Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə153/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   149   150   151   152   153   154   155   156   ...   159

643

N A D İ R   Ş A H   Ə F Ş A R

şöhrətim hər yana yayılmışdı, külli-aləm məni fa-

teh kimi tanıyırdı. Ucu-bucağı görünməyən bir ölkə 

mənim imperiyamın, mənim qılıncımın itaəti altına 

düşmüşdü... Onda tale məni ölümdən xilas etsə  də, 

düşmən yenə sui-qəsd niyyətindən  əl-çəkmədi... 6 

ildir ki, mən hər gün o anın təkrar olacağı  məqamı 

gözləyirəm. Qiyamlar da bu sui-qəsdin bir qanadı-

dır... Keşiş Bazenə de ki, hər dava-dərmanını götürüb 

yola hazırlaşsın!.. 

Nadir  şah bütün əyanları, hərəmxanası,  şəxsi 

mühafizə alayı, əfqan süvarilərindən ibarət dörd min 

nəfərlik qoşunu ilə  bərabər Qoçan yolunu dincələ-

dincələ, istirahət edə-edə getsə  də, qardaşı  oğlunun 

azğınlığı bütün rahatlığını əlindən almışdı. 

Nadir şah bu yürüşə böyük topları götürməmişdi. 

Yalnız zənburəklərlə silahlanan dəstələr özbəklər, 

türkmənlər və  əfqanlardan ibarət idi. Zənburəklərin 

atəş  məsafəsi az olsa da, gurultusu qarşı  tərəfdə va-

himə yaradırdı. Atəş açılarkən dəvələr yerə dizləri 

üstə yatırdılar. Dəvələrin sağ tərəfinə zənburəkin fiti-

li, sol tərəfinə barıtla mərmilər asılmışdı.

Nadir şahın qoşunu Qoçana yaxınlaşan kimi, bir 

dəstə qiyamçı kürd Xabuşan qalasına sığınıb, mü-

qavimət göstərmək üçün tədarük gördü. Bir dəstə 

kürd isə qorxub, Aladağa qaçdı. 

Nadir  şah düşərgəsini Xabuşandan iki fərsəxlik 

məsafədə – Fəthabad yaxınlığındakı  təpədə qurdur-

du. İlk baxışdan yürüş uğurlu alınsa da, burada qur-

duğu düşərgənin onun hakimiyyəti dövründə son 

düşərgə olduğunu heç kim ağlına gətirməzdi.




644

S O N U N C U   FAT E H

Keşiş Bazen son dəfə onu müayinə edəndə, göz-

lərinin içində qırmızı şiş görüb:

– Bu yuxusuzluğun əlamətidir, əlahəzrət! – dedi.

Sən  əcnəbisən, mən yerli təbiblərə inanmıram. 

Çoxlu məvacib verirəm sənə, mənə  həqiqəti de! 

Eşitmişəm ki, gözlərimin alacalanmasını qani çən liyi-

min əlaməti sayırlar...

– Siz istirahət etməlisiniz...

– Əbədi istirahətə vaxt var hələ!

– Kitablarda hiss və duyğular aləmi deyilən bir 

söhbət var. Bəzən insan nədənsə narahat olur, nəsə 

baş verəcəyini hiss edir. Buna hələ elmə məlum olma-

yan altıncı duyğu deyirlər...

– Bəlkə  sənin dediyin o altıncı duyğu sonuncu 

ümid dir?

–  Şahların ümid yerı güvənə biləcəyi adamların 

sayı qədərdir!

– Mənim  şöhrət zirvəsinə yolum buradan başla-

yıb, elə bilirəm ki, burada da sona çatacaqdır...

Əli ilə keşişə çadrını  tərk etməsini işarə etdi. 

Ke şiş ona nəzakətlə  təzim edib, öz çadırına yollan-

dı. Və  lələkli qələmini götürüb, Nadir şahın  əhval-

ruhiyyəsində müşahidə elədiklərini yazmağa başla-

dı...


* * *

Nadir şah bura gəldiyi ilk gündən tez-tez fikrə da-

lır, xüsusilə axşamlar – toran çalanda elə hey uzaqlara 

baxırdı. Sanki gözləri yol çəkirdi. Elə bil, ürəyinə dam-

mışdı ki, burada onu bədbəxtlik gözləyir. Ətrafındakı 



645

N A D İ R   Ş A H   Ə F Ş A R

adamlardan, saray xadimlərindən şübhələnməyə baş-

lamışdı. Onlardan biri elə öz yaxın qohumu – qay-

nı  oğlu Məhəmmədqulu xan Əfşar – şəxsi mühafizə 

dəstəsinin başçısı idi. 

Hündür boylu, möhkəm cüssəli bu şəxs keşikçilər 

arasında böyük nüfuz qazanmışdı. O biri isə, qohumu 

– Əbivərd hakimi Saleh xan Qırxlı – həm də saray işləri 

idarəsinin rəisi idi. Bu iki nəfər hərdən qeybə çəkilir, 

ya da xəlvətdə baş-başa verib nə barədəsə uzun-uzadı 

danışırdılar. Nadir şah düşünürdü: «İşə bax, hətta 

mənsub olduğum  əfşarlara, Qırxlı oymağına da eti-

barım qalmayıb! Kim bilir, bəlkə də, sayəmdə ad-san 

qazanıb, ağ günə  çıxmış saray əyanları arasında bu 

iki  əfşarla həmfikir olan bir başqası – üçüncü adam 

da var? Bəs, bu üçüncü adam kimdir? Bəlkə o mənə 

bu iki nəfərdən daha yaxın və daha təhlükəlidi?! Bu 

adamların  şərindən xilas olmağın bir yolu var: o da 

Kəlata getmək… Orada ailəm,  şahzadələr – düz on 

üç nəfər doğma adamım, bitib-tükənməyən xəzinəm 

məni gözləyir…».

Nadir  şah  fikirləşdi ki, onsuz da, Kəlata gedib, 

xəzinəyə baş  çəkmək lazımdır. «Elə günü sabah, 

sübh tezdən düşərgədən ayrılıb, ora gedəcəyəm… 

«Hübbül vətənə!» Elə edərəm ki, qiyamçılar mənim 

getməyimdən xəbər tutmazlar, bəs, onları  əzməyi 

kimə tapşırım? Bu qədər qoşunu kimə etibar etmək 

olar? Yox, yox, ayrı bir yol da var, o da şübhələndiyim 

adamları bir-bir aradan götürmək… Düşərgədə 

dörd minə yaxın  əfqan gözətçisi var. Zahirən mənə 

sədaqətli olsalar da, batində  nə  əfşarları sevirlər, nə 




646

S O N U N C U   FAT E H

də qacarları, farslara isə lap kin bəsləyirlər… Onların 

başçısı Əhməd xanı çağıtdırıb, bu işə əncam çəkərəm, 

sonra…».

Əfqan gözətçilərinin başçısı  Əhməd xan Əbdal, 

Məhəmməd xan Zamanın ikinci oğlu idi. Nadir şah 

Qəndəharı tutandan sonra onu zindandan çıxartdı-

rıb, öz yanında qulluğa götürmüşdü. O da öz şücaəti

döyüşkənliyi ilə ilk gündən Nadir şahın diqqətini 

cəlb etmişdi. İyirmi beş yaşlı bu gənc sərkərdəyə Na-

dir şah çox güvənirdi.

Nadir  şah zöhr namazından sonra Əhməd xan 

Əbdalı yanına çağırıb, bildirdi ki, axşamüstü çox 

güvəndiyi əfqan minbaşıları ilə çadırına gəlsin!

Axşamüstü Əhməd xan Əbdal üç-dörd sınanılmış 

zabitlə Nadir şahın hüzuruna gəldi:

– Əmrinizdə müntəzirik, şah!

Nadir şah gələnləri bir-bir gözdən keçirdi:

– Əhməd xan, bu adamların hər birinə sənin qə-

dər inanmaq istəyirəm.

– Son nəfəsimizə kimi sizə canla-başla qulluq 

etməyə hazırıq…

Nadir şah özünü tox tutsa da, həyəcan içində sözə 

başladı: 

– Mən öz şəxsi gözətçilərimdən razı deyiləm. 

On lara  kifayət qədər etimadım yoxdur!  Sizin hər 

birini      zin  şücaəti, dürüstlüyü, sədaqəti mənə yaxşı 

məlumdur. Mən fərman verirəm, sabah tezdən mü-

ha fizə  dəstəmin bütün zabitlərini tutub zəncirləyin! 

Kim müqavimət göstərsə, onu vurub öldürməyə 

haqqınız vardır...  Əsas məqsədiniz məni qorumaq-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə