Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

  
 
 
 
 
 
 
 
alınan  bədii  kitabların  sərgisi,  охucu  kоnfransı,  görüşlər  və 
başqa  tədbirlərlə  bir  vaхtda  kеçirmək  məqsədəuyğundur, 
çünki icmal hər hansı bir tədbiri tamamlayır. Təcrübə göstərir 
ki, kitab sərgisi ətrafında keçirilən icmallar daha maraqlı оlur 
və  daha  çох  охucu  tоplayır.  Həm  də  bu  zaman  охucu  kitabı 
görməklə yanaşı, оnun qısa məzmunu ilə də tanış оlur. İcmal 
keçirilərkən охucu qrupu, mövzunun aktuallığı mütləq nəzərə 
alınmalıdır.  Kitabların  icmalında  müəyyən  ardıcıllıq 
gözlənilməlidir.  Yeni  kitabların  icmalı  çox  kitabı  əhatə 
etdikdə  onları  ümumi  mövzular  üzrə  qruplaşdırıb  qısa 
annotasiya  ilə  kifayətlənmək  olar.  İcmal  zamanı  bədii  kitab 
haqqında  gеniş  danışmaq  məsləhət  dеyil.  Barəsində  söhbət 
açılan  kitablardan    еlə  dеtallar  və  ya  faktlar  seçilməlidir  ki, 
hər bir охucu tеzliklə həmin kitabı охumağa tələssin.  
Mövzu  icmallarında  hər  hansı  bir  problem  və  ya  aktual 
məsələyə  həsr  edilmiş  ədəbiyyat  barədə  danışılır.  Mövzu 
icmallarında  müvafiq  məsələ  ilə  əlaqədar  son  illərdə  nəşr 
olunmuş  müxtəlif  tipli  kitablar  (elmi-kütləvi  ədəbiyyat,  dərs 
vəsaitləri və  s.) seçilir.  Mövzu icmalı keçirilərkən hər kitaba 
geniş  xarakteristika  verilməlidir.  Ona  görə  də  nəzərdən 
keçirmək  üçün  icmala  yalnız  mövzu  ilə  bilavasitə  əlaqəsi 
olan  bir  neçə  kitab  daxil  edilməlidir.  İcmalın  əvvəlində 
mövzunun adı, sonra məqsədi qeyd edilməlidir. Bu prosesdə 
təkcə  biblioqrafik  təsvir  və  müəllif  haqqında  məlumat  deyil, 
həm 
də 
kitabın  məzmunu,  onun  keyfiyyətləri  və 
nöqsanlarından da yığcam danışılmalıdır. Mövzu icmallarının 
ətraflı planını, mətnini işçilər və kitabxana işinə cəlb edilmiş 
fəallarla əvvəlcədən müzakirə etmək məqsədəuyğun olardı 
Şəxsi  icmallar  bir  qayda  olaraq  hər  hansı  bir  şəxsə  (şair, 
yazıçı, ictimai xadim, müəyyən bir sahənin mütəxəssisi) həsr 
olunur,  onun  əsərlərini,  həyat  və  yaradıcılığına  aid  əsərləri 
əhatə  edir.  Məktəb  kitabxanalarında  biblioqrafik  icmalı  yeni 
alınan  bədii  kitabların  sərgisi,  oxucu  konfransı,  görüşlər  və 


  
 
 
 
 
 
 
 
başqa  tədbirlərlə  bir  vaxtda  keçirmək  məqsədəuyğundur, 
çünki icmal hər hansı bir tədbiri tamamlayır. Təcrübə göstərir 
ki, kitab sərgisi ətrafında keçirilən icmallar daha maraqlı olur 
və  daha  çox  oxucu  toplayır.  Həm  də  bu  zaman  oxucu  kitabı 
görməklə yanaşı, onun qısa məzmunu ilə də tanış olur. İcmal 
keçirilərkən  oxucu  qrupu,  mövzunun  aktuallığı  müəyyən 
ardıcıllıq  gözlənilməlidir.  Yeni  kitabların  icmalı  çox  kitabı 
əhatə  etdikdə  onları  ümumi  mövzular  üzrə  qruplaşdırıb  qısa 
annotasiya  ilə  kifayətlənmək  olar.  İcmal  zamanı  bədii  kitab 
haqqında  geniş  danışmaq  məsləhət  deyil.  Barəsində  söhbət 
açılan  kitablardan  elə  detallar  və  ya  faktlar  seçilməlidir  ki, 
hər bir oxucu tezliklə həmin kitabı oxumağa tələssin. Mövzu 
icmallarında hər hansı bir problem və ya aktual məsələyə həsr 
edilmiş  ədəbiyyat  barədə  danışılır.  Mövzu  icmallarında 
müvafiq  məsələ  ilə  əlaqədar  son  illərdə  nəşr  olunmuş 
müxtəlif tipli kitablar (elmi-kütləvi ədəbiyyat, dərs vəsaitləri 
və s.) seçilir.  
Viktorinalar:  Bu  kütləvi  tədbir  formaları  yaddaşı 
gücləndirir, təfəkkürü inkişaf etdirir, özünü şagird kimi təsdiq 
etməyə  imkan  verir.  Viktorinalar-  bədii  əsərin  məzmununa, 
müəlliflərin  bioqrafiyasına  aid  faktlar,  kitab  və  ədəbiyyat 
tarixinə  adi  əlamətdar  hadisələr  haqqında  düşündürücü 
suallar  vasitəsilə  təşkil  olunur.  Viktorinalarda  şagirdlərə 
süurlu,  diqqətli  və  səriştəli  mütaliə  tələb  edən  müxtəlif 
rəngarəng  suallar,  tapmacalar  verilir.  Əksər  məktəblərdə 
xüsusi  lövhələr  və  sual-cavab  qutuları  (orada  suallar  yazılır, 
cavabları  qutuya  salınır)  təşkil  edilir.  Cavabların  qutuya 
salınma  vaxtı  və  müzakirə  vaxtı  qeyd  edilir.  Viktorinaların 
sualları  ayrı-ayrı  yaş  dərəcələri  üzrə  tərtib  edilir.  Şagirdlər 
arasında  viktorinaların  keçirilməsi  pedaqoji  kollektivlə  sıx 
əlaqə  şəraitində  keçirilir.  Pedaqoji  kollektiv  tədbirdə  istirak 
edərək  şagirdlər  arasında  tədrisin  keyfiyyətinə  kömək  edən 
işlərin  səviyyəsini,  şagirdlərin  maraqlarını,  tədris  prosesində 


  
 
 
 
 
 
 
 
meydana  çıxan  nöqsanları  və  s.  öyrənir.  Məsələn:  Yuxarı 
sinif  şagirdləri  üçün  daha  fərqli  düşünülmüş  oyunlar  tətbiq 
etmək  lazımdır.  X-XI  sinif  şagirdləri  arasında  intellektual 
yarışlar keçirmək olar. Bu kimi oyunlar iştirk edən uşaqlarda 
daha çox öyrənmək və bilmək rəqabəti onları mütaliə etməyə 
sövq  edə  bilər.  Bundan  başqa  uşaqlar  üçün  müxtəlif  fənnlər 
üzrə  bilik  yarışmaları  da  təşkil  etmək  mümkündür.  Bununla 
da  şagirdlər  müxtəlif  fənnlərlə  əlaqədar  olan  kitablarla 
maraqlanır, onları əldə etməyə çalışırlar.  
Oyunlar:  -  Ədəbi  oyunlar-  əsərin  və  müəllifin  kitabdan 
bir  parça,  illüstrasiya,  müəllifin  portreti  və  s.  əsasında 
tapılmasıdır.  Təsadüfü  deyil  ki,  bu  cür  tədbirlər  uşaqlar 
arasında  böyük  müvəffəqiyyət  qazanırlar.  Çünki,  burada 
uşaqlar  həqiqətən  də  öz  bilikərini  nümayiş  etdirə  bilirlər  ki, 
bunu  onlar  çox  sevirlər.  Bu  tədbirlər  bayramsayağı 
elementləri,  qeyri-adiliyi,  qeyri-rəsmiliyi  ilə  fərqlənir  ki,  bu 
da  materialı  daha  emosional  mənimsəməyə  imkan  verir.  Biz 
bilirik  ki,  məhz  emosialar  şəxsi  marağın  istiqamətlərini 
müəyyən edir. Ədəbi oyunların sırasına bal, breyn-rinq, KVN 
(Şən  və  hazırcavablar  klubu),  auksion,  press-konfrans, 
məşhur  oyunların  ssenarisinə  uyğun  hazırlanmış  teleoyun  və 
s.  daxil  etmək  olar.  Bu  iş  formaları  emosional  qavramanı 
inkişaf  etdirir,  iştirakçılara    yaradıcılıq  potensialını  aktiv 
istifadə  etməyə  imkan  yaradır,  tədbirə  canlı  –  qeyri-rəsmi 
xarakter verir. Onlar dünyagörüşünü genişləndirir və biliklərə 
olan  maraqları  aktivləşdirir.  Oyun  formaları  sistemli  şəkildə 
keçirildikdə  daha  təsirli  olur.  Oyunlar  eyni  mövzuya  həsr 
olunmuş  ədəbiyyat  xülasəsi  keçirildikdən  sonra  növbəti 
mərhələ  və  ya  kütləvi  tədbir  sisteminin  bir  hissəsi  kimi 
keçirilə bilər. Keçirilmə metodikasının tələblərinə görə, ədəbi 
oyunun  mövzusunu  kitabxanaçı  hazırlıq  zamanı  məsləhət 
görür,  kitab  sərgisi  ilə  eyni  zamanda  nümayiş  etdirir  və  ya 
ədəbiyyat  xülasəsi  zamanı  təklif  edir.    Hazırlıq  müddəti 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə