Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   2   3   4   5   6   7   8   9   ...   53

А
Tədqiqat 
prosesində  • Muxtar 
Respublikanın 
mədəni 
quruculuğu,  sosial-icjtişadi  vəziyyəti,  əmək  ehtiyatları  və  s. 
məsələlərinə  dair  SSRİ  Mərkəzi  Statistika  İdarəsi  (MSİ), 
Azərbaycan  MSI-si  və Naxçıvan  MR  MST-si  statistik  buraxılışla­
rının  müxtəlif  rəqəm-göstəriciləri  öyrənilmiş,  həmçinin  müxtəlif 
vaxtlarda  qəbul  edilmiş  mühüm  dövlət  və  partiya  sənədlərindən
də istifadə edilmişdir.  ■
Nəhayət,  problemin  araşdırılmasında  ən  mühüm  mənbələr  -  
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  qadın 
məsələsinə  dair imzaladığı  sərəncam  və  fərmanlar,  etdiyi  çıxışlar, 
həmçinin'  respublikada  son'  dövrdə  qəbul  edilmiş  qanun  və 
sənədlər külliyatıdır.
Kitabda 
Muxtar 
Respublikada 
qadın 
hərəkatının 
formalaşması,  ona i təsir  göstərən  şərtlər  hərtərəfli  və  kompleks 
şəkildə  araşdırılmışdır.  Faktik  materialın  təhlilil  əsasında 
Naxçıvan  MR  qadınlarının  müxtəlif  dövrlərdə  ictimai-siyasi 
fəaliyyətə,  istehsala,  təhsilə,  mədəniyyətə  cəlb  edilməsi  konkret 
tarixi  materiallar  əsaşmda  təhlil  edilmiş,  Muxtar  Respublikanın 
sosial-mədəni  və 'ictimai-siyasi  həyatında  qadınların  oynadığı  rol 
və  tutduqları  yer  müəyyənləşdirilmiş,  müasir  dövrdə  Muxtar 
Respublika  qadınlarının  sosial-iqtisadi  vəziyyəti,  onların  sosial 
fəallığı  nəzərdən  keçirilmiş,  bütün  bunlar  öz  növbəsində 
Naxçıvanda 
qadın 
hərəkatının 
inkişafının 
ümumi 
qanunauyğunluqlarını  үә spesifik  xüsusiyyətlərini  müəyyənləşdir­
məyə,  Muxtar  Respublikada  qadın  məsələsi  sahəsində  müxtəlif 
dövrlərdə buraxılmış  səhvlərin  təhlilini  verməyə,  bu  əsasda qadın 
problemlərinin  həlli  istiqamətində  konkret  təkliflər  və  tövsiyələr 
hazırlamğa imkan vermişdir.
14


I FƏSİL
NAXÇIVAN  QADINLARININ TƏHSİL  VƏ  MƏDƏNİ 
SƏVİYYƏSİNİN ARTIRILMASI,  ONLARIN İCTİMAİ 
HƏYATA VƏ  İSTEHSALA  CƏLB EDİLMƏSİ
(XX əsrin 20-30-cu illəri)
1.  Naxçıvanda qadın hərəkatının formalaşmasının sosial-iqtisadi,
siyasi  və mənəvi şərtləri
Mütəşəkkil  sosial-iqtisadi  qüvvə  kimi  qadın  hərəkatının 
Naxçıvanda  XX  əsrin  20-ci  illərində  əsası  qoyulsa  da,  onun 
formalaşmasının  ilkin  sosial-siyasi,  iqtisadi  və  mə'nəvi  şərtləri 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Məhz  bu 
dövrdən  başlayaraq  bütün  Şərq  dünyasında,  o  cümlədən 
Azərbaycanda  qadınlar  öz  sosial  və  siyasi  hüquqsuzluğuna  qarşı 
e'tiraz səslərini ucaltmağa,  baş verən sosial-iqtisadi dəyişikliklərin 
tə'siri  altında  ictimai  fəaliyyətə,  təhsilə,  mədəniyyətə  daha  çox 
cəlb olunmağa başlayırlar.  Dövrün qabaqcıl ideyalarla yüklənmiş 
ictimai  xadimləri,  mütəfəkkirləri,  ziyalıları  getdikcə  daha 
qətiyyətlə  bildirirdilər  ki,  «qadın  məsələsi»  adlanan  mühüm 
ictimai  əhəmiyyətli  bir  məsələni  həll  etmədən  cəmiyyətdə 
tərəqqiyə  nail  olmaq  mümkün  deyil.  Buna  görə  də  qadınların 
azadlığa  çıxması  və  inkişaf  ideyası  Azərbaycanda,  onun 
bölgələrində özünə getdikcə daha çox tərəfdar tapırdı.
XIX  əsrin  əvvəllərində  Azərbaycanın  Rusiya  tərəfindən  işğalı 
ölkənin  siyasi  müstəqilliyinə  son  qoysa  da,  onun  iqtisadi,  mədəni 
inkişafında  müəyyən  dönüş  nöqtəsi  oldu.  Həmin  əsrin  ikinci 
yarısından başlayaraq çarizmin Azərbaycanda, məhdud çərçivədə 
olsa da, keçirdiyi bir sıra siyasi,  iqtisadi, hüquqi islahatlar iqtisadi 
və  mədəni  həyatda  canlanma  yaratdı,  əmtəə-pul  münasibətləri 
sənaye  və  kənd  təsərrüfatının,  ticarətin  inkişafına,  Azərbaycanın 
«dünyaya çıxmasına» təkan verdi.
İqtisadi  və  ictimai  yeniliklər  qabaqcıl  Avropa  və  Rusiya  icti­
mai  Fikrindən  qidalanmış  tərəqqipərvər  və  demokratik  ziyalılar 
təbəqəsinin  yaranmasına  gətirib  çıxardı.  Görkəmli ziyalılar,  yazı­
çılar,  ictimai  xadimlər  qabaqcıl  ideyaları  xalq  arasında  yaymağa 
çalışır,  onu  azadlığa,  bərabərliyə,  ictimai  və  mədəni  tərəqqi
15


uğrunda  mübarizəyə  səsləyirdilər.  A.Bakıxanov,  M.Ş.Vazeh, 
M.F.Axundzadə,  S.Ə.Şirvani,  H..Zərdabi  və  başqaları  Azərbay­
canda  maarifin,  dünyəvi  elmlərin,  mədəniyyətin  inkişafı  uğrunda 
çalışırdılar.  Onları  müsəlman  qadınlarının  acı  taleyi  də  daim 
düşündürürdü.  Bir  çox  mürtəce  Qərb  alimlərindən  fərqli  olaraq, 
bu  mütəfəkkir ziyalılar  Şərq  qadınlarının  geridə  qalmalarının  sə­
bəbini islamda deyil,  onların  yaşadıqları  siyasi  vo mədəni şəraitdə
axtarırdılar.
XIX  əsrin  II  yarısında  Azərbaycanın  digər  bölgələrində 
olduğu  kimi,  Naxçıvanda  da  iqtisadiyyatda,  daxili  və  xarici 
ticarətdə  müsbət  dəyişikliklər  baş  vermiş,  bu  isə  öz  növbəsində 
mədəni  tərəqqiyə,  maarifçi  ən'ənələrin  genişlənməsinə  müəyyən 
dərəcədə  tə'sir  göstərmişdi.  Azərbaycanda  nəzərə  çarpan  milli 
maarifçilik  meylləri,  mədəni  tərəqqi  əlamətləri  Naxçıvanda  da 
özünü  göstərməyə  başlamış,  bölgədə  yeni  tipli  mədəni-maarif 
ocaqları  təşkil  edilmiş,  ana  dilində  dünyəvi  elmlər  tədris 
olunmağa başlanmışdı.
XIX  əsrin  son  onilliklərində  Naxçıvan  cəmiyyətində  təzahür 
edən canlanma  prosesi  diyarın  mədəni  həyalının  bütün  tərəflərini 
əhatə  etmişdi.  Getdikcə  daha  çox  mütərəqqi  insanlar  mövcud 
quruluşun  eybəcərliklərinə  qarşı  öz  e'tiraz  səslərini  ucaldırdılar. 
Onların  köhnəliyə,  cəhalətə,  nadanlığa  qarşı  mübarizəsi  milli 
vətənpərvərlik  şüurunun  oyanması  ilə  müşayət  olunurdu. 
Naxçıvan  bu  dövrdə  ictimai  şüurun  inkişaf  səviyyəsinə  görə 
Cənubi  Qafqazın  və  Azərbaycanın  digər  şəhər  və  bölgələrindən 
hes də geridə qalmırdı.
Naxçıvanda  ictimai-mədəni  mühitin  dirçəlişi,  Naxçıvan 
teatrının  yaranması,  dünyəvi  məktəblər şəbəkəsinin  genişlənməsi, 
mətbuat  əlaqələrinin  yaranması  və  digər  amillər  burada 
maarifçilik 
hərəkatının 
güclənməsinə 
gətirib 
çıxarmışdı. 
Naxçıvanda  ziyalılar  məclisi,  müsəlman  dram  həvəskarları 
cəmiyyəti 
«Darüulürfan», 
Ordubadda 
«Əncüməni-Şüəra» 
məclisləri təşkil olunmuşdu.
Naxçıvanda maarifçilik  hərəkatı  öz məzmununa  görə  iki  mər­
hələyə  ayrılır.  Məşhur ictimai  xadim  E.Sultanovun  adı  ilə  bağlı  I 
mərhələ  (XIX  əsrin  80-cı  illəri)  ilk  dünyəvi  məktəblərin  açılması, 
müəllim  kadrların  hazırlanması  vo  teatrın  yaranması  ilə  əlamət-


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə