Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   45   46   47   48   49   50   51   52   53

can  qadını  üçün  böyük  nailiyyətlər,  hadisələr,  dəyişikliklər  əsri 
olmuşdur.  Ən  böyük  nailiyyət  ondan  ibarətdir  ki,  Azərbaycan 
qadını  azadlığa  çıxmışdır.  Azərbaycan  qadınının  emansipasiyası 
tarixi  bir  hadisə,  böyük  inqilabdır»  [2,  1998,  17  sentyabr].  Əlavə 
edək  ki,  bütün  bu  nailiyyətlərin  əsasında  20-30-cu  illərdə  qadın 
hüququnun  qorunması  və  yeni  həyata  cəlb  edilməsi  sahəsində 
görülən tədbirlər dururdu.
İkinci  dünya  müharibəsi  Naxçıvanda  qadın  hərəkatının  yeni 
mərhələsi  oldu.  Cəbhəyə  getmiş  kişiləri  əvəz  edən  qadınların  is­
tehsala  geniş  cəlb  edilməsi  nəticəsində həyatın  müxtəlif sahələrin­
də,  xüsusən  kənd  təsərrüfatında  onların  rolu  görünməmiş  dərəcə­
də artdı.  Onlar həm ön cəbhədə mərdliklə vuruşmuş, həm də arxa 
cəbhədə  böyük  fədəkarlıq  göstərmişdilər.  Müharibə  illərində  qa­
dınlarımız təkcə əmək rəşadəti göstərməklə  kifayətlənməmiş,  həm 
də  kütləvi-müdafiə  işində,  vətənpərvərlik  hərəkatında  yaxından 
iştirak etmişlər.  Məhz müharibə dövründə qadınların rəhbər vəzi­
fələrə irəli  çəkilməsi prosesi  geniş  vüs'ət almış,  ən'ənəvi  «kişi» pe­
şəsi sayılan peşələrdə onların sayı  kəskin surətdə  artmışdı.  Qadın­
ların  ictimai  istehsala  cəlb  edilməsi,  onların  əmək  və  sosial  fəal­
lığının  yüksəlməsi  nəticəsində  ictimai  istehsaldan  kənarda  qalan 
qeyri-məşğul  qadınların  xüsusi  çəkisi  əhəmiyyətli  dərəcədə  azal­
mışdı.  Qadınların  cəbhəyə  yardım  kompaniyalarında  iştirakı, 
döyüşən  əsgər  ailələrinə,  yetim  uşaqlara,  dul  qalmış  qadınlara 
yardımları  və  s.  xeyirxah  xidmətləri  bugünkü  gəlncliyimiz  üçün 
əsil  vətənpərvərlik  nümunəsi  sayılmalıdır.  Ümumiyyətlə,  Naxçı­
van  qadınlarının  ağır  sınaqlar  dövründə  göstərdiyi  fədəkarlıq  və 
vətənpərvərlik  nümunələri  müasir  dövrümüzdə  gənc  nəslin  milli 
təəssübkeşlik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində geniş 
təbliğ  edilməlidir.  Bu,  xüsusən  bütün  vasitələrdən  istifadə  edərək 
öz  «ciyərparalarını»  hərbi  xidmətdən  saxlamaq  istəyən  qadınla­
rımız üçün böyük ibrət dərsi olmalıdır.
Müharibə  dövründə  qadınların  ictimai-siyasi  həyatda,  təhsil 
və  mədəniyyət  sahələrində,  idarəetmədə  rolu  xeyli  artmış  oldu. 
Müəllim,  həkim,  kənd  təsərrüfatı  mütəxəssisi  arasında  qadınlar 
üstünlük  təşkil  etməyə başladı.  Qadınların  bu  illərdə  ictimai  fəal­
lığının  artmasını  şərtləndirən  amllərdən  biri  də  onların idarəetmə 
aparatında,  partiya,  sovet,  komsomol  təşkilatlarında  xüsusi  çəki-
148


sinin artması oldu.  Bir çox qadınlar Muxtar Respublikada məs'ul 
vəzifələrə  irəli  çəkildilər.  Qadın  və  qızlar  arasında  izahat,  tərbiyə 
işlərinin  aparılmasında,  onların  əməyə  və  ictimai  fəaliyyətə  cəlb 
edilməsidə  qadın  şuraları  və  şö'bələri  mühüm  rol  oynadılar.  Bir 
sözlə,  müharibə  dövründə  Naxçıvan  qadınları  öz  fədəkar  fəa­
liyyətləri  ilə ağır günlərdə kişilərə e'tibarlı  arxa, dayaq olduqlarını 
sübut etdilər.
Müharibədən  sonrakı  dövrdə  qadınların  Naxçıvanda  və 
Azərbaycanın  ictimai-siyasi,  mədəni,  iqtisadi  inkişafında  rolunun 
xeyli  artması  müşahidə olunurdu. Təkcə onu demək  kifayətdir ki, 
respublikanın  xalq  təsərrüfatında  işləyənlər  arasında  qadınların 
xüsusi  çəkisi  1940-cı  ildə  33,3%-dən  1998-ci  ildə  47,7%  çatmışdı. 
Qadınların  ictimai  istehsala belə geniş  cəlb  edilməsi  onların təhsil 
və  mədəni-texniki  səviyyəsinin  inkişafının  nəticəsi  idi.  Bu  dövrdə 
artıq qadınların savadlılıq dərəcəsi  100% təşkil edirdi.
Naxçıvanda  ali  və  orta  ixtisaslı  insanlar  arasında  qadınların 
sayı artmışdır.  1979-cu ildə hər  1000 nəfər qadına 42 ali  təhsilli və 
717  orta  təhsilli  qadın  düşürdü.  Göstərilən  dövrdə  qadın  məsələ­
sinin  həllinin  mühüm  istiqamətlərindən  biri  onların  məşğulluq 
problemi idi.  Lakin bununla belə, əldə edilmiş nailiyyətlərlə yana­
şı  sovet  dövründə  formalaşan  stereotiplər milli  və  ən'ənəvi  xüsu­
siyyətləri,  sırf  qadına  məxsus  cəhətləri  bə'zən  nəzərə  almırdı. 
Məşğulluğun  forması,  göstəriciləri  qabardılır,  əməyin  keyfiyyəti, 
qadının  daxili  tələbatı  ilə bu  əməyin  uyğunluğu  və  qadının əmək­
də  öz  potensialını  ifadə  etmək  imkanları  unudulurdu  [6,  2000,  7 
mart, №53].
Göstərilən  dövrdə  qadınların  ən  çox  cəlb  olunduğu  maddi  is­
tehsal  sahəsi  kənd  təsərrüfatı  idi.  Lakin  bununla  belə,  idarəetmə 
iyearxiyasınm yüksək pillələrini, əvvəllər olduğu kimi,  yenə kişilər 
tuturdular.  Onlar qərar qəbul edilməsində də əsas mövqeyə malik 
idilər.  Qadınlar maddi  istehsalda  az  ixtisas  və  çoxfiziki  qüvvə  tə­
ləb  edən  işlərdə  çalışır,  qadınların  işləyə  biləcəyi  sahələrdə  isə 
ən'ənəvi olaraq kişilər üstünlük təşkil edirdilər.
Naxçıvan  qadınlarının  vəziyyətində  baş  verən  dəyişiklilərin 
nəticəsi  olaraq  onlar  Muxtar  Respublikanın  mədəni  və  ictimai- 
siyasi  həyatında fəal iştirak etməyə başladılar.  Məktəb yaşlı qızla­
rın  tam  olaraq  təhsilə  cəlb  edilməsi,  ali  savadlılar  arasında  onla-
149


rın  xüsusi  çəkisinin  artması,  səhiyyə,  mədəniyyət  və  təhsil  sahə­
sində işləyənlər arasında qadınların mütləq əksəriyyət təşkil etmə­
si  göstərir ki,  onlar  bu  dövrdə  respublikanın  inkişafında  mühüm 
rol  oynayırdılar.  Qadınlar mədəniyyət,  maarif,  səhiyyə  sahələrin­
də  işləməklə  bərabər  ictimai-siyasi  sahədə,  dövlət  və  partiya  or­
qanlarında  da  təmsil  olunmuşdular.  Görkəmli  ictimai  xadim  Sə­
kinə  Əliyeva  isə  uzun  müddət  respublikanın  Ali  Soveti  Rə'yasət 
Hey'ətinə başçılıq etmişdir.
Muxtar  Respublikada  mədəniyyətin,  maarifin,  incəsənətin  çi­
çəklənməsində  qadınlar  böyük  töhfələr  vermişlər.  Z.Həmzəyeva, 
X.Qaziyeva,  S.Hüseynova,  K.Ağayeva,  S.Rzayeva,  S.Kərimova 
və başqaları  Muxtar Respublikanın  inkişafı  tarixinə silinməz izlər 
qoymuşlar.
Sovet  recimi  dövründə  qadınlarımızın  azadlıq  və  inkişaf yolu 
ziddiyyətli  olub.  Bir  tərəfdən  qadınların  müxtəlif sahələrdə  inki­
şafı  dəstəklənir,  onlar  üçün  müəyyən  üstünlüklər  nəzərdə  tutu­
lurdu,  digər  tərəfdən  isə  onlar məs'ul  qərarların  qəbul  edilməsin­
dən  təcrid  edilmişdilər.  Qadınlar həmişə  yüksək  partiya və  höku­
mət  strukturlarına  seçilsələr  də,  bu  qadınlara  real  hakimiyyət 
vermək deyil, daha çox simvolik xarakter daşıyırdı.  Partiya, sovet 
orqanlarında qadınlara mühüm,  lakin  həlledici  olmayan vəzifələr 
verməklə siyasi həyatda qadınların iştirakı illüziyası  yaradılmışdı. 
Sovet sistemi  dağıldıqdan  sonra  bu illüziya  tez bir zamanda yoxa 
çıxdı.
Bərabərliyin sosial prinsiplərinin e'lan  olunmasına və qadınla­
ra  sosial  üstünlüklər  və  hüquqlar  verilməsinə  baxmayaraq,  sovet 
recimi  dövründə  qərar  qəbul  edilməsində  aparıcı  rolun  kişilərə 
məxsusluğu  son  nəticədə  qadınların  statusundakı  hörmət  və  real 
həyatdakı  vəziyyət  arasındakı  qeyri-tarazlıq,  ikili  standartların
m ö v c ı ı d l n ğ ı ı   vn  <|;wlınl;ııı  nilncln  vn  is lc h s .ıl  wılı.ılnrinrin  iki<|.ı(  is
tismarı ilə nəticələndi.
Bir sözlə,  qadınlarımız XX əsrdə qısa müddət ərzində yüzillik­
lərə  bərabər  inkişaf  yolu  keçmişlər.  Onların  cəmiyyətdə,  ictimai 
həyatda,  ailədəki  mövqeyində  köklü  dəyişikliklər  baş  vermişdir 
[6, 2000,  7 mart].
1980-ci  illərin  sonunda  Azərbaycanda  başlanan  milli-azadlıq
uğrunda  mübarizədə  Naxçıvan  qadınları  ön  sıralarda  olmuş,
150


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə