Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə151/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   147   148   149   150   151   152   153   154   ...   159

635

N A D İ R   Ş A H   Ə F Ş A R

Özün bil, mən Mir Kiçik xanla sazişə gələcəyəm, 

bu andan sonra bütün sistanlılar, bəluc və əfqan tay-

faları da bizə qoşulacaqlar!

Təhmasib xan Cəlayir başını buladı. Nə edəcəyini 

bilmədi. Nadir şah  Əfşarla ilk görüşünü xatırladı. 

İllərlə qazandığı təcrübə ona imkan vermirdi ki, qar-

daş qanı töksün.

– Bir zamanlar biz qılıncımızı Nadir şahın 

sayəsində birləşdirdik ki, yadelliləri ölkəmizdən çıxa-

raq, indi sən istəyirsən ki, yadlarla birləşib, ona qarşı 

vuruşaq?!

Əliqulu xan halını pozmadan:

– Doğma oğluna rəhm etməyən bir hökmdar sənə

mənəmi rəhm edəcək?– dedi və var-gəl edə-edə uzun-

uzadı danışıb, ürəyini boşaltdı.

…Mir Kiçik xanla razılaşma baş tutandan sonra, 

Əliqulu xan Sistanda, Bəlucistanda, Əfqanıstanda Na-

dir  şahdan narazı olan tayfaları öz ətrafında topladı 

və 1747-ci ilin aprel ayında böyük qüvvə ilə Sistandan 

Herata doğru hərəkət etdi... 

Heratda da yerli tayfa başçıları onunla birləşdilər 

və dedilər:

– And içirik ki, zalım Nadir şahla mübarizədə ha-

mımız sənə kömək edəcəyik!..

Əliqulu xan günbəgün ona qoşulan adamları gö-

rüb ürəkləndi, yavaş-yavaş  qəlbində taxt-taca sahib 

olmaq arzusu baş qaldırdı...

Təhmasib xan Cəlayir yenə  də onu Nadir şaha 

xəyanət etmək  fikrindən çəkindirmək istədi. Balaca-

boy Təhmasib xan Cəlayirin bu inadkarlığı və danışıq 




636

S O N U N C U   FAT E H

tərzi  fikrindən dönməyən  Əliqulu xanı  tədbirli tər-

pən məyə sövq etdi. 

Əliqulu xan susub, xeyli fikrə getdi, sonra əlini 

əmisinin təcrübəli silahdaşının çiyninə qoydu, onu 

gülə-gülə axşam saraya – qonaqlıq mərasiminə dəvət 

etdi:


– Təhmasib xan, elə şeylər var ki, onu ancaq ləziz 

xörəklərlə süslənmiş süfrə arxasında danışmaq olur. 

Nə bilmək olar, bəlkə  mən yox, sən haqlı  çıxacaq-

san… 


…Herat sarayında böyük məclis qurulmuşdu. 

Əliqulu xan başına yığışan tayfa başçılarına qonaqlıq 

verirdi. 

Təhmasib xan Cəlayir ağlına da gətirə bilməzdi 

ki, həmin gün Əliqulu xan onu zəhərləyəcək… 

Əliqulu xan, axırda heç nə olmamış kimi, üzünü 

məclisdəki adamlara tutub dedi:

– Hər an kötük kimi qarşımı kəsən, məni Nadir şa-

hın qanını tökməkdən çəkindirən bu balacaboy ada-

mın zatən nəsihətdən başqa əlindən bir şey gəlmirdi. 

Özü kimi qılıncı da kütləmişdi. Mənə isə, Qılınc oğlu 

ilə savaşmaq üçün özü kimi qılıncı, qılıncı kimi də özü 

iti olan adamlar lazımdır!  İnanın, belələri sarayda – 

Nadir  şahın  ətrafında da var. Mən onlarla ünsiyyət 

yaratsam, hesab edin ki, bu işi daha tez bitirərəm… 

Ertəsi gün Əliqulu xanın Təhmasib xan Cəlayiri 

öldürməsi, əmisi Nadir şah Əfşarın əleyhinə qiyama 

qalxması ildırım sürəti ilə hər yana yayıldı.

Həmişə ölkədəki qarışıqlıqdan öz mənafeləri 

üçün istifadə etməyə çalışan Xabuşan kürdləri də 




637

N A D İ R   Ş A H   Ə F Ş A R

silaha sarılıb, Əliqulu xanla həmrəy oldular. Hətta 

bu həmrəyliyin nişanəsi kimi, onlar Radkanda Na-

dir  şahın at ilxısına basqın etdilər. Sarayda qulluq 

edən,  Şahənşaha sədaqət göstərən kürd xanların-

dan Cəfər xan Zəfəranlı  və  İbrahim xan Keyvanlı 

da gecə ikən gizlicə qaçıb, Xabuşan qiyamçılarına 

qoşuldular...

* * *


...Kəlat qalasında Lazar xəzinə üstə oturmuş 

əjdahaya bənzəyirdi. Doğrudan da buranın hava-

sı ona düşmüşdü. Hərdən xəzinədəki almazlara ba-

xıb xəyallar qururdu. Bu almazlardan biri bəs idi ki, 

özünə uzaq vilayətlərin birində yer-yurd alsın, nəsil-

nəcabətini  firavan dolandırsın! Son vaxtlar Məşhəd-

dən gələn xəbərlərə görə Nadir şahın başı ölkədəki 

qiyamları yatızdırmağa bərk qarışmışdı. Bəzilər hətta 

deyirdilər ki, Nadir şahın sonu çatıb. Öz qardaşı oğlu 

da ona qənim kəsilib.

Lazar Nadir şahın «Kuhi-Nur» adlandırdığı al-

maza baxa-baxa düşünürdü ki, hərgah bu alma-

zı  xəzinədən götürsə, bəs o, yaxşı mühafizə olunan 

Kəlatdan  kənara necə  çıxacaq, hara gedəcək, onu 

kimə satıb varlanacaq? Beynini gəmirən belə suallarla 

gəzib-dolanırdı, yatırdı, qalxırdı, yeyib-içirdi...

«Yox, nə «Kuhi-Nur», nə də «Dəryayi-Nur» – heç 

birini oğurlamaq olmaz. Ona görə ki, ikisi də böyük-

dür, bədənimin hansı hissəsində gizlətsəm, diqqəti 

cəlb edər... Təkcə böyüklüyünə görə «Dəryayi-Nur» 

780 karatdı».



638

S O N U N C U   FAT E H

Bir dəfə o yenə almazlara baxıb onlardan hər 

hansı birinisə  oğurlamaq  fikrinə düşdü. 300 karatlıq 

bir almazı götürüb o yan-bu yana baxdı. Bu almazın 

qiyməti çox olsa da, adı yox idi. Lazar mavi-yaşıl rəngə 

çalan daşa xəyalən öz adını verdi: «Lazar almazı...». 

Xəzinədən götürdüyü bir neçə balaca daşlarla 

bərabər həmin almazı götürüb öz hücrəsinə getdi. Bu 

qiymətli daşları ölkədən necə  çıxaracağını düşündü. 

«Tutaq ki, çıxartdım, 300 karatlıq almazı məndən kim 

alacaq? Onu alan gərək özü də Nadir şah kimi bir taxt-

tac sahibi ola» Birdən ağlına gəldi ki, Rusiya çariçası-

nın sarayına təşrif aparan o qədər erməni din xadimi 

var ki! «Bax, onlardan birini tapsam, bu işi asanlıqla 

həll edərəm!» Məşhəd bazarında  əcnəbi tacirlərdən 

eşitmişdi ki, Nadır şahın taxt-taca seçildiyi Muğan qu-

rultayında Abraham adlı bir erməni katalikosu iştirak 

edib. Özü də deyilənlərə görə Eçmiədzin monastrına 

Nadır şahdan çox incik qayıdıb. «Hə, məni elə həmin 

katalikos I Pyotrun qızı imperatriça Yelizaveta Pet-

rovnanın sarayına aparacaq! Qadın, həm də padşah... 

Bu almazı yalnız beləsinə sata bilərəm.»

O  əvvəlcə özünü axsaxlığa vurub əlinə  əsa gö-

türdü. Qalanı mühafizə edənlərin gözü qabağında 

ufuldayaraq gəzib dolandı. Soruşana cavab verirdi ki

ayağı bərk burxulub.

– Həzrət Abbasa and olsun, elə ağrıyır ki, az qala, 

kəsib atam.

Kimsə zarafatla:

– Kəsib atsan, tək qıçınla hansı axmaq qadın sənə 

arvadlıq edər? 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə