Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

dər Naxçıvanın mədəniyyət müəssisələrində  3 nəfər qadın işləyirdi­
sə,  1964-cü ildə  136 qadın işləyirdi  ki,  onların  12-si  ali,  12-si  isə or­
ta ixtisas təhsilinə malik idi [114, s.6-7].
1974-cü ildə is  respublikada  3  muzey,  2  respublika kitabxanası, 
174  klub,  203  rayon  və  kənd  kitabxanası,  5  musiqi  məktəbi 
fəaliyyət  göstərirdi  ki,  orada  işləyənlərin  çoxu  qadın  idi.  Bu 
qadınların  bir  çoxu  fəxri  adlara  layiq  görülmüş,  orden  və 
medallarla  təltif olunmuşdular.  Onların  arasında Naxçıvan  Dövlət 
Dram  Teatrının  artistləri  Zəroş  Həmzəyeva  (Azərbaycanın  xalq 
artisi),  əməkdar artislər Firuzə Əlixanova,  Zemfira Əliyeva,  Sofiya 
Hüseynova,  Xədicə Qazıyeva,  Roza  Cəfərxanova,  Ordubad  rayon 
kitabxanasının müdiri Rəfiqə Bağırova və b. var idi.
60-70-ci  illərdə  qadınlar  respublikanın  maarif,  mədəniyyət,

səhiyyə  sahələrində  işləməklə  yanaşı,  ictimai-siyasi  sahədə,  dövlət
orqanlarında  da  təmsil  olunmuşdular.  1964-cü  ildə  SSRİ  Ali
Sovetinə  seçilmiş  deputatlardan  4  nəfəri,  Azərbaycan  SSR  Ali
Sovetinə  seçilmiş  13  deputatdan  5  nəfəri,  Naxçıvan  MSSR  АИ
Sovetinə  seçilmiş  71  deputatdan  isə  30  nəfəri  qadın  idi  [109,  s.29].
1970-ci  ilin  əvvəllərində  isə  SSRİ  Ali  Sevetinə  seçilmiş  13
deputatdan  4,  Azərbaycan  SSR  Ali  Sovetinə  seçilmiş  15
deputatdan  6  nəfəri  qadın  idi  [36,  s.8].  1980-cı  ildə  seçilmiş
deputatlar  içərisində  Naxçıvan  qadınları  da  təmsil  olunmuşdu. 

~
SSRİ  Ali  Sovetinə  seçilmiş  13  deputatdan  2-si,  Azərbaycan  Ali 
Soveninə  seçilmiş  18  deputatdan  7-si,  Naxçıvan  MR  Ali  Sovetinə 
seçilmiş  110  deputatdan  52-si  qadın  idi  [181,  s.24].  1974-cü  ildə 
rayon  sovetlərinə  seçilmiş  375  deputatdan  176-sı,  kənd  sovetinə 
seçilmiş  1825 deputatdan 855-i qadın idi.  Həmin dövrdə 66 sovetin 
19-nun  sədri  və  ya  katibi  qadın  idi.  1970-ci  ilin  əvvəllərində  2558 
yerli  sovet  deputatlarından  1991  nəfəri  [36,  s.7],  1980-cı  illərin 
əvvəllərində isə 2904 deputatdan  1411-i qadın idi [181, s.24].
Əlbəttə,  bu  rəqəmlər  qadınların  o  dövrdə  siyasi  fəallığının  və 
dövlətin  idarə  olunmasında  iştirakının  tam  göstəriciləri  deyildir. 
Çünki  o  zaman  sovetlər  hakimiyyət  orqanları  hesab  edilsələr  də, 
əslində  bütün  hakimiyyət  və  səlahiyyətlər  partiya  orqanlarının 
əlində idi. Çoxusu fəhlə və kəndli olan bu «deputat qadınların» so- 
vetlərdəki və digər hakimiyyət orqanlanndakı əsas rolu  partiya qə­
rarlarının  yekdil  qəbul  edilməsinə  əl  qadırmaqdan  və  qadınların 
«sovet  demokratiyasının»  sayəsində  dövlət  və  hakimiyyət  siste-
ııo


mində guya kişilərlə bərabər iştirak etməsi  haqqında illüziyalar ya­
radılmasına  xidmət  etməkdən  ibarət  idi.  Hətta  onların' seçkili  or­
qanlara seçilməsi  də formal xarakter daşıyır, yııxarı  orqanların  tər­
tib etdiyi  direktivlərə və siyahılara görə-tə'yin  olunurdular.  Qadın­
ların partiya, sovet, yerli icra orqanlarına, sənaye,  kənd təsərrüfatı, 
mədəni-maarif,  təhsil müəssisələrinə  rəhbər vəzifələrə irəli çəkilmə­
si  də  bu  məqsədlərə  xidmət  edirdi.  Buna  baxmayaraq,  Naxçıvan 
qadınlarının  bu  vəzifələrə  irəli  çəkilməsi  mütərəqqi  hadisə  olub,
bütün  respublika  qadınlarının  ictimai-siyasi  fəallığının  artmasına 
müəyyən qədər tə'sir göstərirdi. Təsadüfi deyildir ki, həmin dövrdə 
müxtəlif  rəhbər  vəzifələrə  irəli  çəkilmiş  qadınların  bir  çoxu  Azər­
baycan  müstəqillik  qazandıqdan  sonra  Muxtar  Respublikada  qa­
dın hərəkatının öncüllərindən oldular.
XX  əsrin  60-cı  illərində  Naxçıvan  MSSR-də  qadınların  irəli 
çəkilməsi  sahəsində  müəyyən  addımlar  atılsa  və  50-ci  illərə 
nisbətən  irəliləyiş  olsa  da,ı  partiya,  sovet,  həmkarlar  ittifaqları, 
komsomol  və  təsərrüfat  rəhbərləri  sırasında  qadınlar  azlıq  təşkil 
edirdi.  Qadınlar  60-cı  illərin  ortalarınadək  əsasən  partiya  təşkilat 
katiblərinin  müavinləri,  rayon  partiya  komitlərinin  III  katibləri  və 
sahə həmkarlar ittifaqı səviyyəsində təmsil olunmuşdular.
Naxçıvan  MSSR  Nazirlər  Sovetinin  sədrinin  müavini  işləyən 
Firuzə  Rzayeva  VPK-yə  tə'limatçı  vəzifəsinə  keçirilmiş,  Qiymət 
Tağıyeva  isə  Naxçıvan  tikiş  fabrikinin  direktoru  vəzifəsinə  tə'yin
rdilm i.şdi 
( (
)ks.>ı iyy.Ui  qı/.  v.ı  q ıw lın ln ıd iin   ihaı.M  o lan   liki.s  I n h ı i k i
1960-cı ildə istifadəyə verilmişdi -  S.A.).
1061-ci  ildn  Aznrbnvcnn  K P   MTC-dn  (nhliftnlçı  qadınların  vn 
qadın  şuraları  sədrlərinin  respublika  seminar-müşavirəsində  belə
bit  Г: 1
1
< I  \ ’ 111' p. 11
1
: t ııııı ı  < 
1
1  ki ,  lı.ıl.ı  d.>  ı c :. |»11
1
 > 
1
 i к a d a   q a d ı ı ı   k a d ı l a ı ı n
hazırlanmasına  və  irəli  çəkilməsinə  zəif diqqət  yetirilir,  onları  icti­
mai-siyasi  həyata,  təsərrüfat  sahələrinə,  dövlət  aparatına,  mədəni- 
maarif  ocaqlarına,  elmi  idarələrə,  yaradıcılıq  təşkilatlarına  daha 
geniş  cəlb  etmək  üçün  lazımi  iş  aparılmır.  Müşavirədə  çıxış  edən 
. Naxçıvan  Vilayət  Qadınlar Şurasının  üzvü  Yəmən  Cəfərli  respub­
likada  qadınların  irəli  çəkilməsi  məsələsindən  danışarkən  qeyd  et­
mişdi ki, Naxçıvanda rayon icraiyyə komitələri sədrləri və müavin-
a
 
______  
ш
ləri arasında cəmi  1  qadın (Kubra Ələkbərova,  Iliç rayon ZDS  IK- 
sədrinin  müavini  -   S.A.),  icraiyyə  Komitəsinin  40  şö'bə  müdirlə­
rindən cəmi  3-ü, işçilərin  51%-ni  təşkil etdiyi kənd təsərrüfat müəs-
ııı


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə