Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

• 



verən  ictimai-siyasi  hadisələr,  Naxçıvan  uğrunda  aparılan  siyasi- 
hərbi mübarizə idisə (məhz bu mübarizə daxili məsələlərin həllinə 
imkan  vermirdi  -   S.A.),  digər  əsas  səbəb  həmin  dövrdə  Naxçı­
vanda  qadın  azadlığının  real  həlli  üçün  kifayət  qədər  siyasi,  iqti­
sadi,  mədəni  şəraitin'və  kadr  potensialının  olmaması  idi.  Naxçı­
van qadınlarının  kütləvi  savadsızlığı,  onların  iqtisadi  və sosial  cə­
hətdən  asılılığı  qadınlar  arasında  lazımi  iş  apara  biləcək  fəal  qa­
dınların  formalaşmasına  imkan  vermirdi.  Buna  görə  də  yeni  qu­
ruluş Naxçıvanda qadınların həqiqi  azadlığı üçün birinci növbədə 
siyasi,  iqtisadi  və  mədəni-maarif  tədbirlərini  həyata  keçirməyə 
başladı. Naxçıvan qadmlarmi  sosial,  ictimai  dəyişikliklərə uyğun­
laşdırmaq,  onların  yeni  cəmiyyət  qüruculuğunda  iştirakını  təmin 
etmək  üçün  üç  istiqamətdə  iş  aparılırdı:  qadınların  təhsil  və  mə­
dəni  səviyyəsinin  yüksəldilməsi,  onların  sosial  fəallığının  artırıl­
ması və ictimai istehsala cəlb edilməsi.
Bu vəzifələrin  həyata keçirilməsində əsas hüquqi  və nümunəvi 
baza  olmaqla  RSFSR  və  Azərbaycan  SSR-nin  qadın  azadlığı, 
maarif  və  mədəniyyətin  inkişafına  dair  qəbul  etdiyi  qanunlar, 
dekret  və  sərəncamlar  mühüm  rol  oynadı.  Təkcə  onu  demək 
kifayətdir ki,  Sovet hakimiyyətinin ilk iki ilində Azərbaycan SSR- 
də  qadın  məsələsinə  dair  20-dən  çox  qanun  və  qərarlar  qəbul 
edilmişdi  [52;  171;  125;  127  ].  Lakin  bununla  belə  o  zaman 
Naxçıvanın hüquqi stätusu hələ müəyyənləşmədiyi  üçün,  onun  ali 
hakimiyyət  orqanları  -   Naxçıvan  İnqilab  komitəsi,  Mərkəzi 
İcrayyə  Komitəsi  və  s.  qadınların  azadlığı,  maariflənməsinə  dair 
xüsusi dekretlər və qərarlar qəbul etmişdilər.
Naxçıvan  qadınlarının  yeni  həyatda  iştirakını  gücləndirmək 
üçün  ilk  növbədə  onların  təhsil  və  mədəni  səviyyəsini  qaldırmaq 
tələb  olunurdu.  Araşdırılan  dövrdə  bu  məsəld  birincisi,  onların 
arasında  savadsızlığın  ləğv  edilməsi;  ikincisi,  qız  və  qadınların 
icbari  təhsilə  və  məktəblərə  cəlb  edilməsi;  üçüncüsü,  qadın 
kadrların,  xüsusilə  pedaqoci  kadrların  hazırlanması  və  nəhayət, 
onlar  arasında  mədəni-kütləvi  tədbirlərin  keçirilməsi  ilə  bağlı 
istiqamətlərdə həll edilirdi.
Qadınların  savadlandırılması  və  mədəni  səviyyəsinin  qaldırıl­
ması  onları  yeni  cəmiyyət  quruculuğuna  geniş  cəlb  etməyin  əsas 
şərti  idi.  Lakin  Naxçıvanda  həmin  dövrdə, qadınların  kütləvi  sa- 
vadasızlığı  bu vəzifənin  yerinə yetirilməsinin  necə  çətin  olduğunu
I  . 
26
t


\
göstərirdi.  Sovetləşməyə  qədər  Naxçıvan  qəzasında  əhalinin 
92,6%-i,  qadınların  isə  98,2%-i  savadsız  idi  [101,  s.  1,  iş  180/307, 
V. 
1,  47,  s.  5].  Naxçıvanda  qadın  savadsızlığının  ləğvi  bütün əha­
linin savadsızlığının ləğvi kontekstində aparılırdı.
Naxçıvan İnqilab Komitəsinin  5  avqust  1920-ci il tarixli qərarı 
ilə  bölgədə  mövcud  olan  bütün  köhnə  maarif  orqanları  ləğv 
edildi.  Həmin  il  oktyabrın  10-da  vilayət  maarif  şöbəsi  təşkil
I
edildi.  (1921-ci  ilin  sentyabrında  o,  Naxçıvan  Xalq  Maarif 
Komissarlığına  çevrildi  -   S.A.).  O,  təkçə  maarif  məsələlərinə 
deyil; habelə mədəniyyət, incəsənət sahələrinə də rəhbərlik edirdi.
Bu  dövrdə  savadsızlıqla  mübarizə  sahəsində  birinci  planda 
təşkilati  işlər  idi.  1920-ci  ilin  sentyabrında!  Azərbaycan  SSR-də 
«Savadsızlığa  qarşı  mübarizə»  mərkəzi  komissiyası  yarandıqdan 
sonra,  müvafiq  komissiya  1922-ci  ilip  yanvarında  Naxçıvan  ölkə 
partiya təşkilatı nəzdində də yaradıldı.  Həmin ilin  aprelində Nax­
çıvan  Xalq  Komissarları  Soveti  savadsızlığın  ləğvi  haqqında 
xüsusi dekret qəbul etdi.  Həmin  dekretə görə respublikanın  16-50 
yaşlı bütün savadsız və az savadlı vətəndaşları, onlar üçün açılmış 
savadsızlığı  ləğvetmə  məntəqələrində,  axşam  məktəblərində  və 
kurslarda məşğul olmalı idilər [155, s.  17]. 
!
Lakin  bu  vəzifənin  həlli  üçün  zəruri  maddi  və  texniki  vəsait- 
kitab,  dəftər,  inzibati  binalar  çatışmırdı.  Mədəni-maarif  işinin 
təşkili  və ona  rəhbərlik  üçün  Baş  Siyasi  Maarif İdarəsi  yaradıldı. 
Bölgənin  xüsusiyyətlərini,  qadın  təhsilinə  aid' uzun  illər  forma­
laşmış  təsəvvürləri,  milli-dini  mentaliteti  ilk  vaxtlar  nəzərə  alan 
yerli  hakimiyyət  orqanları  azərbaycanlı  qızlar  üçün  xüsusi  savad 
məktəbləri  və  kursları  təşkil  edirdilər.  Bü  barədə  1925-cü  ilin 
yanvarında  Naxçıvan  fırqə  təşkilatının  rəyasət  heyətində  məsələ 
müzakirə  edilmiş  və  həmin  ilin  martın  1-dən  Naxçıvan  şəhərində 
qadınlar  üçün  xüsusi  savad  məktəbi  təşkil  etmək  haqqında qərar 
qəbul  edilmişdi  [155,  s.  17].  Məktəbdə  dərslər  gündüz  keçirilir, 
müəllimlər isə yalnız qadınlardan ibarət idi.,Fatma Hacılı, Tərlan 
Qazıbəyova,  Fatma  Rəhimova,  Qəmər Tağızadə', Xanım  Vəziro- 
va,  Siddiqə  Bağırova,  Məsumə  Bektaşova,  Rübabə  Hacıyeva  və 
başqaları  qızlara  savad  öyrətmək  üçün  Xalq  Maarif  Komissar­
lığının  əmri  ilə məktəbə  cəlb  olunmuşdular ![94,  s.  1,  iş,  84,  v.  11, 
18].  Həmin dövrdə  digər şəhərlərində  -  Ordubadda,  Culfada,  Şə­
rurda  da  qadın  savad  kursları  təşkil  edilmişdi.  Yalnız, Naxçıvan

27
1
I


şəhərində  azərbaycanlı  qadınlar  arasında  savadsızlığı  ləğv  etmək 
üçiin  10 dərnək  fəaliyyət  göstərirdi  [66, s.  69].  Qadınları  bu  kursa- 
lara daha yaxından cəlb  etmək  məqsədi  ilə savad  məktəbində yas- 
lilər,  ictimai iaşəxanalar fəaliyyət göstərirdi  [101, s.  1, iş  18,  v.  10].
Naxçıvan ölkə partiya komitəsinin  25  yanvar  1925-cü il  tarixli 
iclasında qadınlar arasında savadsızlığın ləğvi  və onların  məktəbə 
cəlb  edilməsi  məsələsi  müzakirə  edilərək,  maarif  komissarlığı 
qadınlar  -  arasında  savadsızlığı  ləğv  etmək  üçün  məktəblər 
şəbəkəsinin  genişləndirilməsini  təklif  etdi  [16,  s.v.  105,  v.  6]. 
Həmin  ildə  Naxçıvan  şəhərində  savad  kurslarında  dərs  demək 
üçün pedaqoci qadın kursları  açılmışdı [182, s.  62].
1924- cü  ildə 
Naxçıvan 
MSSR 
yaradıldıqdan 
sonra 
savadsızlığın  aradan  qaldırılması  sahəsində  mühüm  addımlar 
atılmağa  başladı.  Həmin  ilin  iyulunda  Azərbaycanda  yaradılan 
«Rədd  olsun  savadsızlıq»  cəmiyyəti  bu  işdə  mühüm  rol  oynadı 
[171,  s.  56].  1925-ci  ilin  yanvarında  Azərbaycan  K(b)P  Naxçıvan 
əyalət  komitəsi  Muxtar  Respublikada  müvafiq  cəmiyyətin 
yaradılması  haqqında  qərar  qəbul  etdi. 
Bu  cəmiyyətin 
yaradılması  Naxçıvan  əhalisinin,  'o  cümələdən  qadınların 
savadsızlığının  ləğv  edilməsinə  böyük  təkan  verdi.  Cəmiyyətin 
özəkləri vilayətin  bir çox şəhər və kəndlərində də yaranmışdı.
Naxçıvan  qadınlarının  maarif  və  mədəni  səviyyəsinin 
artırılmasında  1920-ci  ildən  sonra Muxtar Respbulikada  təşəkkül 
tapmağa1  başlamış  mədəni-maarif  müəssisələri  şəbəkəsinin, 
kitabxanalar,  klublar,  qiraət ı komaları,  qırmızı  güşələr  və  s. 
mühüm  rol  oynadı.  Onlar  mədəni-maarif,  istehsal  və  tibb 
müəssisələri funksiyalarını özündə cəmləşdirirdi.
Məlumdur  ki,  sovet  Şərqin  sovetləşdirilmiş  ərazisində  ilk 
qadın  klıibu  1920-ci  ilin  mayında  Bakıda  açılmışdı  (Ə.Bayramov 
adma  qadınlar  klubu  -   S.A.).  Bu  klubun  əsas  məqsədi 
Azərbaycan qadınının məişət və iqtisadi  azadlığına nail  olunması, 
onun  mədəniyyətə,  maarifə və ictimai həyata cəlb olunması idi.
1925- 
cü  ilin  iyununda  Naxçıvan  qadın  qiraətxanası  əsasında 
qadın klubu açıldı  [ (144,  1925,  5 iyul) Sovetskaə Naxiçevanğ (B., 
1984)  kitabında  klubun  1922-ci  ildə  açıldığı  qeyd  olunur,  s.  70.]. 
Kluba  rəhbərlik  19  yaşlı  Rübabə  Sadığovaya  həvalə  olumuşdu. 
Ona  bu  işdə Naxçıvan  qadınlarının  azadlığa  çıxmasında  və maa­
riflənməsində  mühüm  xidmətləri  olan  Bülbül  Kazımova  böyük
28


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə