasını tezləşdirir. Suyu misdən hazırlanmış səhənglərdə bulaqlar-
dan gətirib istifadə edirlər. 
Tovuzda ən çox sevilən sərinləşdirici içki ayrandır. Tovuzlular atlama da 
hazırlayıb içirlər, amma ayrana daha çox üstünlük verilir. Bəzən mətbuatda 
ayranla atlamanı dəyişik salırlar. Ayran yağ çalxalanan zaman nehrədə yağdan 
ayrılan məhsuldur. Atlama isə qatığa su əlavə edib atladıqda alınır. Atlamaya 
hərdən bir az quru nanə, kəklikotu və ya şüyüd də əlavə edilir. 
Bəzi kəndlərdə şor hazırlanandan sonra qalan şor suyundan da sərinləşdirici 
içki hazırlayıb süfrəyə verirlər. Qeyd edim ki, süzmədən süzülən su da içmək 
üçün istifadə edilir. Belə suları həm də xəmir hazırlayanda istifadə edir, qala-
nını isə atmır, mal-qaraya içirdirlər. 
Tovuzda müxtəlif şərbətlər hazırlayırlar. Şərbət hazırlamaq üçün mey və-
lə rin  şirəsindən, gülabdan, sumaxdan, reyhandan, keşniş toxumlarından və s. 
istifadə edirlər. Şərbəti balla, ya şəkərlə hazırlayırlar. Dəfn mərasimlərində, ya 
qətl günü hazırlanan şərbətlərin şirnisi daha çox olur. 
Tovuzun gözəl içkilərindən biri də bəkməzdən hazırlanan içkilərdir. Bu-
nun üçün bəkməzi suyla qarışdırıb içirlər. Həm gözəl dadı olur, həm də bədənə 
güc, qüvvət, sağlamlıq verir. 
Tovuzun kəndlərində müalicəvi əhəmiyyəti olan spirtsiz araqlar, məsələn, 
gül, nanə, kəklikotu arağı və s. hazırlayırlar. Bunun üçün həmin otların dəm lə-
mə sindən qalxan buxar soyudulub ayrıca qablara toplanır. Bir neçə otun birgə 
dəmləməsinə çal araq deyirlər. Belə araqlar həm içkilərə əlavə edilir, həm də 
xalq təbabətində işlədilir. 
Tovuzda çox qədim zamanlardan şərab hazırlansa da, İslam dininin təsiri 
altında şərab hazırlanması çox az olsa da, bəzi kəndlərimizdə təbii qıcqırma 
yolu ilə aparılırdı. Amma indi də evlərdə hazırlanan Tovuzun tut arağı, zoğal 


312
Söz mətbəxi
arağı bütün respublikada adla söylənir. Amma əsl zoğal arağı gərək tumu çıxa-
rılmış zoğaldan hazırlansın. Qeyd edək ki, tut və zoğal araqları güclü müalicə 
əhəmiyyətli hesab edildiklərindən, əsasən, xalq təbabətində işlədilir. 
Tovuzda kal əzgili suya qoyub suda yetişdirirlər. Əzgilin meyvələrini ayrıca 
verirlər. Əzgil suyu isə ayrıca içilir. Tovuzda müxtəlif xoşablar da (kompot) ha-
zırlanır. Xoşabları həm təzə meyvədən, giləmeyvədən bişirirlər, təzə-təzə içilir. 
Bağlayıb qışa tədarük görürlər, həm də meyvə qaxından hazırlayırlar. Süfrəyə 
çərəz kimi müxtəlif meyvə, giləmeyvə, qoz, fındıq, badam, püstə verilir. 
Uşaqlar günəbaxan tumu, fıstıq tumu çırtlayırlar. Uzun qış gecələrini qı-
saltmaq üçün yaydan qarpız, yemiş tumları da duzlanıb qurudulur. Tumlardan 
qaysının şirin tumları da yeyilir. 
Tovuz mətbəxində işlədilən metal qabları səhəngi, qazanı, nimçəni, kasa-
ları, cəmi teşt, sini və s. əsasən misdən hazırlayırlar. Əlbəttə, bunların hamısı 
qalaylanır. İçərisi və üst qatı qalaylanmış, dibi bir az əyilmiş qazanlarımızın 
dibində  və  səthində temperatur, istilik elə  bərabər paylaşır ki, uzun illərdir 
alimlər heç bir avadanlıqda bu effekti ala bilmirlər, temperaturun səthdə 
bərabər paylanmasına saclarımızda da altını şirələməklə, külləməklə nail olu-
nur. Mis ionlarının xörəyə keçməsi isə uzunömürlüyün əsasıdır. Həm də belə 
qazanlarda bişirmək üçün enerji, yanacaq sərfi minimuma enir. 
Saxsı, kaşı, gil, farfor qablardan başqa ağacdan hazırlanmış, duz qabların-
dan, yayğıdan, nehrədən, oxlovdan, təknədən və s. istifadə edilir. 
Tovuz mətbəxində daş qablardan da istifadə maraq doğurur. Piramida for-
malı su daşından su süzmək üçün istifadə edilir. Süzmə hazırlayanda ayranı, 
qatığı süzmək üçün işlədilən yastı alt və üst daşları, el məsəlinin sirri saxla 
mənasında işlədilən “bir daş altda, bir daş üstdə” ifadəsinin də əsasını qoyub. 
Bunlardan başqa daş duzu paralamaq üçün onu duz daşında sürtüb əzirlər. 
Divək (dibək) daşı ağac dəstə ilə birlikdə həvəng-dəstə kimi işlədilir. Sacın, ya 
qazanın altına ocaq daşı qoyurlar. Kirkirədə isə yarma hazırlayırlar. 
Tovuzda yuxarıda göstərdiyimiz kimi dəri qablardan motaldan, eymədən, 
dəridən, çılğıdan, dağarcıqdan istifadə edilir. Tovuzda külfəti çox olanlar “bir 
çətən külfətim var” deyirlər. Çətən aşsüzənin arxaik forması olub ailənin sayı 
nəzərə alınaraq lazımi ölçüdə hazırlanardı. Çətənin ölçüsü ailənin çoxluğunu, 
azlığını göstərərdi. 
İndi mətbəximizdən çıxan çətən tovuzluların təfəkküründə  zərb məsəli 
kimi qalmaqda davam edir. 


Tovuz mətbəxi
313
Tovuz mətbəxinin fəlsəfəsində üç əsas amil durur. Bunlar qonaqpərvərlik, 
xeyirxahlıq və sadəlikdir. 
Tovuzda qonaq qəbul eləmək ayrıca bir aləmdir. Qonaq üçün evdə ayrıca 
otaq, ayrıca barxana və s. saxlanır. Bu qonaq dəsgahının içərisində  mətbəx 
xüsusi yer tutur. Tovuzda qapıya gələni naümid qaytarmazlar. Hər bayram-
da, xeyirdə, şərdə kasıblara, yetimlərə, yiyəsizlərə imkansız qonşuya, qohum-
əqrəbaya süfrədən ya pay, ya da süfrədə yer ayırırlar. Tovuzlu yolda, qatarda 
süfrə açıb çörək yeyərsə, yol yoldaşlarına hətta tanımasa da öz süfrəsindən 
çörək yedirtməsə öz boğazından da yemək keçməz. 
Tovuzluların süfrələri, xörəkləri çox sadədir, təmizdir və “gözəllik 
sadəlikdədir” prinsipinə əsaslanır. Bir də tovuzlular sevdikləri qonağa yeməyi 
elə-belə verməzlər. Belə hallarda yeməyi ən yaxşı ədviyyatla yəni sazla-sözlə 
verirlər. 
Dastanlar yurdudu bütöv nağıldı,
Kərəm Tovuzundu, Əsli Tovuzun,
Ləhcəsi şirindi, sözü nağıldı,
Qorquddu soykökü əsli Tovuzun. 
Papaq altda yatan oğlanlanları var,
Torpağı qoruyan namus, arı var,
Qeyrət, sevgi adlı dövlət-varı var,
Sözün doğru üzü, əsli Tovuzun. 
Koroğludu əldə qılıncı, sazı,
Hər oğlu döyüşçü saz, sözün bazı,
Sanki bir Cənnətdir baharı, yazı,
Məclisi aşıq, saz səsli Tovuzun. 
Nazlı sənəmləri düz ilqarlıdır, 
Qonşusu, qohumu etibarlıdır,
Poladdır əyilməz, çox vüqarlıdır,
Oğuz, Ozandandır nəsli Tovuzun. 
Dağında qarı var, bağında barı,
Yarı uca yaylaqdır, arandır yarı,


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə