Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   2   3   4   5   6   7   8   9   ...   53

oynamışdır. 
Monoqrafiyada  Naxçıvanda  qadınların 
təhsil 
sahəsində fəaliyyətlərinə dair materiallar kifayət qədər olmasa da, 
burada  20-30-cu  illərdə  Azərbaycanda  təhsil,  o  cümlədən  qadın 
təhsilinin  inkişaf  dinamikasını,  təhsil  sahəsində  görülmüş 
tədbirlərin  mahiyyətini  əks  etdirən  mühüm  faktlar  və  rəqəmlər 
mövcuddur.
Azərbaycan  qadınlarının  mədəni  səviyyəsinin  artırılması, 
qadınlar  arasında  mədəni-maarif  işinin  aparılmasını  öyrənmək 
üçün  Azərbaycanın  mədəni  quruculuq  tarixinə  həsr  edilmiş 
əsərlərin  mühüm  əhəmiyyəti  vardır  [142;  147;  149;  167;  185]. 
Həmçinin  Naxçıvanın  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində 
yaşamış  görkəmli  ziyalıları  haqqında  kitablarda  [29;  134]  həmin 
ziyalıların  qadın  azadlığına  dair  dəyərli  fikirləri  tədqiqatda 
mühüm rol oynamışdır.
80-cı illərin II yarısı -  90-cı illərin əvvəllərində də bu mövzu'ilə 
bağlı bir sıra əsərlər yazılmışdır.
D.Hüseynovanm 
tədqiqatında 
[154] 
20-30-cu 
illərdə
Azərbaycanda  qadınların  azadlığa  çıxması  prosesi  təhlil  edilmiş, 
onların  ictimai-siyasi  və  mədəni  həyata  cəlb  olunmasının  forma 
və  metodları  göstərilmiş,  qadın  yaradıcı  ziyalı  kadrlarının 
formalaşması 
yolları 
müəyyənləşdirilmişdir. 
Z.Quliyevanın 
tədqiqatında  [166]  ikinci  dünya  müharibəsində  Azərbaycan 
qadınlarının  fəaliyyətinin  əsas  istiqamətləri,  xarakteri  və 
formaları  göstərilmiş,  qadınların  istehsalda,  kütləvi-müdafiə 
işində,  hərbi  sahədə,  vətənpərvərlik  hərəkatında  iştirakı  təhlil 
edilmişdir. 
İ. Hacıyevin 
tədqiqatında 
[45] 
Azərbaycan 
qadınlarının  müharibə  illərində  ictimai-siyasi  sahədə,  mədəni 
həyatda,  ictimai  təşkilatlarda,  idarəetmə  strukturlarında  və  digər 
sahələrdəki  fəaliyyəti  geniş  tarixşünaslıq  əsərləri,  mənbəşünaslıq 
bazası  əsasında  təhlil  edilmişdir,  işdə  Naxçıvan  qadınlarının 
müharibə  dövründəki  ictimai-siyasi,  mədəni  fəaliyyətinə  dair 
çoxlü  arxiv  materiallarına  istinad  edilmiş  və  ümumiləşdirmələr 
aparılmışdır.  Xüsusən,  dövlət  və  ictimai  təşkilatlarda,  mədəni- 
maarif  müəssisələrində 
işləyən 
qadınların 
adlarının 
üzə
m
çıxarılması  ismayıl  Hacıyevin  Naxçıvan  qadın  hərəkatının 
tarixşunaslığma verdiyi ən mühüm  töhfələrdən biridir.
Azərbaycan müstəqillik  qazananadan  sonra qadınların  ictimai
8


rolunda, sosial  statusunda mühüm dəyişikliklər baş vermiş, bu isə 
öz  növbəsində  qadın  probleminin  tədqiqinə  diqqəti  daha  da 
artırmışdır.  Təsadüfi  deyildir  ki,  son  illərdə  bu  məsələlənin 
tədqiqi  ölkə  tarixçilərinin,  iqtisadçılarının,  sosioloqlarının, 
filosoflarının  və  hüquqşünaslarının  diqqətini  cəlb  etməyə 
başlamışdır.
Azərbaycanda  qadın  hərəkatının 
görkəmli 
tədqiqatçısı 
S. Məmmədovun  (Gəncəlinin) 
1996-cı  ildə  müdafiə  etdiyi 
doktorluq  dissertasiyası  [79]  Azərbaycanda  qadın  təhsilinin 
tarixini  və  qadın  maarifçilik  hərəkatını  öyrənmək  baxımından 
çox  maraqlıdır.  Onun  bu  yaxınlarda  çap  etdirdiyi  ensiklopedik 
toplu  dünya  və  Azərbaycan  qadınlarını  tanıtmağa  xidmət  edən 
çox sanballı bir kitabdır [75].
Qadınların  müasir  dövrdə  sosial-siyasi  fəaliyyətini  öyrənmək 
baxımından  Z.Əsgərovanm,  A.Əhmədovanın  fəlsəfə  elmləri 
namizədi  alimlik  dərəcəsi  almaq  üçün  müdafiə  etdikləri 
dissertasiyalar da mühüm əhəmiyyət kəsb edir [40;  143].
90-cı  illərin  ikinci  yarısında  elmi  tədqiqatların  yeni  sahəsi  -  
Gender  tədqiqatları  (cinslərin  qarşılıqlı  münasibətlərinin  fəlsəfəsi 
-   S.A.)  həyata  keçirilməyə  başlanıldı.  Azərbaycanda  bu 
tədqiqatların  inkişafına  IV  Beynəlxalq  Qadınlar  Konfransının 
(Pekin,  1995)  qərarları  güclü  təkan  verdi.  Konfransdan  sonra 
Azərbaycanda  BMT-nin  İnkişaf  Proqramı  nəzdində  «Gender 
İnkişafında»  şö'bəsi  (milli  koordinator  R.İbrahimbəyova), 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Fəlsəfə  və  Siyasi-hüquqi 
Tədqiqatlar  İnstitutunda  isə  «Gender  tədqiqatları»  şö'bəsi 
yaradıldı.  Onların  birgə  sə'yi  nəticəsində  1998-ci  il  fevralın  12-də 
«Gender.  Qadın  probleminin  yeni  mərhələsi»  I  Respublika 
konfransı  keçirildi  [41].  Qısa  müddət  ərzində  Azərbaycanda 
gender  probleminə  dair  materiallar  çap  edildi  [8;  42;  43;  57;  117; 
118  və  s.].  «Qanun»  curnalının  xüsusi  nömrəsi  Azərbaycan 
qadınlarının  problemlərinə  həsr  edilmiş  və  bu  məcmuədə  qadın 
təşkilatları  haqqında  tarixi  mə'lumatlar  və  statistik  göstəricilər 
verilmişdir  [60].  Bütün  bunlar  göstərir  ki,  Azərbaycanda  artıq 
etnik,  dini  xüsusiyyətləri  nəzərə  alan  milli  genderşünaslıq 
formalaşmaqdadır.  Azərbaycan  Mərkəzi  Statistika  Idərəsinin 
(MSİ)  nəşr  etdirdiyi  «Azərbaycanda  qadınlar  və  kişilər.  Statistik
9


məlumat»  [24]  kitabı  respublikada  gender  siyasəti  haqqında 
ümumi təsəvvür yaratmağa imkan verir.
Ölkəmizdə  xüsusi  jurnal  -   «Genderşunaslıq»  jurnlaı  dərc 
edilir. 
Qadınların 
müasir 
problemləri, 
həmçinin 
L.D. 
Mövstımova  [87],  Z.  Quliyeva,  M.  Həsənova  [69];  S.  Gəncəli 
(Məmmədov)  [44;  75],  M.Həsənova  [49]  və  b.  əsərlərində  öz 
əksini  tapmışdır.  (Məsələnin  analitik-biblioqrafiya  şərhinə  dair
bax: [136]).
Naxçıvan  Muxtar  Respublikasının  tarixi  ilə  birbaşa  əlaqədar 
əsərlərə  gəldikdə  isə  onları  şərti  olaraq  iki  hissəyə  ayırmaq  olar. 
Birinci  hissəyə  Naxçıvanın  ümumi  inkişafına  həsr  edilmiş  və 
Muxtar  Respublikanın  yubileyləri  münasibəti  ilə  buraxılmış 
əsərlər daxildir [33;  66;  70;  86;  91;  92;  93;  107;  108;  130;  182;  191 
və  s.].  Bu  əsərlərdə  tədqiq  olunan  mövzuya  dair  bir  sıra  faktik 
materiallar  tapmaq  mümkündür.  Həmin  əsərlər  içərisində 
M.Niftəliyevin  monoqrafiyası  [182]  xüsusi  diqqətə  layiqdir. 
Əsərdə  Sovet  hakimiyyətinin  ilk  illərində  Miıxtar  Respublikada 
mədəni  quruculuq  və  təhsil  sahəsində  görülən  işlərə,  qadınların 
ictimai-siyasi  həyata,  istehsala,  mədəni-maarif işinə,  təhsilə  cəlb 
edilməsinə  dair  çoxlu  faktik  materiallar  və  iımumiləşdirmələr 
mövcuddur.  Əsərin  özünəməxsusluğundan  biri  də  orada  zəngin 
arxiv sənədlərindən istifadə edilməsidir.
İkinci  hissəyə  Naxçıvanın  sosial-iqtisadi  və  mədəni  inkişafını 
əks  etdirən  dissertasiyalar  daxildir  [54;  61;  62;  68;  155].  Bu 
tədqiqatların  mövzu  ilə  bilavasitə  bağlılığı  olmasa  da,  orada 
Muxtar  Respublikada  qadın  məsələsi,  xüsusən  onların  təhsil, 
mədəni-məişət  sahəsindəki  fəaliyyəti  ilə  bağlı  dəyərli  müddəalara 
rast gəlmək mümkündür.
90-cı  illərin II  yarısı  Naxçıvan  tarixinin,  sosial-iqtisadi  inkişa­
fının,  ədəbi  mühitinin  və  s.  məsələlərin  öyrənilməsi  baxımından 
çox  məhsuldar  bir  dövr  olmuşdur.  Məhz  bu  dövrdə  Naxçıvanla 
bağlı  bir  neçə  doktorluq  və  namizədlik  dissertasiyaları  hazırlan­
mış,  kitablar  çapdan  çıxmışdır.  Naxçıvan  Muxtar  Respub­
likasının  75  illik  yubileyinin  qeyd  edilməsi  bu  istiqamətdə  işlərin 
daha  da  genişlənməsinə  səbəb  oldu.  Azərbaycan  xalqının 
ümummilli  lideri  cənab  Heydər  Əliyevin  yubiley  tədbirlərində  iş­
tirak etməsi və Naxçıvanın  tarixinə, mədəniyyətinə, sosial-iqtisadi
10


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə