Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə104/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   99   100   101   102   103   104   105   106   107

318
Söz mətbəxi
Gəncədə yalnız çörək nüsxələrinin sirrini deyil, həm də bütün mətbəxi 
qoruyub saxlayırlar. Bu işdə Gəncə ictimai iaşə tresti az iş görmür. 
Milli mətbəx muzeyi kompleksinin yaradılması  təşəbbüsü birinci dəfə 
1987-ci ildə Gəncə ictimai iaşə trestində ticarətin Elmi-texniki cəmiyyətinin 
ilkin təşkilatı tərəfindən göstərilmişdir. Bu gün də milli xörəklərin çeşidinin 
artırılması vacib məsələlərdən biridir. 
Gəncədə undan qurutlu yarpaq xəngəli, qaşıq xəngəli, düşbərə, xaşıl və 
başqa xörəklər hazırlanır. Gəncə xaşılı kəkotu və sarıçiçəklə dəmlənmiş suda 
bişirilir, süfrəyə yağ və bəhməzlə verilir. Belə xaşıl daha ləzzətli olur. 
Undan fəsəli, qatlama, paxlava, balliyə, umac halvası, quymaq, zilviyyə, 
təndir paxlavası, nazik və bu kimi qənnadı məmulatları hazırlanır. Gəncənin 
riştə paxlavası isə özgə bir aləmdir. 
Gəncədə səhər-səhər xaş yeməyi sevilir. Süfrəyə naharda müxtəlif kabab
bozbaş, bozartma və s. xörəklər verilir. 
Gəncəlilər səngahla piti yeməyi çox sevirlər. Əvvəllər Gəncədə iri küplərdə 
ailəvi piti hazırlayırdılar. Bu pitiyə  əvvəllər hətta bir yumurta da vururdular. 
İndi bizə  qəribə  gəlməsinə baxmayaraq bu, qida elminin nöqteyi-nəzərinə 
əsasən daha düzgündür. Səngah çörəyi pitinin işgənəsinə doğrananda quyruq 
dadı verməlidir. Gəncənin Bagmanlar məhəlləsi bu gün də pitisiylə məşhurdur. 
Gəncə  qədim çəltikçilik mərkəzlərindən olduğu üçün burada düyü 
xörəkləri çox yayılıb. Gəncə ictimai iaşə trestində biz XVII əsrdə Övliya 
Çələbiyə Azərbaycanda bir dəfəyə 11 adda plov verildiyini söylədik. Bu zaman 
trestin gənc aşpazından Fərman Xəlil oğlu Seyidov dedi ki, sabah mən süfrəyə 
12 adlı plov verərəm və o biri gün o təkbaşına bişirdiyi 12 plovu (şüyüd plov, 
paxla plov, səbzi plov, tikə plov, şabalıd plov, şeştərəngi plov, mütəncəm plov, 
əriştə plov, maşlobya plov, südlü plov, toyuq plov, cücə plov) çox hazırlamaq 
olardı, vaxt azlıq elədi deyib, süfrəyə verdi. Plovların keyfiyyəti çox yüksək 
idi. Nəzərə alaq ki, plov bişirmək çox çətindir. Bu barədə 1813-cü ildə fran-
sız səyyahı Qaspar Druvil belə yazır: “Bu mətbəxdə süfrənin əsasını, bəzən 
isə bütün süfrəni təşkil edən milli xörək var. Bu xörək böyük sənətkarlıqla, 
incəliklə  və ehtiyatla hazırlanan plovdur ki, özlərinin dediklərinə görə yüz 
aşpazdan çətin ki, ikisi onu yüksək səviyyədə hazırlaya bilsin”. Sevimli haldır 
ki, aşpaz Fərmanın plovlarının hamısı alınmışdı. 
Gəncə mətbəxində geniş yayılmış və qonşu xalqların mətbəxinə keçmiş 
xörəklərdən biri də dolmadır. Plov kimi dolmanın da çox növləri var. 


Gəncə mətbəxi
319
Gəncə ictimai iaşə trestinin aşpazı Hüseynova Laləzar Hüseyn qızı foto 
çəkilişi üçün dolmaları, badımcan qovurmasını,  ət qızartmasını, tas kababı, 
toyuq çığırtmasını çox ləziz hazırladı. 
Plova Gəncədə rəngarəng şərbətlər verilir. Digər xörəklərə tez-tez ayran 
verilir. Gəncədə xoşab da hazırlayırlar.  Əlbəttə, Gəncədə  ən geniş yayılmış 
içki çaydır. XII əsrdə çay barəsində Nizami Gəncəvi də yazıb. 
Gəncədə çayı tərkibində efir olan bitkilərlə də (kəkotu, sarıçiçək, mixək və s.) 
dəmləyirlər. Bu çayları Gəncədə hər bir çayxanada içə bilərsiniz. Üçbulaq suyun-
dan dəmlənmiş çayı qocaman Gəncə çinarlarının kölgəsində içməyin öz ləzzəti var. 
Məzə yerinə Sizə bal kimi şirin üzüm, armud, şaftalı, ərik, gilas, əncir və 
s. verirlər. Soyudulmuş buz kimi qarpız və yemiş Sizin susuzluğunuzu yatırar. 
Süfrəyə çərəz kimi kişmiş, qax, qoz, findıq, püstə, badam ləpəsi və s. verilir. 
Nuş olsun!


320
Söz mətbəxi
ÇAY SÜFRƏSİNİN ƏNƏNƏLƏRİ
Çayın  ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, bir 
çox xalqların mətbəxinə daxil olaraq, adi qida məhsulu və ya içki kimi bu 
mətbəxin çərçivəsində qalmamışdır. Əksinə, özü ilə nə isə canlı bir nəfəs, çay 
ruhu gətirmişdir və məhz bu ruhun sayəsində həmin xalqların mədəniyyəti bir 
sıra yeni ənənə və mərasimlərlə zənginləşmişdir. 
Çay təkcə mətbəxdə deyil, insanların şüurunda yer alaraq həyatımızın bir 
hissəsinə çevrilmişdir. Daim çay içməyə öyrəşən xalqlar həmin içkidən məh-
rum olduqda, bu ayrılığı çox ağır keçirir. Bunu Çində hələ orta əsrlərdə qeyd 
edirdilər. 
XIV-XVII əsrin çin müəllifləri yazırdı: “Çay tibetlilər üçün həyati zəru-
riy yətdir... Tibetlilər çayla yaşayır... Çay olmayanda tibetlilər o dərəcədə 
mənəvi iztirablar keçirir ki, bəzən bu xəstəliklə  nəticələnir”. Həmin müşa-
hi dələr bu günün özündə də bir həqiqət olaraq qalmaqdadır və eyni dərəcədə 
azərbaycanlılara da şamil edilə bilər. Çayın bir o qədər də yayılmadığı ölkələrə 
səyahətə gedərkən biz – azərbaycanlılar çox tez bir zamanda həmin boşluğu 
hiss edir, mənəvi və fiziki rahatsızlıq keçiririk. İlk öncə özümüzü bir qədər na-
rahat hiss edirdik. Narahatçılıq hissi tədricən əsəbiliyə çevrilir və 2-3 gündən 
sonra çaysızlıq başağrısı ilə nəticələnir. Bunun başlıca səbəbi çaya xas olan 
yüngül narkotik təsirlə deyil, insanın süfrə psixologiyasındakı dəyişikliklərlə 
izah oluna bilər. Süfrə psixologiyası adlanan həmin amil çox böyük əhəmiyyətə 
malikdir. Belə bir misal gətirək. Avropada bizə şirin çay gətirildikdə də özü-
müzü narahat hiss edirik, çünki öz Vətənimizdə çayı qəndlə və ya mürəbbəylə 
içməyə vərdiş etmişik. Şirin çayı isə yalnız səhər yeməyi vaxtı içirik. Məhz 
buna görə psixoloji olaraq bu ətirli içkini tələsmədən içməyə, həmin prosesdən 
zövq almağa alışmışıq. 
Azərbaycanda çay içmə adi prosedur deyil, onu tələsmədən, “ağaya-
na” tərzdə içmək lazımdır. Həqiqətən Azərbaycan mətbəxində çay içmə bir 
mərasimə çevrilib. O, xüsusi – çox səmimi bir atmosfer yaradaraq, insanla-


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə