əlaqələri özündə ehtiva edir. Hazırda Azərbaycan
diplomatiyası öz fəaliyyətində beynəlxalq mədəni
əməkdaşlığa dair BMT-nin, ATƏT-in, AŞ-m,
YUNESKO-nun müvafiq sənədlərinə istinad edir.
Bəzən "xarici mədəni siyasət" və "mədəni
diplomatiya" anlayışlarım eyniləşdirirlər. Bizə
elə gəlir ki, bu iki anlayış arasında müəyyən ox
şarlıq olsa da, onlar eyni məna daşımırlar. Belə
ki, diplomatiya dövlətin xarici siyasətinin mü
hüm, ancaq xüsusi aləti hesab olunur. Mədəni
diplomatiya diplomatların mədəniyyət sahəsi ilə
bağlı gördüyü işləri əhatə edirsə, dövlətin xarici
mədəniyyət siyasətinin həyata keçirilməsində ən
müxtəlif qurumlar və idarələr iştirak edirlər.
"Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununda qeyd olunur ki,
diplomatik xidmət orqanlarının funksiyaları sı
rasında Azərbaycan Respublikasının digər döv
lətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, so
sial, elmi-texniki, mədəni və başqa şairələrdə
əməkdaşlığının inkişafına kömək göstərilməsi
(m.4.1.2.), xaricdə yaşayan həmvətənlərlə əlaqə
lərin inkişafına kömək göstərilməsi (m.4.1.5),
Azərbaycan Respublikasının daxili və xarici si
yasəti, ölkənin iqtisadi, sosial, mədəni həyatı haq
qında informasiyanın xaricdə yayılmasının təmin
edilməsi (m.4.1.7) kimi funksiyalar da daxil
dir [34]. Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi haqqında Əsasnaməyə görə Azərbaycan
Xarici İşlər Nazirliyinin əsas vəzifələri arasın
Sevda Ağamirzə qızı Əhədova
da Azərbaycan Respublikası və onun ayrı-ayrı
dövlət orqanlarının beynəlxalq siyasi, iqtisadi, el
mi-texniki, mədəni, humanitar münasibətlərinin
əlaqələndirilməsi və diplomatik təminatı kimi
vəzifələr daxildir. Nazirlik Əsasnaməyə uyğun
olaraq ölkənin daxili və xarici siyasəti, iqtisadi,
sosial və mədəni həyatı haqqında informasiya
nın xaricdə yayılmasım təmin edir (m.8.2.), digər
dövlətlərin və beynəlxalq təşkilatlarla iqtisadi,
sosial, elmi-texniki, mədəni və başqa sahələrdə
əməkdaşlığın inkişafına kömək göstərir (m.8.8)
[
21
].
Xarici mədəni siyasət eyni zamanda dövlətin
mədəniyyət siyasətinin də tərkib hissəsi kimi çıxış
edir. Mədəniyyət siyasəti dövlətin incəsənət, elm
və təhsil, kütləvi informasiya vasitələri, gənclər
mübadiləsi, nəşriyyat, muzey,
kitabxana, arxiv işi,
idman və turizm sahələrində hazırlayaraq həyata
keçirdiyi hüquqi normalar, ideoloji prinsiplər və
əməli tədbirlər sistemidir. Dövlətin mədəniyyət
siyasətinin mühüm istiqamətlərindən birini
də, heç şübhəsiz milli mədəniyyətin ölkədən
kənarda vüsət tapması və təbliği, ölkənin mədəni
özünəməxsusluğunun yad mədəni təsirlərdən
qorunması təşkil edir.
Humanitar-mədəniəməkdaşlığınvəəlaqələrin
səmərəliliyinin artırılması Azərbaycanın xarici
siyasətinin əsas vəzifələrindən biridir. Ənənəvi
milli identikliyimizi qoruyub saxlamaqla öl
kəmizin dünya mədəni birliyinə maksimal in
Müa
sir dünyada mədəniyyətlərarası münasibətlər
6
?