Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə156/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   151   152   153   154   155   156   157   158   159

655

N A D İ R   Ş A H   Ə F Ş A R

– Əvvəl onları aradan götürərsiniz. Səssiz-səmirsiz 

yaxınlaşıb, xəncərlə boğazlarını kəsərsiniz, ya da bo-

ğub öldürərsiniz.

Əliqulu xanın bu sözündən sonra aralığa sükut 

çökdü. 

Haçandan-haçana Qoçu bəy dedi:



– Yaxşı, Nadir şahı öldürdük, bəs sonra nə ola-

caq? Başımıza nə  gələcək? Mən inanmıram ki, onun 

yerinə taxta çıxan oğlu bizi əzizləyib mükafatlandır-

sın. Gərək onda İstanbula qaçaq. Qorxuram ki, orada 

da bizi tutub, Nadir şahın varisinə versinlər.

– Haqlı sözdür, – Əliqulu xan dedi. – Mən bu 

barədə fikirləşmişəm. Çarəsi var.

– Nədir çarəsi? – Saleh xan soruşdu.

– Çarəsi budur ki, mən onun bütün nəslini, oğul 

və  nəvələrini də  məhv edəcəyəm. Biri də salamat 

qalmayacaq. Sonra da Kəlatdakı var-dövləti beş yerə 

böləcəyik. Hərəmizə altı yüz dəvə yükü qızıl, ləl-

cəvahirat düşür. Bəlkə də daha çox.

Saleh xan gözlənilmədən dedi:

– Elə bu? Yox... aşna, belə yaramaz!

– Necə  yəni elə bu? Necə  yəni belə yaramaz? – 

Əliqulu xanın gözləri kəlləsinə çıxdı. 

Saleh xan xırda-xırda güldü:

– «Belə yaramaz» kəlməsini ona görə deyirəm ki

Nadir şahdan sonra özünü şah elan etməlisən. Sən onun 

yaxın qohumusan. Atan İbrahim xan dövlətin böyük 

arxası, dayağı olub. Buna haqqın çatır. Əgər sən şah ol-

san, bizə də dəyib-dolaşmağa cəsarət edən olmaz.

– Doğrudur! – deyə o biriləri də təsdiq etdilər.




656

S O N U N C U   FAT E H




657

N A D İ R   Ş A H   Ə F Ş A R

– Lap yaxşı, mən də elə buna görə, bəxtiyarilərdən 

ibarət dəstəni öz qulamım Söhrab xanın başçılığı ilə 

Kəlat qalasına göndərmişəm... Allah amanında, – 

de yə rəngi-ruhu özünə gəlmiş Əliqulu xan sevincini 

gizlətməyə çalışsa da bacarmadı: 

– Elə isə, sabahkı şahınızın bu gün ilk əmrini yerinə 

yetirin! Di tez olun, yubanmadan Fəthabada dönün!

QƏTL GECƏSİNƏ GEDƏN YOL

…1160-cı il idi. Yayın başlamasına bir həftə qalır-

dı. Nadir şah yovşanlı düzlərə baxa-baxa düşüncələrə 

dalmışdı. Qəlbi bərk narahat idi. O, qəfəsdəki pələng 

kimi nəsə hiss edirdi. Amma qəlbinə dolan nigarançı-

lığın nədən yarandığını bilmirdi. Bu dahi insan sadə 

bir müəmmanı açmaqda aciz idi... 

Əslində, Nadir şah üçün yeganə  təhlükə  mənbəyi 

Qoçu bəy Əfşar idi. Ondan başqa heç kimin xəyanəti və 

yaxud səhv addımı narahatçılıq yarada bilməzdi. Sadə -

cə, ona görə ki, nə gündüz, nə də gecə, Qoçu bəy Əfşar-

dan savayı heç kim onun – Nadir şahın çadırına yaxın 

düşə bilməzdi. Bu səlahiyyət yalnız ona məxsus idi...

Axşam yaxınlaşırdı  və Nadir şah gəlib yemək 

süf rəsi arxasında oturanda, həmişəki kimi, bütün 

əyanlar, o cümlədən Saleh xan, Musa bəy, Məhəmməd 

xan, Qoçu bəy onun qarşısında yarımdövrə vurub 

dayanmışdılar. Nadir şah tutqun halda süfrəyə bax-

dı – həmişəki ləziz xörəklər, yanında da onun ən çox 

xoşladığı Herat yemişi... Amma bu dəfə o, yemişə 




658

S O N U N C U   FAT E H

baxarkən, nədənsə, Əliqulu xanın namərdliyini yada 

saldı, başını qaldırıb dedi:

– Hamınız xainsiniz. Mənim çörəyimi yeyib, mənə 

xəyanət edirsiniz. 

Nadir  şah bu an nə dediyinin fərqində deyildi. 

Həmin an heç ağlına gəlmirdi ki, fəhmlə bəyan etdi-

yi bu dahiyanə fikri necə də gözlərinin içinə baxmağa 

cəsarəti çatmayan adamların üzlərinə deyir... Əslin-

də, o bu kəlmələri qarşısındakı adamları  Əliqulu 

xa na  görə qınayaraq deyirdi.

– Niyə onu bu günəcən yaxalayıb hüzuruma gə-

tirmirsiniz?

Qəzəblənmiş Nadir şah o gün ən yaxın adamları nı 

hədələyib dönə-dönə:

– Hamınız xainsiniz, hamınızın kəsilmiş başından 

qala düzəldəcəyəm! – dedi. 

Və o, doğrudan da, zarafat etmirdi. 

Beynində daha çox vergi yığmaqdan başqa bir 

şey olmayan Şahənşah  ətrafındakıları  və  hətta yaxın 

mühafizəçilərini ölümlə  hədələməyin necə  təhlükəli 

bir iş olduğunu, onları necə  əks tədbirə  əl atmağa 

məcbur edəcəyini sanki anlamırdı. Çünki bu məsələ 

– ona qarşı sui-qəsd kimi ağlasığmaz bir hərəkət, heç 

yatsa da, yuxusuna girməzdi…

Bu sözləri eşidən kimi, sui-qəsdçilərin, istər-is-

təməz, dizləri əsməyə başladı, amma özlərini birtəhər 

ələ ala bildilər. Nadir şahın bu sözləri ümumi şəkildə 

dediyindən, sui-qəsd məsələsindən xəbərsiz oldu-

ğunu bilib, rahatca nəfəs aldılar. Di gəl ki, orasını da 

bilirdilər ki, dəxli yoxdur, sabah olmasa da, birisi gün 




659

N A D İ R   Ş A H   Ə F Ş A R

onun bu hədə-qorxusu çanaq kimi başlarında çatlaya-

caq. Buna şübhə edə də bilməzdilər. Ona görə də bu 

gecə qətl yerinə yetirilməli idi.

Əhvalı özündə olmayan, qaş-qabağı yerlə gedən 

Nadir şah bir də süfrəyə baxdı, yeməyə qətiyyən həvəsi 

və iştahası olmadığını hiss etdi. Əgər, o, insan sərrafı ol-

saydı, bu adamların, saqqallı olsalar belə, üzlərinə ba-

xanda rənglərinin necə ağardığını hiss edərdi. Və əgər 

o zaman soruşsaydı ki, rənginiz niyə qaçıb, yəqin ona 

cavab verərdilər ki, sən bizi ölümlə hədələyirsən, rəngi-

miz qaçmasın, bəs, nə olsun? Nadir şah onda deyərdi 

ki, yaxşı, əgər bir günahınız yoxdursa, vicdanınız tə miz-

dirsə niyə qorxursunuz? Onda əyanlar da cavab verib 

de yərdilər ki, ey böyük şahlar şahı, Allahın kölgəsi, axı, 

sən günahlıya, günahsıza baxmırsan. Gözünə yaman 

rünən kim gəldi, başını kəsib, top kimi diyirlədirsən. 

Əvvəllər Nadir şah qabağına qoyulan naz-ne  mət-

dən ləzzətlə yeyə-yeyə əyanlarla söhbət edərdi. Hətta 

məxfi olan hərbi məsələlərdən də söhbət açardı. Bu 

gün isə, o, qarşısındakı süfrəyə baxıb susurdu. Ara-

lığa sükut çökmüşdü. Kim bilir, bəlkə də ölüm təhlü-

kə si ni  hiss  edən beyninin və ya ürəyinin hökmü ilə 

ye     nə  əlləri döşlərində çarpazlanmış bu adamları 

sü züb, heç özü də bilmədən nəyə görəsə təkrar etdi:

– Hamınız xainsiniz. Etdiyiniz xəyanətin nəticəsi-

ni birər-birər sabah ovcunuza qoyacağam. Sabah…

sabah… sabah… 

«Axı niyə sabah?..» Həmin sabahların birində 

ruhu, başsız qalmış bədəninin üstündə dayanıb, səssiz 

haray çəkəcəkdi: «Axı niyə, niyə, ay bədbəxt şah, nə 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə