Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   2   3   4   5   6   7   8   9   ...   53

i
I  

... 


inkişafına  dair  çıxışları  Muxtar  Respublikada  elmin  inkişafına 
yeni güclü təkan verdi. 


 
,  ,  •
Azərbaycan  MEA  həqiqi  üzvüı  İ.Həbibbpylinin  1996-cı  ildə 
müdafiə  etdiyi  «Cəlil  Məmmədquluzadə  mühiti  və  müasirləri» 
adlı  doktorluq  dissertasiyası  [48]  Naxçıvanda  qadın  hərəkatının 
formalaşmasına  tə'sir  göstərən  iqtisadi,  siyasi,  mədəni  amilləri 
üzə  çıxartmaq  baxımından  qiymətli  mənbədir.  Dissertasiyada 
XIX əsrin sonu - XX əsrin əvvəllərində Naxçıvända mövcud olan 
ədəbi-mədəni  mühit,  ictimai-siyasi  vəziyyət,  maarifçilik  hərəkatı 
elmi,  şəkildə  geniş  təsvir1  edilmiş,,  C.Məmmədquluzadənin 
müasirləri  olan  bir  çox  maarifçi-demokrat  xadimlərin,  yazıçı  və 
publisistlərin  (E.Sultanov,  M.Kəngərli,  M.Şaxtaxtlı  və  b.)  qadın 
məsələsi,  qadın  azadlığı  və  bərabərliyi,  qızların  təhsilinin 
əhəmiyyəti  barədə  fikirləri  öz  əksini  tapmışdır.  Dissertasiya  həm 
də  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Naxçıvanda  qadın 
təhsilinin təşəkkül  tapmasını öyrənmək baxımından dəyərlidir.
Mövzuya  aid  problemlərin  araşdırılmasında  digər  qiymətli 
əsər  İ.Hacıyevin  Naxçıvan  tarixinə  həsr  edilmiş  doktorluq 
dissertasiyasıdır  [47].  Dissertasiya  qadın  hərəkatını  şərtləndirən 
tarixi-siyasi  amilləri  öyrənmək  baxımındaln  əvəzsiz  tədqiqat 
əsəridir.  Burada  bizim  üçün  maraqlı  olan  'XX  əsrin  20-30-cu 
illərində  Muxtar  Respublikada  siyasi  .vəziyyət,  naxçıvanlıların 
ikinci  dünya  müharibəsi  dövründə ı arxa  və  pn  cəbhədə  iştirakı, 
Naxçıvanın  müharibədən  sonrakı  sosial-siyasi  vəziyyəti,  nəhayət 
90-cı  illərdə  Muxtar  Respublikanın  ictimai-siyasi,  iqtisadi, 
mədəni inkişafının araşdırılmasıdır. 
ı
Göstərilən  dövrdə  Naxçıvanın  tarixinə  həsr  edilmiş  bir  sıra 
əsərlərdə [22; 46;  120] tədqiq olunan mövzuya aid bə'zi məqamlar 
vardır.  Bu  əsərlərin,  eləcə  də  Muxtar  Respublikanın  tarixinə, 
ictimai-siyasi  inkişafına,  mədəniyyətinə  həsr  edilmiş  elmi 
məqalələrin 
əksəriyyətində 
Muxtar 
Respublikada 
qadın 
hərəkatına,  qadınların  ictimai-siyasi,  mədini,  iqtisadi sahələrdəki 
fəaliyyətinə aid faktlar fraqmentlər çərçivəsindən kənara çıxmır.
Beləliklə, mövzuya  bu və ya digər dərəcədə aidiyyatı  olan ədə­
biyyatın  şərhinə  yekun  vuraraq  aşağıdakı  nəticələrə  gəlmək 
mümkündür.  Naxçıvanda  qadın  hərəkatının  tarixi  indiyə  qədər 
ümumi  şəkildə  öyrənilməmiş  və  xüsusi  elmi  tədqiqatın  predmeti
11 
,
)


I

I  I
%
I
olmamış, mövzuya aid ədəbiyyatlar Azərbaycanda qadın hərəkatı 
və  Naxçıvanın  sosial-iqtisadi,  mədəni  inkişafı  kontekstində  nə­
zərdən keçirilmişdir. 
|
Naxçıvanda  qadın  lıərəkatmın  kompleks  və  sistemli  şəkildə 
öyrənilmədiyini'  riəzərə 
alaraq, 
bu 
tədqiqatda 
Muxtar
Respublikada  qadın  hərəkatının  təşəkkül  tapması,  inkişaf 
mərhələləri,  mövcud  vəziyyətini  araşdırmaq  məqsədi  qarşıya 
qoyulmuşdur. 
Tədqiqatın 
məqsədi  həmçinin 
Muxtar
Respublikada  qadın  məsələsinin  məzmununu,  ona  tə'sir  edən 
amilləri,  inkişaf  şəraitini,  tarixi  təcrübə  baxımından  qazanılmış 
uğurları,  buraxılmış  nöqsan  cəhətləri  üzə  çıxarmaq,  Muxtar 
Respublikanın  sosial-iqtisadi  və  mədəni  inkişafında  qadınların 
a
  rolunu  aydınlaşdırmaqdan  ibarətdir.  Bu  məqsədlərə  nail  olmaq 
üçün kitabda aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur:
-  XIX əsrin  sonu^XX  əsrin  əvvəllərində  Naxçıvanda  mövcud 
olan  siyasi,  iqtisadi  ı1 və  mədəni  şəraitin,  qadın  məsələsinin 
vəziyyətini  təhlil  etmək1 və  Naxçıvanın  mütərəqqi  xadimləri  və 
demokratik  ziyalılarının1 qadınların  maarifləndirilməsi,  azadlığı 
və sosial bərabərliyi uğründa mübarizəsini göstərmək;
-  Azərbaycandä  !və  Naxçıvanda  sovet  recimi  bərqərar 
olduqdan  sonra  qadın  məsələsi  sahəsində'  dövlət  siyasətinin
» 
л* 
f  
• 

mahiyyətini açmaq;', 
1
-  Naxçıvanda  qadınlar  arasında  savadsızlığın  ləğvini,  qız  və
qadınların  ümumtəhsil  məktəblərinə  cəlb  edilməsinin  nəticələrini 
araşdırmaq;  .  1  .  1  • 
ı
-  Qadınların  ictimai-siyasi  fəallığını  artırmaq  və  onların
ictimai  istehsala  cəlb  edilməsi  istiqamətində  görülən  tədbirlərin 
mahiyyətini açmaq; 1  ' 

>
-  İkinci  Dünya  müharibəsi  illərində  Naxçıvanda  qadınların 
arxa  cəbhədə,'təsərrüfat  və  istehsal  sahələrində,  cəbhəyə  yardım 
hərəkatında,  kütləvi  müdafiə işində,  sosial-mədəni,  ictimai-siyasi 
həyatda iştirakını göstərmək;
-Müharibədən 
sonrakı 
dövrdə 
qadınların 
Muxtar 
Respublikanın  ictimai  istehsal,  mədəni-maarif sahəsində,  ictimai- 
siyasi həyatda iştirakını təhlil  etmək;
-  Hazırkı  şəraitdə  Naxçıvan  qadınlarının  sosial-iqtisadi 
vəziyyətini, sosail fəallıq'dərəcəsini müəyyənləşdirmək;
i
I


ф
-  Muxtar  Respublikada  qadın  hərəkatının  inkişafının  əsas 
nəticələrini,  spesifik  xüsusiyyətlərini  və  Azərbaycan  qadın 
hərəkatında onun rolunu müəyyənləşdirmək; 
qadm  məsələsinin  həlli  ilə  əlaqədar  təklif  və  tövsiyyələr 
hazırlamaq. 

Kitabın  yazılmasında  arxiv  materiallarından,  o  cümlədən: 
Azərbaycan  Respublikası  Mərkəzi  Dövlət  Arxivi  (ARMDA) 
(fondlar  57,  379,  411,  1095,  2004),  Azərbaycan  Rfespublikası 
Siyasi  Partiyalar  və  İctimai  Hərakatlar  Mərkəzi  Dövlət  Arxivi 
(ARSPİHMDA)  (fondlar  1,  95,  417),  .NaxÇıvan  MR  Mərkəzi 
Dövlət  Arxivi  (NDA)  (fondlar  1,  İR,  2,'  2R,  4, ,34,  40,  43,  219, 
221,  852)  materiallarından  istifadə  edilmişdir.  Müəllif tərəfindən 
mərkəzi  (respublika),  Muxtar  Respublika  və  rayon  qəzetlərində, 
curnal  və  məcmuələrdə  mövcud  olan  qiymətli  faktik  materiallar 
üzə çıxarılmış və  istifadə edilmişdir.  Naxçıvanın, qadm hərəkatına 
dair'  zəngin  və  müxtəlif  səpgili  materiallar  «Şərq  qadını»  və 
«Azərbaycan  qadını»  cumallarmda,  ,  «Kommunist», 
«Şərq 
qapısı»,  «Bakinski  raboçi»,  «Azərbaycan 'müəllimi»  qəzetlərində, 
«Azərbaycan arxivi» məcmuəsində dərc edilmişdir.
Naxçıvanda 
qadm 
hərəkatına, 
.qadınların 
Muxtar 
Respublikanın  həyatında  iştirakına  dair;  qiymətli  materiallar,
I
arxiv  sənədləri  müxtəlif  illərdə  çapdan  çıxmış  toplularda  [138; 
149;  192] öz əksini  tapmışdır.
İşdə  mövzuya  aid  statistik  külliyatlardan,  o  cümlədən  Azər­
baycan  Respublikası  və  Naxçıvan  Muxtar, Respublikası  xalq  tə­
sərrüfatının inkişafını  əks etdirən  külliyatlardan  [20,  23,  108,  112; 
172-180;  198]  geniş istifadə edilmişdir.  Azərbaycan  Respublikası­
nın Prezidenti  Heydər Əliyevin  14 yanvar  1999-cu il  tarixli  sərən­
camı  ilə  çapdan  çıxmış  «Azərbaychnda  qadınlar,və  kişilər.  Stati­
stik məlumat»da [24]  Muxtar respublikada  qadınların  vəziyyətini 
əks  etdirən  göstəricilər  mövzu ilə  əlaqədär bilgilərimizi  zənginləş­
dirir.  Müəllif Muxtar Respublikada qadınların tərkibində baş ve­
rən  kəmiyyət  və  keyfəiyyət  dəyişikliklərini  müəyyənləşdirərkən 
əhalinin  siyahıya  alınmasının  nəticələrindən,  müxtəlif  mətbuat 
səhifələrində  Naxçıvanın  yubileyi  münasibəti, ilə  dərc  edilmiş 
mə’lumat xarakterli  məqalələrdən,  iqtisadçı  alimlərin  hesablama­
larından istifadə etmiş, ümumiləşdirmələr aparılmışdır.
13
ı!
1 .


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə