Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə15/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

Mədəni  plüralizm  ölkəni  əhəmiyyətli  dərəcədə 
zənginləşdirə bilər, ancaq eyni zamanda o ölkədə 
mədəni münaqişələr təhlükəsi də yarada bilər.
Lakin  çoxdilliliyin  mövcudluğu  da  mədəni 
münaqişələrin  yaranmasında  az  rol  oynamır, 
hərçənd ki, bu bəşəriyyətin mədəni müxtəlifliyinin 
bir elementi  kimi də qəbul edilir. Hesablanmışdır 
ki,  dünyada  6000  dil  olsa  da,  100  mln.-dan  çox 
insan  üçün  onlardan  təqribən  10-u  doğma  dildir 
[148, 25].
Bir  sıra  hallarda  mədəniyyətin  ayrı-ay­
rı  aspektləri,  təhsil,  dil,  mədəniyyət  siyasəti 
və  s.  ilə  bağlı  ziddiyyətlərdən  doğan  mədəni 
münaqişələr  yüksək  inteqrasiyaya  nail  ol­
muş  cəmiyyətlərdə  də  baş  verə  bilər.  Lakin  bu 
münaqişələrin  vaxtında  həllinə  nail  olunma­
sı  cəmiyyətin  parçalanmasına  gətirib  çıxarmır. 
Digər  hallarda  isə  mədəniyyət  məsələləri  siyasi 
mübarizədə  ən  güclü  səfərbəredici  qüvvəyə çev­
rilir  ki,  bunu  bu  gün  dünyada  mövcud  olan  mil­
li-etnik,  regional  münaqişələr  əyani  sübut  edir. 
Əslində bu  münaqişələrin bir çoxu mədəni deyil, 
mədəni  məsələləri  də  özündə  ehtiva  edən  siyasi 
münaqişələrdir  və  siyasi  səviyyədə  də  öz  həllini 
tapmalıdır.
Hər  bir  mədəniyyət  konkret  tarixi  insan  bir­
liklərinin  spesifik  sosial  təcrübəsini  özündə  tə­
cəssüm  etdirir.  Məhz  bu  təcrübə  mədəniyyətin 
təkrarolunmaz 
xüsusiyyətlərini, 
özünəməx­
susluğunu  şərtləndirir.  Xalqların  özünəməxsus •
Sevda Ağamirzə qızı Əhədova
бг
mədəniyyətləri isə bütövlükdə dünyanın mədəni 
mənzərəsini yaradır. Dünyanm mədəni mənzərəsi 
insanların  daşıyıcıları  olduğu  mədəniyyətin  və 
digər xalqların mədəniyyətlərinin dəyərləri,  nor­
maları,  mentaliteti  haqqında  rasional  bilik  və 
təsəvvürlər məcmusudur. Bu bilik və təsəvvürlər 
hər  bir  mədəniyyətin  özünəməxsusluğunu  mü­
əyyən  edir,  mədəniyyətləri  bir-birindən  fərq­
ləndirmək imkanı yaradır.
Müasir dünyada mədəniyyətlərarası münasibatlər
1 .3 .  X a rici siyasətin m ə d ə n i-h u m a n ita r 
a s p e k tlə ri
S
on  vaxtlar  beynəlxalq  mədəni-humanitar 
əməkdaşlığın xarakteri ciddi dəyişikliklərə 
uğramışdır.  Mədəniyyət  getdikcə  daha  artıq 
dərəcədə özünəməxsus əmtəəyə çevrilir, dövlətlər 
öz mədəni mallarını dünya bazarında daha geniş 
təbliğ  etməyə  və  onların'rəqabətə  davamlılığını 
təmin etməyə can atırlar.
Mədəniyyət  ölkələrin  iqtisadi  inkişafının 
mühüm  amilinə  çevrilmişdir.  Müvafiq  və­
zifələrin  həlli  məqsədi  ilə  dövlətlər  böyük 
maddi  və  maliyyə  vəsaitləri  xərcləməli,  ölkə 
mədəniyyətinin  rəqabətədavamlılığını təmin et­
məli,  mədəni  məhsulun  satış bazarları  uğrunda 
mübarizə aparmalı olurlar.
Milli  mədəniyyətin  təbliği,  eləcə  də  xarici 
mədəni  müdaxilənin  qarşısının  alınması  dövlə-
63


tin  milli  maraqlar  təmin  edilməsi  uğrunda 
mübarizəsinin mühüm faktoru olduğundan müa­
sir diplomatiyada hazırda "xarici mədəni siyasət" 
(xarici mədəniyyət siyasəti)  termini geniş istifadə 
olunur. Xarici mədəni siyasət vasitəsi ilə dövlətlər 
dünyada  gedən  müxtəlif xarakterli  siyasi,  iqtisa­
di, sosial proseslərə birbaşa təsir göstərə bilirlər.
Xarici  mədəni  siyasət  beynəlxalq  mədəni 
əməkdaşlığı  inkişaf etdirmək yolu ilə dövlətin xa­
rici siyasət məqsədlərinə nail olunmasınm spesifik 
üsuludur.  Xarici  mədəni  siyasət  hüquqi  norma­
lara,  ideoloji  prinsiplərə  və  praktik  tədbirlərə 
əsaslanaraq hazırlanır və həyata keçirilir.
Azərbaycan  Respublikasında  mədəniyyət  sa­
həsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları 
"Mədəniyyət  haqqında  qanun"la  tənzimlənir. 
Qanunun  48-ci  bəndinə  uyğun  olaraq  müvafiq 
icra hakimiyyəti orqanları, mədəniyyət təsisatları, 
mədəniyyət işçilərinin həmkarlar ittifaqları, yara­
dıcılıq ittifaqları başqa dövlətlərin hüquqi və fizi­
ki şəxsləri ilə, beynəlxalq təşkilatlarla mədəniyyət 
sahəsində  əməkdaşlıq həyata  keçirə bilərlər.  Hər 
bir  mədəniyyət  təsisatının  müvafiq  beynəlxalq 
təşkilatlara  daxil  olmaq,  habelə  öz  sıralarına 
əcnəbi üzvlər cəlb etmək hüququ təsbit edilir [68].
Qanunvericilikdə nəzərdə  tutulmuş hallar is­
tisna  olmaqla  mədəniyyət  sahəsində  beynəlxalq 
əlaqələrin hər hansı şəkildə məhdudlaşdırılmasma 
yol verilmir.
Sevda Ağamirzə qızı Əhədova
64
Mədəniyyət  haqqında  Azərbaycan  Respub­
likası  qanunu  mədəniyyət  sahəsində  beynəlxalq 
mübadilələrin  inkişafını,  milli  mədəniyyətin 
xaricdə  yayılması,  o  cümlədən  peşəkar  yaradı­
cı  işçilərin  və  kollektivlərin,  mütəxəssislərin  və 
tələbələrin  qarşılıqlı  səfərlərinə  köməklik  göstə­
rilməsini, mədəniyyət sərvətlərinin və mədəniyyət 
fəaliyyəti  nəticələrinin,  habelə  mədəniyyətin 
müxtəlif sahələrində iş təcrübəsinin mübadiləsinə 
yardım  göstərilməsi,  mədəniyyət  sərvətlərinin 
mühafizəsinə  dair  beynəlxalq  əməkdaşlığın  in­
kişaf  etdirilməsi,  milli  mədəniyyət  sərvətlərinin 
mühafizəsi rejiminin Azərbaycan xalqının xaricdə 
olan nadir mədəniyyət sərvətlərinə şamil edilməsi 
və onların qaytarılması üçün bütün mümkün təd­
birlərin istifadə edilməsi beynəlxalq mədəni əmək­
daşlığın əsas istiqamətləri  kimi müəyyənləşdirir. 
Buraya  həmçinin  xaricdə  yaşayan  azərbaycan­
lılarla mədəni əlaqələrin yaradılması, onların mə­
dəniyyət  və  informasiya  mərkəzlərinin,  fondla­
rının,  təşkilatlarının  məqsədyönlü  fəaliyyətinə 
köməklik göstərməsi, onların ölkəmizdə nəşr olu­
nan  kitab,  qəzet  və jurnalları  əldə  etmələri üçün 
şərait yaradılması da daxildir [68].
Beynəlxalq  mədəni  əməkdaşlıq  mədəniyyət 
və  incəsənət,  elm  və  təhsil,  kütləvi  informasi­
ya  vasitələri,  gənclər  mübadiləsi,  idman  və  tu­
rizm,  nəşriyyat,  muzey,  kitabxana,  arxiv  işi 
sahələrindəki  əlaqələri,  həmin ictimai  təşkilatlar, 
yaradıcılıq qurumları, ayrı-ayrı şəxslər arasındakı
Müasir dünyada mədəniyyətlərə rası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə