Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   2   3   4   5   6   7   8   9   10   ...   53

il,  Naxçıvan)  tədris  ocaqlarının  təşkilatçısı  M.T.Sidqi  olmuşdur. 
Sidqi  öz  pcdaqoci  fəaliyyətində  və  yaradıcılığında  qadınların 
azadlığa  çıxmasına  və  təhsil  almasına  ciddi  əhəmiyyət  vermiş,  tə­
rəqqipərvər  insanları  qadın  hüquqlarının  müdafiəsi  uğrunda 
mübarizəyə çağırmışdır.  Onun  qadın  məsələsinə aid  fikirləri  «Əx­
laq  nümunələri»,  «Qızlara  hədiyyə»  dərsliklərində,  «Rübabə», 
«Sitarə  və  xalası»,  «Analar  bəzəyi»  və  s.  məqalələrində  öz  əksini 
tapmışdır  [121;  122].  Elm  və  ədəb  barədə  öyüdnamələrdən  ibarət 
bu  əsərləri  o,  öz  məktəbində  oxuyan  qızlara  əxlaqi  keyfiyyətlər 
aşılamaq  məqsədi  ilə yazmışdır.  M.T.Sidqi  oxumuş,  tərbiyəli  qız­
ları cahil,  var-dövlət diışgünü,  meşşan  qadınlardan  üstün  tutaraq 
«Qızlara  hədiyyə» ä əsərində  bunun  parlaq  təsvirini  vermişdir. 
M.T.Sidqi  qızların  təhsilinin  zəruriliyindən  danışmaqla  kifayət­
lənməmiş,  bu  ideyanı  əməli  surətdə  həyata  keçirərək,  1896-cı  ildə 
Naxçıvan  qəzasında  ilk  dəfə  olaraq  müsəlman  qız  məktəbini  aç­
mışdır.  XIX  əsrin  sonunda  Naxçıvan  kimi  ucqar  bir  bölgədə  qa­
dınları  təhsilə  cəlb  etmək  əsl  hünər  idi.  Şəhərin  dindar  adamları, 
mollalar,  müctəhidlər  qızların  oxumasının  «islama  zidd»  olduğu­
nu  iddia  edir,  Sidqini  hər  vəchlə  bu  təşəbbüsdən  çəkindirməyə 
çalışırdılar.  Lakin  Məmmədtağı müəllim qızların oxumasının  Qu­
randa  da  tələb  edildiyini  sübut  edəndən  sonra  şəkk  yeri  olmadı 
[84,  s.  30-34].,  Ona  bu  işdə  Naxçıvanın  qabaqcıl  adamları- 
P.Sultanov,  Q.Şərifzadə,  Ə.Kəngərli  və  b.  yaxından  kömək  edir­
dilər.
Göstərilən  dövrdə  Azərbaycanda  təhsil  alan  qızların  sayı  ol­
duqca  az  idi.  Belə  ki, ı Azərbaycanda  fəaliyyət  göstərən  qadın 
gimnaziyalırında  cəmi  2257  qız  oxuyurdu  ki,  onlardan  yalnız  20 
nəfəri  azərbaycanlı  idi.(160,  s.337)  Naxçıvanda  isə  cəmi  1  sinifli 
qız məktəbi var idi ki,  orada bir nəfər də olsun azərbaycanlı bala­
sı  oxumurdu (105, s.7).  Belə bir şəraitdə Sidqinin «Qız məktəbini» 
təşkil  etməsi  doğrudan  da  mühüm  hadisə  idi.  Lakin  qız  təhsilinə 
qarşı  göstərilən  müqavimət,  valideyinlərin  qızların  biliklərə  yiyə­
lənməsinin zəruriliyini  başa düşməmələri  və  bir sıra başqa amillər 
ucbatından  bu  məktəb  1902-ci  ildə  qapandı.  M.S.Ordubadi 
«Qanlı  sənələr»  əsərində  göstərir  ki,  Naxçıvan  ziyalısı  Məmməd- 
qulu bəy Kəngərli  Qafqazda ilk dəfə olaraq «Leyli» qız məktəbini 
açmışdı  və  bu məktəb  ibtidai  yox,  gimnaziya  tipli  idi  və  oranı  bi-
20


tironlər  universitetə daxil  ola bilərdilər.  Orada oxuyanların hamı­
sı  azərbaycanlı  idi.  M.Kəngərli  məktəbi  özü  maliyyələşdirmiş, he- 
sab  dərslərini  də  özü  aparırdı.  Məktəb  1903-cü  ildə  İrəvan  şəhə­
rində öz fəaliyyətini davam etdirmişdi [48, s.170-171].
•  •' 
•* 

I
XIX  əsrin  90-cı  illərindən  başlayaraq  C.Məmmədquluzadə 
Naxçıvanda  qadın  hüquqları  uğrunda  mübarizənin  vahid  lideri 
oldu.  Azərbaycan  qadınlarının  ağır  və dözülməz həyatı,  qul  kimi 
hüquqsuz  yaşamaları,  ictimai  həyatdan  və  təhsildən  kənarda 
qalmaları  Mirzə  Cəlili  daim  düşündürürdü.  Sərbəst  həyata 
atıldıqdan  ömrünün  sonuna  qədər,  1 onun  istər  pedaqoci 
fəaliyyətində,  istərsə  də  publisist  və  ədəbi  yaradıcılığında  qadın 
azadlığı  və  bərabərliyi  problemi  qırmızı  xətt  təşkil  etmişdir. 
Ömrünün  sonlarında  o  «Şərq  Qadını»  curnalmm  yubileyi 
münasibəti  ilə  curnalın  redaksiyasına  göndərdiyi  məktubunda 
yazırdı:  «Bütün  ömrümdə  vurduğum  qələmin  çox  hissəsi  Şərq 
qadını  məsələsi  üstündə  vurulub.  Şərq  qadınının  dərdini  mən 
hamıdan artıq  anlaya bilirəm.  O, mənim köhnə dərdimdir»  [76,  s. 
10-11].  Demək  olar  ki,  qadın  azadlığının  ıcjoyuluşunda  heç  bir 
ədib,  mütəfəkkir  C.Məmmədquluzadə  səviyyəsində  durmamışdır. 
1893-cü ildə Nehrəm kənd məktəbində müdir işləyərkən çox ciddi 
mübarizə  və  təbliğat  nəticəsində  8  nəfər  qızı,  o  cümlədən  bacısı 
Səkinə  Məmmədquliyevanı  təhsilə  cəlb  edərək  onlar  üçün  sinif 
açmışdı.  Görkəmli  ədəbiyyatşünas  Ə.Şərifi öz  monoqrafiyasında 
[194,  s.  169-170]  bu  qızlar  haqqında  pıəlumat  vermişdir. 
C.Məmmədquluzadənin 
1903-cü 
ildə  ,  Tiflisə,  köçməsi 
ilə 
Naxçıvanda maarifçilik  hərəkatının  II  mərhələsi  sona yetsə  də,  o 
sonrakı  fəaliyyətində  də  Azərbaycan  qadınlarının,  o  cümlədən 
Naxçıvan  qadınlarının  azadlığı  uğrunda  mübarizə  aparan
I
cəbhəyə rəhbərlik etməkdə idi. 
!
C.Məmmədquluzadənin  və  onun  Naxçıvandakı  həmfikirləri­
nin gərgin mübarizəsi  hədər getmədi, XX əsrin əvvəllərində Azər­
baycan  türk  qadınlarının  azadlıq  duyğularının oyanması,  onların 
cəhalətə  qarşı  müqavimət  hisslərinin  artması,  elmə,  təhsilə,  icti­
mai  həyata maraqlarının  güclənməsi  ilə nəticələndi;  Bu  sırada əs­
lən Naxçıvandan olub Avropada ali təhsil  almağa gedən ilk qadın 
-   Leyla  xanım  İsa  Soltan  qızı  Şəhtaxtmskini  də  unutmaq  olmaz.
•  
у
Leyla  xanım  1907-ci  iIin  dekabrında  İsveçrədə  Lazonna universi-
21 
u  

i


I
tetinin  tibb  fakültəsində  təhsil  alarkən  soyuqdəymədən  dünyasını 
dəyişmişdir.  Böyük  ədib  Cəlil  Məmmədquluzadə  «Molla  Nəsrəd­
din»  curnalının  1908-ci  il  tarixli  52-ci  sayında  Leyla  xanıma  nek­
roloq  çap  etdirmiş,  onun  bioqrafiyasını  oxucuların  diqqətinə  çat­
dırmış, Avropada  təhsil  alah ilk azərbaycanlı  qızın ölümünü  «təs- 
kinsiz1 bir  dərd»  adlandırmışdır.  Leyla  xanımın  arzularını  onun 
bacısı Adilə xanım  gerçəkləşdirmişdir.  1894-cü ildə Tiflis  şəhərin­
də 'anadan  olan  Adilə  xanım  Şahtaxtinski  respublikamızın  ilk  gi- 
nekoloq professorlarındandır.
•Həmin  illər  Azərbaycan  qız  məktəblərinin  inkişafı,  qadın 
cəmiyyətlərinin,  mətbuatın  yayılması,  qadınlar  arasında  təbliğat 
işləri  aparan  qadın-ictimai  xadimlərin  meydana  atıldığı  dövr 
oldu.  Əsrin  əvvəllərində  -   1901-ci  ildə  Bakıda  LI.Z.Tağıyev 
tərəfindən  rus-müsəlman  qız  məktəbi  açılmışdır.  İrəvanda  rus- 
müsəlman  qız  məktəbi,  sonralar  Gəncədə,  Tiflisdə  və  başqa 
şəhərlərdə  birsinifli,  ikisinfli  ibtidai,  ali  ibtidai,  progimnaziya, 
gimnaziya,  Marinskaya  və  Müqəddəs  Nina  tipli  qadın  təhsil 
ocaqlan mövcud idi.  «Kaspi» qəzeti  qeyd edirdi ki,  rus-müsəlman 
qız  məktəbinin  Naxçıvanda  da  təşkil lolunması  haqqında  layihə 
var idi [164,  5 oktyabr, №216].
Yeni tipli qız məktəbləri  şəbəkələrinin genişləndirilməsi,  oraya 
azərbaycanlı  qızların  cəlb  edilməsi,  mətbuatda  qadın  məsələsinə 
diqqətin  artması,  xüsusən  1905-1907-ci  illər  rus  inqilabı,  1905- 
1911 -ci  illərdə  İranda  və  Türkiyədə  genişlənən  demokratik 
hərəkat  Azərbaycanda  və  ЬйШд  Şərqdə  qadın  hərəkatında  yeni 
mərhələnin 
başlanmasından  xəbər  verirdi. 
Bu  hərəkatın 
Naxçıvanda ən  başlıca xüsusiyyəti isə qızların dünyəvi  təhsilə cəlb 
edilməsi  oldu.  Düzdür,  bu  dövrdə  Naxçıvan  və  Ordubad 
şəhərlərində qız məktəbləri  artıq  mövcud  idi.  Lakin  burada  tədris 
sırf dini xarakter daşıyırdı  və məqsəd yalnız Qur'anın ayələrini  və 
şəriətin ehkamlarını öyrətməkdən ibarət idi [146, s. 142-143].
XX  əsrin  əvvəllərində  Naxçıvanda  qadın  təhsilinin  tarixindən 
danışarkən1 diyarda  qadınlar  və  qıçlar  arasında  maarifin  və 
mədəniyyətin  yayılmasında müstəsna xidmətləri  olmuş naxçıvanlı 
qadın  müəllimlərin  adını  çəkməmək  mümkün  deyil.  Bu  qadınlar 
arasında Nazlı  xanım Tahirova-Nəcəfovanın adı xüsusi ehtiramla 
yada salınmalıdır.
22
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə