Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   2   3   4   5   6   7   8   9   ...   53

dar idisə,  XIX əsrin  90-cı  illərini əhatə.edən  bu hərəkatın II mər­
hələsində maarifçi  qüvvələrin  bütöv  dəstəsi  meydana  gəlmiş,  mil­
li-mədəni  problemlər  müzakirə  olunmağa  başlanmışdı.  Hərəkata 
rəhbərlik  edən  C.Məmmədquluzadənin1  Tiflisə  köçməsi  və 
M.T.Sidqinin  ölümü  ilə  (1903-cü  il)  Naxçıvanda  maarifçilik  hə­
rəkatının  birinci  mərhələsi  başa çatmışdır [48, 49].
Bu  dövrdə  Naxçıvanda  M.T.Sidqi,  E'.Sultanov,  M.Kəngərli, 
M.C.  Mirzəyev,  Q.Şərifov,  B.Şaxtaxtınski,  N.Şeyxov,  H.Cavid, 
C.Məmmədquluzadə,  M.Ə.Süleymanov,  Ə.Xəlilov,  Ə.Sultanov 
və başqa mütərəqqi ziyalılar böyük mədəni-maarif işi aparırdılar. 
Onların  bir  çoxu  Rusiyanın  qabaqcıl  ali  'məktəblərində  təhsil 
almış,  Avropa  və  Rusiyanın  qabaqcıl  ictimai  fikri,  o  cümlədən 
qadın  azadlığı  barədə fikirləri  ilə  yaxından  tanış  idilən  Bilavasitə 
bu  fikirlərin  təsiri  altında  onlar  Azərbaycan  qadınlarının 
hüquqsuzluğu, sosial  və siyasi  geriliyi əleyhinə mübarizəyə girişir, 
qadının əsarət  girdabından  azad  olmasın'a  çılışırdılar.  Lakin  Rus 
və  Avropa maarifçilərindən,,eləcə  də  Bakıda  və Tiflisdə fəaliyyət 
.  göstərən  digər  Azərbaycan  maarifçilərindən  fərqli  olaraq 
naxçıvanlı  ziyalıların  qadınların  azadlığı  və  maariflənməsi 
uğrunda mübarizəsi daha mürəkkəb şəraitdə aparılırdı.  Çünki bir 
tərəfdən  onlar  çarizmin  Azərbaycanda .yeritdiyi  milli  ayrıseçkilik 
siyasətinə  qarşı  mübarizə  aparırdılarsa,  digər  tərəfdən  xalqa 
maarifin,  mədəniyyətin əhəmiyyətini başa .salmalı,  ona qadınların 
azadlığa  çıxması  və  təhsil  almasının zəruriliyini  inandırmalı,  eyni 
zamanda köhnəpərəstliyin,  cəhalətin,  fanatizmin  daşıyıcıları  olan 
yerli qüvvələrin müqavimətini qırmalı olurdular.
Həmin  dövrdə  Azərbaycanda  Şərq  və  Qərb  mədəniyyəti  qov­
şağında  formalaşmış  ictimai  şüurda  baş  vermiş  mühüm  dəyişik­
liklərdən  biri  də qadın  məsələsinə  münasibətdə  oldu.  Neft hasila­
tından  yığılan  kapitalın  milli  burcuaziya  tərəfindən  maarifə  və 
mədəniyyətə  sərf olunması  geniş  yayıldı  və  tiunun  bir nəticəsi  də 
maarifin  və  mədəniyyətin  azəfbavcanlılarm  etnik  şüurunda 
yüksək  qiymətləndirilməsi  idri  Qüda-r  üe,üs  məktəblər, ■
  gimna­
ziyalar,  qadın kursları açılır. ФишвпЦ  yanaşı hüquqi şüurda inqi­
labi  dəyişiklik  baş  verir.  1‘9^7-bi  ddə  Rusiya  Dumasının  müsəl­
man  fraksiyasında  azərbaycanlı  "deputat  X.Xasməmmədov 
müsəlman  qadınlarının  təhsili  məsələsinə- toXiunaraq  bildirmişdir


t
ki,  «müsəlman  qadınları  üçün  diyarda  bir  dənə  də  olsun  «hö­
kumət  məktəbi»  yoxdur.  Olan  iki-üç  məktəb  də  ayrı-ayrı  şəxslə­
rindir.  Müsəlman  qadınlarından  müəllim  hazırlamaq  üçün  qadın 
müəllim  seminariyasının  yaradılması  yaxşı  olardı».  Buna  görə  də 
X.Xasmmədov  Zaqafqaziya  seminariyası  tatar  bölməsinin  Yeli- 
zavetopola  göçiirülməsi  və  onun  müstəqil  seminariya  şəklində 
yaradılması  barədə  Xalq  Maarif' Nazirliyi  qarşısında  vəsatət  də 
qaldırmışdı. 
.  .
Bu  dövrdən  başlayaraq  Bakıda,  Tiflisdə,  Gəncədə  və  digər 
şəhərlərdə'qadın  xeyriyyə  cəmiyyətlərinin  yaranması,  müsəlman 
qızların  dünyəvi  təhsilə  cəlb  edilməsi,  qadın  mətbuatının  («İşıq» 
curnalı)  və  qadın  publisistlərinin  ictimai  şüura  daha  ciddi  təsir 
etməsi,  milli  mətbuatda  -   «Həyat»,  «Füyuzat»,  «Yeni  Füyuzat»,
I  
•  

«Dirilik»,  , «irşad»,  «Səda»  «iqbal»,  «Açıq  söz»  və  xüsusən 
«Molla  Nəsrəddin»  məcmuə  və  qəzetlərində  «Hürriyəti-nisvan», 
«Təsəttür-nisvan», 
«Nisvani-maarifh 
məsələlərinin 
getdikcə 
özünə  geniş  yer  alması  Azərbaycanda  qadın  məsələsinin  ictimai 
Fikirdən praktik müstəviyə keçdiyini göstərirdi.
Heç  şübhəsiz,  qadın  azadlığı  və  bərabərliyi  barəsində 
mütərəqqi'  Fikirlər  mətbuat  vasitəsi  ilə,,  qabaqcıl •  ziyalıların 
fəaliyyəti  sayəsində  Azərbaycanın  bölgələrində,  o  cümlədən 
Naxçıvanda da getdikcə daha çox yayılmağa başlayırdı.
Bununla  belə,  imperiyanın  ucqarı  sayılan,  maarif  və 
mədəniyyətin  inkişafında  kifayət  qədər  maneələrin  mövcud 
olduğu  Naxçıvan  mühitində  qadın  azadlığı  məsələsi  tamamilə 
başqa  səciyyə  daşıyırdı.  Göstərilən  dövrdə  Naxçıvan  ziyalılarını 
düşündürən  əsas  məsələ  ictimai  şüurda  qadına  münasibətdə 
mövcud  olan  stereotipləri  dəyişdirməkdən,  qadının  cəmiyyətdə 
layiqli  yer  tutmasından  ibarət  idi.  Bu  məqsədə  çatmağın, 
qadınların'  cəhalətdən  qurtarmağın  yeganə  yolunu  onlar 
qadınların maarifləndirilməsində görürdülər.
Naxçıvan  ziyalıları  qadınların  azadlığı  və  bərabərliyi  uğrunda 
mübarizədə  öz  ideya  sələfləri  olan  mütərəqqi  Azərbaycan  ziyalı­
llarının,  o  cümlədən  M.F.Axundzadənin,  H.Zərdabinin  zəngin 
ictimai-siyasi 
və 
ədəbi-fəlsəFı 
irsinə 
arxalanırdılar. 
M.F.Axundzadənin  qadın  məsələsində  tutduğu prinsipial mövqe­
yini  yüksək  qiymətləndirən  C.Məmmədquluzadə  yazırdı:  «Mirzə
18


I
Fololinin  komediyalarında  Şorq  qadını  ilk  dəfə  səhnəyə  çıxıbdır, 
orada  danışıbdır,  gülübdür,  ağlayıbdır və  orada  birinci  dəfə  kişi­
lər içində izhari-vicud' eyləyibdir [1, s.6.8]. 
,  ı
XIX  əsrin  II  yarısında  Naxçıvanda  fəaliyyət  göstərmiş 
görkəmli  maarifpərvər  ziyalı  E.Sultanov  qadın  azadlığı  və 
bərabərliyi  məsələsini  ortaya  qoyub,  onu  daim  müdafiə  edəri  ilk 
mütərəqqi  şəxsiyyətlərdən  biri  idi.  Onun  «Nə  düzdür  diızdiır», 
«Qadın»,  «Sahib  və  əşya»  kimi  məqalələrindən  bəlli  olur  ki, 
Naxçıvan  ziyalıları  ədibin  bu  sahədəki  təşəbbüsünü  müdafiə 
etmiş  və  yüksək  qiymətləndirmişlər.  1883-cü  ildə  o,  Tiflis  klassik 
gimnaziyasını  bitirib  Naxçıvana  qayıtmış  və  çox  çəkmədən 
şəhərdə  ilk  mədəni-maarif  tədbirlərinin  təşkilatçısı  olmuşdu. 
Həmin  dövrdə-Naxçıvanda  ictimai  həyata  ilk  qədəmlərini  qoyan 
C.Məmmədquluzadə  ,  öz |  xatirələrində  yazırdı:  «O  vaxtlar
arvadların əsarətdə  qalmaq söhbətləri  təzə-təzə meydana  atılmaq 
istəyirdi  və  bir  dəfə  arvadları  müdafiə  edən  sözləri  Eynəli 
yoldaşımızın  vasitəsilə  məşhur  arvad  azadlığı  tərəfdarı  Con 
Stüart  Milin  kitabında  gördüm»  [29  səh.].  1884-cü  ildə 
Azərbaycan  dramaturgiyası  tarixində  ilk  dəfə  olaraq  E.Sultanov 
qadın  azadlığı  mövzusunda  yazdığı  «Tatarka»  («Azəri  qadını») 
adlı  ikipərdəli  komediyasını  Naxçıvanda  tamaşaya  qoymuşdu. 
Naxçıvan  kimi  dini  mövhümatm  güclü •  olduğu  bir  bölgədə 
qadınların  ağıl  və  fərasətlərini  təqdir  etmək  mühüm  ictimai 
hadisə  idi.  Onun  publisistik  fəaliyyətində  də  qadın  azadlığı 
problemi  mühüm  yer  tuturdu.  E.Sultanovun  bu  istiqamətdəki 
fəaliyyəti  1905-1907-ci  illər  rus  inqilabından  sonra  daha  da 
güclənmiş  və  o  qadınların  hüquqlarını  daha  qətiyyətlə  rpüdafıə 
etməyə  başlamışdır.  O  yazırdı:  «Mən  hər  cür  təcavüzkarlığa,  hər 
cür  təzyiqə  və  cinsindən  asılı  olmayaraq  insan  azadlığının 
məhdudiyyətinə  nifrət  edirəm.  Müsəlman  qadınlarının  hüquq 
bərabərliyini 
açıqcasına 
təbliğ 
etdiyim 
üçün 
məscid 
minbərlərindən mənə lənət yağdırırdılar» [29, s.36].
Tədqiq  edilən  dövrdə  Naxçıvanda  qadınların  hüquq  və  azad- 
lıqldarının  qorunması  sahəsində  mühüm  xidmətlər  göstərmiş  si­
malardan  biri  də  görkəmli  pedaqoq,  Naxçıvanda  ilk  dəfə  olaraq 
«Üsuli-Cədid»  hərəkatının  əsasını  qoymuş  və milli  ana  dilli  mək­
təb  sayılan  Əxtər  (1892-ci,  Ordubad),  «Məktəbi  lərbiyri»  (1894-ci
19


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə