Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   45   46   47   48   49   50   51   52   53

NƏTİCƏ
Azorbaycanm  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar 
Respublikasında  qadın  hərəkatı  ölkəmizin  qadın  hərəkatı  ilə  üzvi 
surətdə  bağlı  olmuş,  onunla birgə mürəkkəb,  lakin  eyni zamanda 
şərəfli  inkişaf yolu  keçmişdir.  Bu  hərəkatın  tarixindən  öyrənməli, 
ibrət almalı hadisələr, faktlar çoxdur.
Azərbaycanda, onun bütün bölgələrində qadına həmişə böyük 
ehtiram bəslənmişdir.  Orta əsrlərdə dini ehkamın  kəskin  xarakter 
aldığı  bir şəraitdə  qədim  Şərqdə  ilk  dəfə olaraq  Naxçıvanda  Mö­
minə  Xatun  türbəsi  kimi  Ana  adma,  Ana  məhəbbətinə  layiq  bir 
abidə ucaldılmışdı.  Bu  təkcə misilsiz me'marlıq abidəsi deyil, həm 
də  eyni  zamanda  qadına  münasibətdə  ictimai  şüurda  baş  vermiş 
ən böyük dəyişiklik idi.
Azərbaycan  tarixində  adları  həmişə  hörmətlə  çəkilən  Heyran 
xanım,  Qönçəbəyim  xanım  hələ  XIX  əsrdə  cəhalətin  qurbanı  ol­
muş  qadınların  hüquqsuz,  müti  vəziyyətindən  qəhərəlnmiş,  öz 
əsərlərində onlara  tərəqqi və azadlıq duyğularını  tərənnüm etmiş­
lər.  Bu  duyğularla  yaşayan  Naxçıvan  qadınlarından  bir çoxu  so- 
nralar  cəhalətə,  nadanlığa  qarşı  mübarizə  aparmış,  bütün  ömür­
ləri  boyu  maarifin,  mədəniyyətin  yayılmasına  çalışmışlar.  Lakin 
qadına  münasibətdə  patriarxal  qaydaların,  mühafizəkar  baxışla­
rın  mövcud  olduğu  bir şəraitdə  bu qadınların  səsi  eşidilməz  olur­
du.
Yalnız XIX əsrin sonu -  XX əsrin  əvvəllərində Azərbaycanda 
və  onun  bölgələrində  baş  vermiş  sosial-iqtisadi,  ictimai-siyasi  və 
mədəni  proseslər  qadınların  maariflənməsinə  və  ictimai  həyata 
qoşulmasına  imkan  verdi.  Məhz  bu  dövrdə  Naxçıvanda  qadm 
hərəkatının  ilkin  sosial-siyasi,  iqtisadi  və  mə'nəvi  şərtləri  forma­
laşdı.  Naxçıvanda  yaşayan  mütərəqqi  ictimai  xadimlər  və  ziyalı­
ların,  birinci  növbədə  M.T.  Sidqi  və  C.Məmmədquluzadənin  qa­
dınların maariflənməsi,  azadlığa çıxması  uğrunda  gərgin mübari­
zəsi  nəticəsində  qadınların  ayrı-ayrı  nümayəndələri  ilk  dəfə  ola­
raq dünyəvi təhsilə cəlb olundular və beləliklə,  bölgədə qadınların 
maarifləndirilməsinin əsası qoyuldu.
XX  əsrin  20-ci  illərindən  başlayaraq  yeni  ictimai  quruluşun  -  
sovet  hakimiyyətinin həyata keçirdiyi  tədbirlər nəticəsində qadın-
145
 
-  
"


larin  hərtərəfli  inkişafı,  qadın  hərəkatının  yaranması  üçün  geniş 
imkanlar  açıldı.  Qısa  zaman  kəsiyində  Naxçıvanda  qadınlar  ara­
sında  savadsızlıq  tamamilə  ləğv  edildi,  məktəbyaşlı  qızların 
ümumtəhsilə kütləvi  cəlb edilməsi  nəticəsində qadın  və qızlar ara­
sında  təhsilin  səviyyəsi  kəskin  surətdə  artdı.  Qadınlara  münasi­
bətdə  qəbul  edilmiş  qanun  və  dekretlər onların  həyatın  bütün  sa­
hələrində  -   iqtisadiyyatda,  təhsildə,  mədəniyyətdə  kişilərlə  bəra­
bər  hüququnu  təsdiq  etdi  və  yeni  dövlət  quruculuğunda  onların 
fəal iştirakının hüquqi bazası yaradıldı.
Muxtar  Respublikada  qadınların  təhsilə  cəlb  edilməsi  nəticə­
sində  onların  savadlılıq  dərəcəsi  inqilaba  qədərki  1,8%-dən  1938- 
ci ildə 78,1%-ə qədər yüksəldi.
Naxçıvan  qadınlarının  mədəni  və  təhsil  səviyyəsinin  yüksəl­
dilməsində  bu  sahədə  görülmüş  mədəni,  siyasi  və  iqtisadi  tədbir­
lərin,  mədəniyyət  və  təhsil  müəssisələrinin  şəbəkəsinin  genişləndi­
rilməsi,  qadınlar  arasında  izahat  və maarifləndirmə  işlərinin  apa­
rılmasının  mühüm  rolu  oldu.  20-ci  illərin  əvvəllərində  Naxçıvan­
da açılmış ilk qadın klublarının bu dövrdə bölgədə qadın hərəka­
tının  inkişafında  əvəzsiz  xidmətləri  olmuşdu.  Muxtar  Respubli­
kada  qadınların  azadlığa  çıxmasında,  onların ictimai-siyasi  həya­
ta cəlb olunmasında,  qadınlarla iş aparan şö'bələr misilsiz rol  oy­
nadılar.  Məhz  onların  təşkilatçılıq  sə'yləri  nəticəsində  Muxtar 
Respublikada  qadınlar  mədəniyyətə,  incəsənətə  cəlb  olunur,  is­
tehsal fəaliyyətinə qoşulurdular.
XX əsrin  20-30-cu illərində Naxçıvan qadın hərəkatının ən xa­
rakterik  xüsusiyyətlərindən  biri  də  müxtəlif sahələrdə  işləyən  qa­
dın  kadrların-pedaqoqların,  həkimlərin,  idarəetmə,  kənd  təsərrü­
fatı  və  digər  sahə  mütəxəssislərinin  formalaşması  oldu.  Xüsusən 
qadın və qızların təhsilə geniş cəlb edilməsində həmin dövrdə Na­
xçıvanın  təhsil  ocaqlarında  hazırlanmış  qadın  pedaqoqlar 
mühüm  rol  oynadılar.  Həmin  illərdə  Naxçıvanda  qadınlar  məhz 
xalq  maarifi sahəsində daha çox  uğurlar qazanmışlar.  Bu gün biz 
qadın  və  qızlarımızın  maariflənməsi  və  mədəni  səviyyəsinin 
yüksəldilməsində  mühüm  xidmətlər  göstərmiş  qadınlarımızı 
böyük  iftixar  və  minnətdarlıq  hissi  ilə  xatırlayırıq.  Məhz  onların 
sə'yi  nəticəsində  naxçıvanlı  qadınlar  Muxtar  Respublikanın  mə­
dəni həyatında daha yaxından iştirak etməyə başladılar.
146


XX  əsr nəinki  qadınların  taleyində,  həmçinin  bütün  Azərbay­
can xalqının  tarixində ən  mühüm əsr  oldu.  XX əsrin Azərbaycan 
xalqı  üçün  ən  böyük nailiyyətləri  ondan  ibarətdir ki,  xalqımız sa­
vadsızlıqdan  xilas  olubdur.  Savadsızlığın  ləğv  olunmasında  qa­
dınların  xüsusi  rolu  var.  Birincisi,  qadınlar özlərinin  savadsızlığı­
nı  ləğv etmişlər,  ikincisi, də qadınlar tezliklə müəllim olmuş, mək­
təblərdə  işləmiş  və  öz  övladlarını,  balalarını  məktəbə  oxumağa 
göndərmişlər,  onlara  rəhbərlik  etmiş,  qayğı  göstərmişlər  və  xal­
qımız  qısa  müddətdə  savadlanmış,  biliklənmişdir  [6,  2000,  17 
sentyabr].
Qadınların  mədəni  və  təhsil  səviyyəsinin  yüksəlməsi  onların 
sosial  fəallığının  artmasına,. ictimai  istehsala  və  idarəetmə  işinə 
cəlb  edilməsini  sürətləndirdi.  Qadınları  ictimai  istehsala  cəlb  et­
mək  üçün  ciddi  tədbirlər  görüldü.  Bu  sahədə  qadın  şö'bələri, 
klubları, 
onların 
nəzdində 
yaradılan 
kurslar, 
atellər, 
e'malatxanalar mühüm rol  oynadı,  20-ci  illərin  sonu -  30-cu illə­
rin  əvvəllərindən  başlayaraq  bölgədə  iri  sənaye  müəssisələrin  in­
kişafı  və  kolxozların  yaradılması  ilə  qadınların  istehsala  cəlb 
edilməsində  dönüş  baş  verdi  və  onların  işləyən  əhali  arasında 
xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırdı.
Bu  dövrdə  Naxçıvanda  qadınlar  arasında  siyasi  iş  aparan, 
dövlət  aparatında  işləyən  qadınların  sayı  çoxalmış,  qadınlar 
müxtəlif hakimiyyət  orqanlarında,  xüsusən sovetlərdə  daha  geniş 
təmsil olunmağa başlamışdılar.  Lakin ölkədə formalaşan inzibati- 
amirlik  sistemi  Naxçıvan  qadın  hərəkatına  ciddi  mənfi  tə'sir  gö­
stərdi.  Bu dövrdə qadınlara münasibətdə yeridilən xətt -  sərt inzi­
batçılıq, yerli və milli ən'ənələrin kobud surətdə pozulması, qadın 
hüquqlarının  tapdalanması,  onların  dini  hisslərinin  nəzərə  alın­
mamasından  ibarət  idi.  Bunun  ən  eybəcər  forması  isə  bütün 
Azərbaycanda və müsəlman sovet respublikalarında olduğu kimi, 
Naxçıvanda  da  çadra  əleyhinə  mübarizə idi.  Bütün  bunlara  bax­
mayaraq  XX  əsrin  20-30-cu  illərində  qadın  məsələsinin  həlli  isti­
qamətində  görülən  tədbirlər  nəticəsində  qadınlar  cəmiyyətin  tam 
hüquqlu üzvi  kimi  onun inkişafında mühüm rol  oynadılar.  Onlar 
sosial  həyatın bütün  sferalarına cəlb  olundular. Azərbaycan Res­
publikasının mərhum prezidenti  Heydər  Əliyevin  qadınlar qurul­
tayında  çıxışında  göstərdiyi  kimi,  «Sona  çatan  XX  əsr  Azərbay-
147


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə