Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə155/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   151   152   153   154   155   156   157   158   159

651

N A D İ R   Ş A H   Ə F Ş A R

ların da bu barədə yekdil qərara gəlməsinə əlahəzrətin 

öz yaxın adamlarına vaxtaşırı divan tutması səbəb ol-

muşdu. Doğrudan da, Nadir şahın yaxın adamı olub, 

rahat yaşamaq mümkün deyildi. Bu yaxın adamlar 

gec-tez zavala gəlirdilər və Nadir şah onları yeniləri ilə 

əvəz edirdi. Ona görə də, Nadir şahın həmin bu beş ən 

yaxın adamı Əliqulu xanla razılaşıb, fürsət düşən kimi 

niyyətlərini həyata keçirməyi qərara almışdılar. 

Əlli min tümən vergini heç cür ödəyə bilməyən 

Əliqulu xanın ölüm hökmü artıq oxunmuşdu. Üstəlik, 

Nadir  şah o biri vergi ödəməyənləri də açıq-aşkar 

şəkildə ölümlə  təhdid edirdi. Amma o, Məşhəddə, 

İsfahanda olanda, ölümlə  hədələdiyi adamların ona 

qarşı  qəsd təşkil edə biləcəklərini ağlına belə  gə tir-

mirdi. Düşünürdü ki: 

«Əgər, işdi-şayəd, mənim qollarımı bağlasalar,  

bu gün başının kəsilməsinə  fərman verdiyim adamın 

əlinə  qılınc verib, əmr etsələr ki, əli-qolu bağlı Nadir 

şahın başını kəs, o yenə buna cəsarət etməz, vəssəlam-

şüttamam…». Yəni  Şahənşah Fəthabada gələnə kimi 

özünün toxunulmazlığına, bir növ, ölməzliyinə inanır-

dı. Əslində, bütün tiranlar belə olurlar, özündən əvvəlki 

böyük şahların, imperatorların məhz ən yaxın adamları 

tərəfindən sui-qəsdə məruz qalmalarını bilə-bilə... 

Şahənşah, Təhmasib  şah Səfəvini taxtdan saldığı 

günləri xatırladı, sonra Muğanda keçirdiyi qurulta-

yı, özünün tacqoyma mərasimini, sonra Hindistanda 

Məhəmməd şahın, Buxarada Əbülfeyz xanın başına öz 

əli ilə tac qoymasını. Uşaq vaxtı başına sünbüldən tac 

qoyduğu vaxtlar, qardaşı İbrahimlə olan əsirlik həyatı 




652

S O N U N C U   FAT E H

bir-bir gözlərinin önündən keçdi. «Mənim ordum 

qar daşım İbrahim Zahirdövlənin qisasını almaq üçün 

Dağıstana yürüş edəndə, aclığa-susuzluğa dözdü, 

çoxlu itkilər verdim, di gəl ki, qardaşım oğlu Əliqulu 

xan mənə düşmən kəsildi… Yenə öz qılıncımızı öz ba-

şımızı  kəsmək üçün itiləmişik. Dünyanın lənəti bizə 

gəlib! Dünya minüzlü dünyadı, adamları etibarsızdı, 

heç kimə güvənmək olmur. Əcaba, görəsən, Əliqulu 

xanı mənə qənim kəsilməyə vadar edən yalnız ondan 

vergi tələb etməyimdirmi? Yox! Bəlkə ölüm qorxusu-

du. Çünki bu dünyada insana öz canından  şirin heç 

nə yoxdur. Gözlədiyi ölüm qorxusu Əliqulu xan kimi 

adamı əvvəlcə Təhmasib xan Cəlayirə, indi də mənə – 

Qılınc oğlu Nadir şah Əfşara – doğmaca əmisinə əl qal-

dırmağa vadar edib… Bir tərəfdən də bu əbləhin gür-

cü qayınatası Teymuraz da indi məndən ağzıəyridir, 

vergiləri toplamır. Mən isə çox tələsdim, götür-qoy 

etmədən, Qarayazı meşəsini, Borçalı mahalını onun 

idarəsi altına verdim. Heyif, çox heyif…».

* * *


Əliqulu xan, nəhayət, beş gün at çapdıqdan sonra 

özünü Qoçana yetirdi. Nadir şahın mühafizə alayı bu-

radan bir az aralıda düşərgə qurmuşdu...

Əliqulu xan bir nəfərlə sui-qəsdçilərə xəbər gön-

dərdi. 

Əliqulu xan atını otlağa buraxıb, daşın üstündə 



oturmuşdu. Saleh xan, Musa bəy, Məhəmmədqulu 

xan, Məhəmməd xan Qacar və Qoçu bəy Əfşar gəlib 

atlarından endilər. 



653

N A D İ R   Ş A H   Ə F Ş A R

Əliqulu xan onları görcək ayağa qalxıb dedi:

– Elə bu gecə Nadir şahın işini bitirmək lazımdır. 

Mən düz beş gün nəfəsimi dərmədən at çapıb, özümü 

bura çatdırmışam ki, sizi xəbərdar edim. Sonra belə 

fürsət ələ düşməyəcək.

Saleh xan dedi:

– Hələ Kəlata qədər belə fürsətlər çox olacaq.

– Yox, – Əliqulu xan etiraz etdi. – Fürsət olmaya-

caq. Çünki mənim Sistandan çıxıb, Herata gəlməyimi, 

sonra da Məşhəddə görünməyimi casuslar bu gün 

Nadir şaha çatdıracaqlar və o sui-qəsd niyyətimizdən 

duyuq düşəcək. Belə olduqda, ona yaxın düşmək 

mümkün olmayacaq. Hələ sizin düşərgəni nəyə görə 

tərk etməyinizdən şübhələnsə, onda, hamınıza divan 

tutacaq. Düz fikirləşirəmmi?

Məhəmmədqulu xan:

– Belə çıxır, farslar demişkən, o bizi sabah naharda 

yeməmiş, biz onu gərək bu axşam şamda yeyək… 

– Düzdür, əhsən! – deyə Saleh xan onun sözü-

nü təsdiq etdi. – Axı, özün mənə dedin ki, Nadir şah 

əfqan sərkərdəsi  Əhməd xan Əbdalı bu gün yanına 

çağırtdırıb.

– Görəsən niyə?– deyə Əliqulu xan heyrətlə soruşdu.

– Casus qoymuşam, ona göz olacaq, qayıdan kimi, 

nə olsa, biləcəyəm…

– Yaxşı, vaxt azdı, şam yeməyinə qədər düşərgəyə 

qayıdıb, Nadir şahın yanında olmalıyıq, bir qərara 

gəlin, – Saleh xan onları tələsdirdi. 

– Axşam bir süfrədə oturacaqsınız? Lap yax-

şı, – Əliqulu xan qımışdı. – Mən Nadir şahın dostu 




654

S O N U N C U   FAT E H

Təhmasib xan Cəlayiri elə süfrə başında cəhənnəmə 

vasil elədim. Bəlkə…

– Yox, – Saleh xan etiraz elədi. – Birincisi, Nadir 

şah Təhmasib xan Cəlayir deyil. İkincisi, Nadir şah 

son vaxtlar ərk edib, ona yaxınlaşan heç bir Allah 

bəndəsinə inanmır. Bir dəfə hətta «Nadir şahla Nadir 

arasında fərq görməyən axmaqların yaşamağa haqqı 

yoxdur!» – deyə öz gənclik dostlarından birini ölüm 

cəzasına məhkum etdi…

– Elə isə, deyin görüm, bu gecə şahın gözətçilərinin 

rəisi kimdir?

Qoçu bəy:

– Mənəm, – dedi.

– Çox yaxşı! O yeganə  şahdır ki, müharibəyə  də, 

qiyam yatırmağa gedəndə  də  hərəmlərinin yarıdan 

çoxunu özü ilə aparır. Hər gecə birinin yanında qalır 

ki, ən yaxın adamı belə harada gecələdiyini bilməsin. 

Şam yeməyindən sonra o, yenə hərəmlərindən birinin 

çadırına gedəcək. Elə ki, Şahənşahın hansı arvadının 

çadırında gecələdiyini bildiniz, bir qədər keçəndən 

sonra sən qabaqda, Saleh xan, Məhəmməd xan Qacar, 

Məhəmmədqulu xan, Musa bəy də dalınca mühüm bir 

xəbərlə  gəldiyinizi bəyan edib, çadıra girərsiniz. Biri-

niz hərəmin, qalanlarınız da özünün öhdəsindən gələ 

bilərsiniz. Cəld və qətiyyətli olmaq lazımdır. O, çox gü-

man ki, tuman-köynəkdə olacaq, yarıyuxulu halda sizə 

elə bir müqavimət göstərə bilməyəcək. O, altmışa yaxın 

yaşı olan bir adam, siz isə cavan, əlinizdə də qılınc.

– Bəs, çöldəki gözətçilər nə olsun? – Qoçu bəy so-

ruşdu.



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə