Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

N.Nəcəfova  Qarsda  anadan  olmuş,  1908-ci  ildə  Bakıda 
Tağiyevin  rus-müsəlman  qız  məktəbini  bitirdikdən  ,  sonra 
İrəvanda 
H.Nərimanbəyovun 
məktəbində 
ilk 
müəllimlik
V
fəaliyyətinə  başlayaraq,  buradaca  qız  məktəbi  təşkil  etmişdi. 
1912-ci  ildə  ailəsi  ilə  Naxçıvana  köçən  N .Nəcəfova  həmin  il 
burada  qız məktəbinin  təşkilinə  nail  olur.  Həmin  dövrlərdə Nazlı 
xanım  ruhanilərin,  mövhumatçıların  hədə-qorxularına  rast  gəlsə 
də,  qadınların  azadlığı  və maariflənməsi  uğrunda  mübarizədən  əl 
çəkmir.  1917-ci  ildə  Rəşid  Əfəndiyevdən  sonra  N.Nəcəfova 
Naxçıvan  türk-qız  məktəbinə  müdir  təyin  edilmiş  və  1920-ci 
ilədək  orada  işləmişdir  [86,  s.  26].,  Onun  açdığı  qız ■
 məktəbini 
mövhumatçılar,  dəfələrlə  bağlamaq1  istəsələr  də,  Naxçıvanın 
tərəqqipərvər.  ziyalılarının5
,'  xüsusən  N.Nəcəfovun  yaxından 
köməyi  ilə  öz  pedaqoci  fəaliyyətini  davam  etdirə  bilmişdi.  (Bu 
barədə ətraflı  II fəsildə).
N.Nəcəfovanm  məktəbində  təhsil  almış  bir  çox  qızlar  -  
G.Kəngərli, 
D.Sultanova, 
B.Naxçıvanskaya, 
S.Sultanova, 
X.Vəzirova,  F.Şeyxova  ^ә  b.  sonralar  Naxçıvanda  qadın 
hərəkatının  öncüllərindən  oldular  və  bölgədə  q ad ın 1
 təhsilinin 
inkişafında mühüm xidmətlər göstərdilər. 
,
Naxçıvan  qadınlarının maariflənməsində mühüm  rol  oynamış 
şəxslərdən  biri  də  Xədicə  Səfərəliyeva  (Cəfərova)  idi.  İlk  təhsilini 
Naxçıvanda  alan,  sonra  isə  Tağiyevin  qız  məktəbini  bitirən 
X.Səfərəliyeva  bacısı  Tərlan  xanımla  öz'  ata  evində  iki  otağ 
ayıraraq,  şəhər  qızları  üçün  məktəb  təşkil  etmiş,  dörd  il  ərzində 
onlar  31  nəfər  qız  uşağına  savad  almağa  kömək  etmişdilər  [129, 
1990, 25 mart].
Sonralar Naxçıvanın  qabaqcıl  qadınlarından  olan  B:Kəngərli, 
X.Mahmudova, 
S.Novruzova,  A.Kələntərli 
ilk 
təhsillərini 
X.Səfərəliyevanın 
qız 
məktəbində 
almış 
və 
Naxçıvanda 
müəllimlik etmişlər. 


XX  əsrin  ikinci  onilliyi  həm  də  Na'xçıvanda  qadınlar  arasında 
mədəni-kütləvi  tədbirlərin,  ilk  növbədə  teatr  tamaşalarının  geniş
I
yayılması  ilə  əlamətdar  oldu.  Görkəmli  Azərbaycan  aktyoru 
M.Əliyev  öz xatirələrində  yazırdı  ki,  1910-cu illərdə  heç  bir yerdə 
Azərbaycan  qadınını  teatrda  görmədiyimiz  halda,  Naxçıvanda 
qadınlar  üçün  gündüz  tamaşaları  göstərərkən  salon  həmişə  qa-

23
ı


dmlarla dolu olardı [35, s. 49-50].
1911-ci  ildə,  ikinci  dəfə  Naxçıvana  gələn  Zülfüqar Hacıbəyov,
burada  yerli  truppanın  köməyi  ilə  qadınların  teatra  həvəsini  və
onların  kişilərlə  birgə  tamaşaya  baxmalarının  çətinliyini  nəzərə
alaraq,  qadınlar  üçün  ayrıca  tamaşalar  göstərmişdi  (əsasən 
• •
U.Hacıbəyovun  operettalarını)  [51,  s.  32].  O  dövrdə  azərbaycanlı 
qadınların  teatr  tamaşalarında  iştirakı  mümkün  olmadığından,
qadın  rollarını  kişilər  (xüsusən  Mirhəsən  Mirişli  və  Heydər 
Muradov) və rus, erməni qadınlar oynayırdı  [51, s.  32].
12  noyabr  1917-ci,  ildə  Naxçıvan  mədəniyyətinin  tarixində 
əlamətdar  hadisə  baş  verdi.  Məşhur  müəllim  və  yazıçı  Rəşid 
Əfəndiyevin  qız  məktəbində  yaradılmış  dram  dərnəyində 
*  N.Nəcəfova  və  R.Təhrpasibin  köməyi  ilə  məhz  qadınlar  üçün 
Ü.Hacıbəyovun «Arşm mal  alan» musiqili  komediyası  göstərildi. 
Rolları:  Günəş  Kəngərli  (Əsgər),  Dilbər  Sultanova  (Gülçöhrə), 
Asya  Məmmədəlieva  (Süleyman),  Bəyim  Naxçıvanskaya  (Asya), 
Süsən  Sultanova  (Soltan  bəy),  Kövhər  Kəngərli  (Cahan  xala), 
Xanım  Vəzirova  (Vəli),  Fatma  Şeyxova  (Telli)  ifa  edirdilər [51,  s. 
42].  Dərnək  sonralar «Qonşu  qonşu  olarsa,  kor qız da  ərə  gedər» 
pyesini 
göstərmişdi. 
Naxçıvan 
teatrının 
sabiq 
aktyoru 
H.Muradov  öz  xatirələrində  qeyd  edir  ki,  qadınların  dram 
dərnəyinə  o  rəhbərjik  edirdi.  Tamaşalardan  başqa  qadınların 
iştirakı ilə tez-tez müsamirələr təşkil olunmuşdu [132].
Beləliklə,  Naxçıvanın  qabaqcıl  ziyalı  və  ictimai  xadimlərinin 
qadınların 
hüquq 
və 
azadlıqları, 
onların 
savadlanması, 
maariflənməsi 
uğrunda 
apardıqları 
uzunmuddətli, 
gərgin 
mübarizə  get-gedə  öz  bəhrəsini  verir,  naxçıvanlı  qadınlar  bütün 
Azərbaycan  qadınları  kimi  ictimai  həyata,  təhsilə,  mədəniyyətə 
doğru  ilk  kövrək  addımlarını  atırdılar.  Bu  dövrdə  baş  verən 
ictimai-siyasi  hadisələr,,  qadınların  maarifləndirilməsi,  mədəni  və 
ictimai  həyata  atılması  məqsədilə  yuxanda  göstərilən  tədbirlər 
sonralar  Naxçıvanda  qadınlar  hərəkatının  formalaşması  üçün 
sosial-siyasi və mənəvi zəmin yaratmış oldu. I
I
I  I
i
1
I


2.  Naxçıvan qadınlarının təhsil  və mədəni  səviyyəsinin  artırılması
Azərbaycanda  və  onım'.qozalarında.*,  o  cümlədən  Naxçıvanda 
Sovet  hakimiyyəti  qurulduqdan  sonra  qadınların  həyatında  yeni 
bir dövr başladı.  Bu  dövrün  başlıca xüsusiyyəti  qadın  məsələsinin 
bolşevik -  sovet ideologiyasına tabe etdirilməsi oldu.
Məlumdur  ki,  sovet  hakimiyyətinin  ilk  illərində  bolşeviklər 
partiyasının  ən  stratcci 
məqsədlərindən 
biri 
yeni 
sovet 
quruluşunu  sosialist  inqilabının  ixracı  yolu  ilə  digər  ölkələrə 
yaymaq  və  bununla  da  bütün  dünyada  sosializmin  bərqərar 
olmasına nail  olmaqdan  ibarət idi.  Bolşevik  reciminin  ilk  illərində 
bu  ideyanın  gerçəkləşdiriliməsində  kapitalist  ziddiyyətlərinin 
guya  ən  inkişaf etmiş  Avropanın  qabaqcıl  ölkələrinə  əsas  önəm 
verilirdisə,  sonralar  -   20-ci  illərin  ortalarında  onlar  ümidlərini 
daha  çox  Şərq  ölkələrinə  bağlamağa  başladılar.  Xüsusən 
Türkiyədə,  İranda  və  b.  ölkələrdə  baş  vermiş  ictimai-siyasi 
hadisələrdən sonra bu ümidlər daha  da artmağa başladı.
Sovet  reciminin  bərqərar  olduğu  Şərq  bölgələrində  -  
Azərbaycanda,  Şimali  Qafqazda,  Orta  Asiya  respublikalarında 
bolşeviklər  «nümunəvi  sovet  quruluşu»  yaratmaqla  öz  strateci 
maraqlarını reallaşdırmağa çalışırdılar.
Bu  istiqamətdə  sovet  hakimiyyətinin  diqqət  yetirdiyi  əsas 
məsələlərdən biri də qadın  məsələsi,  qadınların  hüquq  bərabərliyi 
və  sosial  azadlığı  məsələsi  idi.  Məhz  bu  strategiyapm  tərkib 
hissəsi  kimi  sovetlər  Azərbaycanda  qadın  azadlığı •  məsələsini 
kommunist  partiyası  və  sovet  hökümətinin  əsas  fəaliyyət  istiqa­
mətlərindən biri  hesab edirdilər.
Naxçıvana  gəldikdə  isə  bu  diyar  o  zamanki  •  siyasi 
ədəbiyyatda,  partiya  mətbu  orqanlarında  «dinin  və  fanatizmin 
dərin  kök  saldığı»,  Azərbaycanın  mərkəzindən  uzaq  və  İran  ilə 
həmhüdud  olduğu  üçün  «mövhümat  yuv.ası»  kimi  tanınırdı. 
,Məhz regionun guya «feodal və islam qaydalarının tüğyan etdiyi» 
İranın  və  Türkiyənin  təsir  dairəsində  olması  Naxçıvanda  qadın 
məsələsinin  həllini  sovet  hakimiyyəti  üçün  böyük  siyasi  və 
ideoloci vəzifəyə çevirmişdi.
Buna  baxmayaraq,  sovet  hakimiyyətinin  ilk  illərində  (1920- 
22-ci  illərdə)  Naxçıvanda  qadın  məsələsinin  həlli  sahəsində'əsaslı 
dönüş  baş  vermədi.  Bunun  əsas  səbdblərindən  biri  bölgədə  baş
. 2 5
 
'
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə