Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə157/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   151   152   153   154   155   156   157   158   159

660

S O N U N C U   FAT E H

səbəbə sui-qəsdçilərin cəzalandırılması hökmünü 

sa  baha  saxlayırdın ki?! Yeddi yerdən neştərlənmiş bə-

də nin  başsız qalsınmı deyə… Yazıqlar olsun sənə!».

O axşam sui-qəsdçilərin tükləri biz-biz olmuşdu. 

Nadir  şah başını  yırğalayıb,  əlinin işarəsi ilə ye mək 

istəmədiyini – iştahası olmadığını bildirərək dedi:

–  Əgər sabaha kimi Əliqulu nadürüstü tapıb 

bu ra  gətirsəniz, təqsirinizdən keçərəm. Yox, işdi-şa-

yəd, onu yaxa-paça edib, bura gətirə bilməsəniz, 

on da, bir-bir hamınızın gözlərini çıxartdıracağam. 

Sui-qəsdçilər yalnız indi tam əmin oldular ki

Na dir  şah sui-qəsd barədə heç nə bilmir və qəzəbi nin 

səbə bi  yalnız  Əliqulu xanın çoban qiyafəsində  Məş-

həddə görünməsidir.

Nadir şah bir fincan qəhvə içib, qeyzlə ayağa qalx-

dı. Və ağır addımlarla Məhəmməd Həsən xan Qacarın 

qızı Cukinin çadırına tərəf getdi… Onun yerişindən, 

qədd-qamətindən nisgil yağırdı…



BAŞSIZ QALMIŞ TAC

N

adir şah öz hərəmxanasına yaxınlaşanda, yol-



da cəlladbaşı ilə rastlaşdı. Ayaq saxlayıb dedi:

– Əmir xan, böyük bir iş görmək üçün hazır ol!

Cəlladbaşı əllərini sinəsinə qoyub, baş əyərək dedi:

– Əlahəzrət, soruşa bilərəmmi nəyə hazır olum?

Nadir şah qeyzlə:

– Xeyr, – dedi. – Məgər, işi-peşəsi göz çıxarmaq, 

boyun vurmaq olan bir cəllad nəyə hazır olmağını 



661

N A D İ R   Ş A H   Ə F Ş A R

bilmir? Get, sabah xainlərin kökünü kəsməkdən ötrü 

yekə qılınclarını itilə... 

– Baş üstə, Zillullah. Əmrinizi icra etməyə hazı-

ram, – cəllad sözlərini artıq Nadir şahın arxasınca 

deyib, gözlərini döydü. Və  həmin an o ağlına belə 

gətirmirdi ki, hər ge cənin bir gündüzü var. 

Sabah sübh tezdən cəlladbaşı Nadir şahın öz ba şını 

nizədə görəndə, tir-tap yerə yıxılıb, huşunu iti rə cəkdi… 

Nadir şah gedib cavan hərəmi – Cukinin çadırına  gi  -

rəndən sonra Saleh xan Qırxlı Qoçu bəyə işarə edib, onu 

öz çadırına çağırdı. O biri yoldaşları artıq burada idilər. 

Saleh xan dedi:

– Qoçu bəy, eşitdin də Nadir şah nə dedi. Sabah, 

ya birisi gün, ən azı, gözlərimizi çıxartdıracaq. Çün-

ki Əliqulu xan yaxalansa, Nadir şah onu öldürüb, ya 

da kor etməmiş bizim də onunla əlbir olduğumuzu 

mütləq öyrənəcək və ən etibarlı və yaxın adamı kimi, 

ilk növbədə, səndən başlayıb, rəhmətlik qardaşının 

yanına göndərəcək.

Nadir  şah, doğrudan da, bir neçə il qabaq hansı 

bir iş üstəsə Qoçu bəyin qardaşının qətlinə  fərman 

ver mişdi.

Məhəmmədqulu xan Qacar dedi: 

– Çox qəribədir, Nadir şah öz həyatını  qətlə ye-

tir diyi  adamın qardaşına etibar edib... Bəlkə  də bu

Allahın bizə verdiyi ən böyük fürsətdi… Qardaşlar, 

mənim sizə bir təzə  xəbərim var. Şahın gürcü xid-

mətçisi olan yaxın bir adamım  Əhməd xan Əbdalı 

gü düb. O və digər əfqan minbaşıları Nadir şahın ça-

dırında olublar. Qəni xan da hakəzə… Gizli söhbət 




662

S O N U N C U   FAT E H

ediblər... Nadir şah onlara nə əmr edibsə, səhərin açıl-

masını səbirsizliklə gözləyirlər.

– Daha zərrə qədər də şübhəniz olmasın ki, Nadir 

şah onlara bizi aradan götürməyi  əmr edib! – Saleh 

xan Qırxlı bir-bir çadırdakıların üzünə baxdı.

Qoçu bəy dedi:

– Bəs, gecə özümüzlə Nadir şahın çadırına apa-

racağımız qulluqçulara nə deyəcəyik? Axı, deyə bil-

mərik ki, şahı  qətlə yetirməyə gedirik. Siz də  gəlin 

bizə kömək edin…

– Yox, yox, əlbəttə ki, belə olmaz. Biz onları inan-

dıracağıq ki, Əliqulu xan Qoçanda imiş, qəfildən ça-

dıra girib, Nadir şahı dustaq edib. Biz də onu azad 

etməyə gedirik.

Qoçu bəy dedi:

– İnanacaqlar?

– Sən deyəndən sonra, əlbəttə, inanacaqlar.

– Bəs, sonra nə olacaq?

– Sonra Nadir şahın, – Saleh bəy pıçıltı ilə dedi, 

– tacsız qalmış başını nizədə görüb sakitləşəcəklər. 

Əliqulu xan da şah elan olunacaq. O da vədinə əməl 

edəndən sonra, biz də çəkilib bir yana gedəcəyik.

– Bəs Kəlat?

–  Əlbəttə, hərəmiz öz payımızı alandan sonra. 

Oradakı var-dövlət isə, o qədərdi ki, dünya durduqca 

bütün nəsli-nəcabətimizə də bəs edəcək…

Bundan sonrakı hadisələr, həqiqətən də, Saleh xan 

Qırxlının dediyi kimi oldu. Amma, əlbəttə, cüzi də yi-

şikliklərlə. Amma o haradan biləydi ki, sui-qəsddən 

sağ-salamat çıxmayacaq, daha doğrusu, yaralanacaq və 




663

N A D İ R   Ş A H   Ə F Ş A R

bir həftə keçməmiş də aldığı yaradan öləcək. Kim bilir, 

bəlkə də, ölüm ayağında zavallı fikirləşəcəkdi ki, əgər 

Nadir şaha qəsd etməsəydi, ona heç nə olmayacaqdı.

Amma məsəl var deyir, sən saydığını say, gör fə-

lək nə sayır. Sui-qəsd iştirakçılarının başçısı o biri 

dünyaya yola saldığı hökmdarın ardınca gedə cək di…

* * *

Amma hələ ki, sakit bir yay gecəsi idi. Bülbüllər 



ay işığında cəh-cəh vururdu. Amma ara-sıra ora dan-

buradan bayquş səsi də gəlirdi. Nadir şah gənc hərə-

mi Cukinin çadırında dörd cıqqalı papağını bir tərəfə 

qoyub, elə paltarlı-paltarlı yatağa uzanmışdı:

– Cuki, yuxu mənim bütün ixtiyarımı  əlimdən 

alıb, fəqət yatmamağım məsləhətdir, elə ki, gördün 

gözüm yumuldu, yuxuya daldım, məni tez oyat…

Bir azdan Cuki özü də başını Nadir şahın köksü-

nə qoyub xumarlandı. Çadırın qızılı rəngli orta sutu-

nunda qəndillər yanırdı. Pərdələr, yataqdakı yastıqlar 

hamısı eyni rəngdə idi. 

Saleh xan, Nadir şahın öldürülməsi ilə bağlı aldıq-

ları qərarı yerinə yetirmək üçün gecə yarısına qalmış 

ayağa qalxdı və xidmətçilərini də oyadıb həyəcanla:

– Durun, durun, bəxtəvərlər! Tez mənimlə gəlin!

– Nə olub? – deyə xidmətçilər tələsik geyinə-ge  -

yinə soruşdular.

– Əliqulu xan Nadir şahın çadırına girib, onu həbs 

edib. Gedib şahı xilas etməliyik.

Xidmətçilərdən biri dedi:

– Ağa, elə biz özümüz onu azad edəcəyik?



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə