Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə17/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

mərkəzində  saxlanılmasını  tövsiyə  edən  prezi­
dent  vurğulamışdır  ki,  məhz  bu  sahə  insanları 
daha çox birləşdirir və eyni zamanda ölkə haqqın­
da daha dolğun təsəvvür yaradır.
Azərbaycan  dövlətinin  imkanları  artdıq­
ca,  onun  beynəlxalq  mədəni  əlaqələrinin  istiqa­
mətləri  də  çoxşaxəli  səciyyə  daşımağa  başlayır. 
Bu  gün  Azərbaycan  dünyanın  əksər  ölkələri  ilə 
mədəni  münasibətləri  inkişaf  etdirir.  Əgər  90-cı 
illərdə  Azərbaycan  xalqının  mədəni  siyasətində 
əsas  yeri  Türkiyə  və  MDB  ölkələri  tuturdusa, 
bu  gün  ölkəmizin  dünyanın  bütün  ölkələri,  o 
cümlədən  inkişaf  etmiş  ölkələrlə  mədəni  əmək­
daşlığı  və  mədəni  təmasları  uğurla  davam  edir. 
Xarici  ölkələrlə  mədəni  əməkdaşlığın  maliy­
yələşdirilməsi də ildən-ilə artmaqdadır.
Son  illərdə  Azərbaycanın  mədəni  əməkdaşlı­
ğının həyata  keçirilməsində qeyri-hökumət təşki­
latlarının,  vətəndaş birliklərinin rolu  da xeyli  ge­
nişlənmişdir.  Bu, bir tərəfdən ölkəmizin daxili və 
xarici  siyasətinin  demokratikləşməsi,  cəmiyyətin 
açıqlığının təzahürü, digər tərəfdən xarici mədəni 
siyasətin  dövlətsizləşdirilməsi,  beynəlxalq  mə­
dəni  mübadilənin dövlət  tənzimlənməsinin azal­
dılması ilə sıx əlaqədardır.
Əlbəttə,  bu  gün Azərbaycan  dövlətçiliyi  kimi 
onun  xarici  mədəniyyət  fəaliyyəti  də  öz  inkişaf 
dövrünü  yaşayır.  Ona görə də Xarici İşlər Nazir­
liyi,  Mədəniyyət və Turizm  Nazirliyi,  digər idarə 
və təşkilatlar bu sahədə böyük səriştəsi olan döv­
Sevda Ağamirzə qızı Əhədova
70
lətlərin təcrübəsini öyrənərək ondan səmərəli isti­
fadə etmələri mədəniyyətimizin təbliği işində çox 
faydalı ola bilər.
Bir sıra ölkələrdə səfirliklərin mədəniyyət üz­
rə  attaşeləri  ilə  yanaşı  xüsusi  qurumlar  da  fəa­
liyyət  göstərir  ki,  onların  əsas  məqsədi  ölkə  mə­
dəniyyətinin  xaricdə  təbliği  və  yayılmasından 
ibarətdir.  Buna  misal  olaraq  Britaniya  Şurasının 
nümayəndəliyini,  Almaniya  Höte  institutları­
nı  göstərmək  olar.  Rusiya  Xarici  İşlər  Nazirliyi 
nəzdində  Rusiya  beynəlxalq  elmi  və  mədəni 
əməkdaşlıq  Mərkəzi  Mədəniyyət  xadimləri  Şu­
rası  fəaliyyət  göstərir.  Sonuncunun  iştirakı  ilə 
Rusiya XIN-in Rusiyanın Xarici ölkələrlə mədəni 
əlaqələrinin  inkişafının  əsas  istiqamətləri  adlı 
sənəd hazırlanmışdır.
Rusiyada beynəlxalq mədəni-humanitar əmək- 
daşlığısahəsindəsiyasətRFKonstitusiyasına,federal 
,  qanunlara, Prezidentin fərman və sərəncamlarına, 
hökumətin  qərar  və  sərəncamlarına  müvafiq ola­
raq həyata keçirilir. Bu məqsədlə məqsədli-federal 
proqramlar da işlənib hazırlanır.
Beynəlxalq  mədəni-humanitar  əməkdaşlıq 
sahəsində  əməli  fəaliyyəti  həyata  keçirən  əsas 
subyektlər  RF-nın  profil  federal  icra  hakimiyyəti 
orqanları və subyektlərin dövlət hakimiyyət orqan­
larıdır, digəri dövlət və ictimai təşkilatlardır.
RF XİN dövlətin beynəlxalq mədəni-humanitar 
sahədəki  siyasətinin  ümumi  strategiyasını  işləyib 
hazırlayır və həyata keçirir. Bu sahədə siyasətin ə la­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
zy


qələndirilməsinin əməli məsələləri ilə XİN eqidası 
altında  yaradılmış  beynəlxalq  mədəni-humanitar 
əməkdaşlıq üzrə idarələrarası işçi qrupu tərəfindən 
nəzərdən  keçirilir.  XİN  funksiyalarına  həmçinin 
beynəlxalq-mədəni  humanitar  əməkdaşlıq  sa­
həsində  siyasətin  prioritetlərinin  müəyyənləş­
dirilməsi  də  aiddir:  Rusiyanın  beynəlxalq  huma­
nitar mədəni əməkdaşlığının hüquqi əsasını RF-in 
beynəlxalq müqavilələri təmin edir.
Bu  sahədə  siyasətin  həyata  keçirilməsində, 
dövlətlərarası  qarşılıqlı  fəaliyyətin  razılaşdırılma- 
sında Rusiyanın və xarici ölkələrin nümayəndələri 
prioritet  əsaslarla  təşkil  olunmuş  qarışıq  komis­
siyalar  mühüm  vasitə  kimi  çıxış  edir.  RF  XİN-in 
xaricdəki  təşkilatlan  ölkənin  beynəlxalq  mədəni 
əməkdaşlığının təmin edilməsində xüsusi rol oyna­
yırlar. Bu işin praktik aspektləri ilə MDB işləri üzrə 
Federal  Agentlik,  Xaricdə  yaşayan  həmvətənlərin 
işləri üzrə Agentlik,  Beynəlxalq Humanitar əmək­
daşlıq üzrə Agentlik və onun xaricdəki nümayən­
dəlikləri -   Rusiya  elm  və  mədəniyyət  mərkəzləri 
məşğul olurlar.
Rusiyanın  beynəlxalq  mədəni-humanitar  sa­
hədə  fəaliyyətinin  məzmunu,  prinsipləri  və  əsas 
istiqamətləri 
"Beynəlxalq 
mədəni-humanitar 
əməkdaşlıq  sahəsində  Rusiya  Federasiyasının 
siyasətinin  əsas istiqamətləri"  konsepsiyasında öz 
əksini tapmışdır. Həmin konsepsiya əsasında mü­
vafiq  məqsədli  federal  proqramlar  hazırlanır  və 
həyata keçirilir.
Sevda Ağamirzə qızı Əhədova
Rusiya elm və mədəniyyət mərkəzləri indi dün­
yanın  50-yə  yaxın  ölkəsində  fəaliyyət  göstərirlər. 
Rusiyanın  icra  hakimiyyəti  sistemində  xarici 
mədəni  əlaqələrlə  məşğul  olan  bir  sıra  digər  qu­
rumlar da yaradılmışdır.
Amerika  xarici  siyasət strategiyası da beynəl­
xalq  münasibətlərdə  mədəniyyətin  imkanların­
dan  geniş istifadə  edir.  Z.Bzejinski  Amerika  mə­
dəniyyətini  ABŞ  qlobal  liderlik  sisteminin  yara­
dılmasının mühüm metodu  hesab  edir.  O,  Ame­
rikanın  kütləvi  kommunikasiya  (televiziya  və 
internet  şəbəkəsi)  sahəsində  musiqi  biznesində, 
ali təhsildə üstünlüyünü elmi-texniki və hərbi po­
tensiala bərabər tutaraq qeyd  edir ki,  mədəni üs­
tünlük  Amerikanın  qlobal  qüdrətinin  qiymətsiz 
aspektidir. Bəzilərinin öz estetik dəyərləri haqqın­
da nə düşünmələrindən asılı olmayaraq, Amerika 
kütləvi  mədəniyyəti  bütün  dünyada,  xüsusən 
gənclər üçün maqnit cazibəsidir [87].
Öz  məqsədlərinə  çatmaq  üçün  Amerika  xa­
rici  siyasətdə  elmin,  təhsilin  və  mədəniyyətin 
digər  komponentlərinin  yayılması  üçün  çoxdan 
sınaqdan  çıxmış  mexanizmə  malikdir.  Xarici 
mədəni  siyasətlə  məşğul  olan  əsas  bölmə  -  ABŞ 
Dövlət  Departamentinin  Təhsil  və  mədəniyyət 
işləri  üzrə  Bürosudur.  ABŞ  hökuməti  mədəni 
dəyərlərin  təbliği  üçün  kütləvi  informasiya 
vasitələri,  o  cümlədən  "Azadlıq",  "Amerikanın 
səsi"  radiostansiyalarının  imkanlarından  geniş 
istifadə edir. ABŞ-m xarici səfirliklərində Mətbuat
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə