Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə19/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  üzərindədir. 
Xarici  İşlər  Nazirliyinin  strukturunda  mədəniyyət 
məsələləri  ilə  məşğul  olan  YUNESKO  üzrə  Azər­
baycanın Milli Komissiyasının katibliyi, İnformasiya 
idarəsi,  Nazirlik  və  xarici  nümayəndəliklərlə 
əlaqələr şöbəsi,  konsulluq idarəsi  fəaliyyət göstərir 
[
22
].
Azərbavcamn  xarici  mədəniyyət  siyasətinin 
ən  mühüm  istiqamətlərindən  biri  xaricdə  yaşa­
yan  həmvətənlərlə  mədəni  əlaqələrin  yaradılma­
sı  və  genişləndirilməsidir.  2002-ci  ildə  yaradılmış 
Diasporla  İş  üzrə  Dövlət  Komitəsi  bu  sahədə  əsas 
struktur bölməsi hesab edilir.
Azərbaycan  Respublikası  Mədəniyyət  və  Tu­
rizm  Nazirliyi  ölkənin  xarici  mədəniyyət  siyasəti­
nin  həyata  keçirilməsində  özünəməxsus  rol  oyna­
yır.  Nazirlikdə  bilavasitə  bu  sahə  ilə  məşğul  olan 
mədəniyyət  siyasəti  şöbəsi,  beynəlxalq  əlaqələr  və 
mədəniyyət  proqramlan  şöbələri  fəaliyyət  göstərir
[2Э1-
Mədəniyyət  siyasəti  şöbəsi  mədəniyyətin 
strateji  planlaşdırılması  məsələləri,  milli  və 
beynəlxalq  proqramların  işlənib  hazırlanması, 
Beynəlxalq  əlaqələr  və  mədəniyyət  proqramları 
şöbəsi isə xarici mədəniyyət və turizm siyasətinin 
həyata keçirilməsinə dair təkliflər işləyib hazırla­
maqla məşğul olur. Şöbənin nəzdində beynəlxalq 
əlaqələr və protokol bölməsi də fəaliyyət göstərir.
2001-ci  ildə  Mədəniyyət  və  Turizm  Nazirliyi 
tərəfindən  hazırlanmış  "Azərbaycan  mədəniyyə-.
Sevda Ağamirzə qızı Əhədova
78
tinin  Dövlət  İnkişaf  Proqramı"nda  xarici  mədə­
niyyət  siyasətinin  prioritet  istiqamətləri  müəy­
yənləşdirmişdir.  Burada  dünya dövlətləri  və bey­
nəlxalq  təşkilatların  ikitərəfli  və  çoxtərəfli  əmək­
daşlığı  genişləndirilməsi,  dünyaya  mədəni  inteq­
rasiya, Azərbaycanın mədəniyyətinin dünyada ta­
nıdılması, diaspora ilə əlaqələrin genişləndirilməsi 
kimi vəzifələr müəyyənləşdirilmişdir [23].
Dövlətlərarası  razılaşmalara  uyğun  olaraq  ha­
zırda  Avropa,  Asiya,  Latın  Amerikası  dövlətləri 
ilə birgə  ikitərəfli  və beynəlxalq mədəni proqram­
lar  həyata  keçirilir.  BMT,  AŞ,  MDB,  İKT,  GUAM, 
Türksoy çərçivəsində qarşılıqlı əməkdaşlığın geniş­
ləndirilməsi, milli-mənəvi dəyərlərimizin dünyada 
təbliği, ümumdünya mənəvi-mədəni nailiyyətlərin 
ölkəmizdə tanıdılması sahəsində ardıcıl işlər aparı­
lır.
Bu  gün  Azərbaycan  Respublikasında  həyata 
keçirilən  siyasi,  iqtisadi,  mədəni  dəyişikliklər, 
xalqımızın  həyati  maraqlarma  tam  cavab  verən 
xarici  siyasət  kursu  ölkəmizdə  demokratik,  hü­
quqi  cəmiyyətin,  sosial  dövlətçilik  ənənələrinin 
möhkəmlənməsinə,  dünya  birliyində  nüfuz  qa­
zanmasına,  söz  sahibinə  çevrilməsinə  səbəb  ol­
muşdur.  Bütün bunların gerçəkləşməsində Azər­
baycan dövlətinin mədəni siyasətinin də öz  payı 
vardır.  Bu  gün  o  dünyada  təkcə  etibarlı  iqtisa­
di  tərəfdaş,  əlverişli  enerji  dəhlizi,  zəngin  təbii 
ehtiyatlara  malik  ölkə  kimi  yox,  həm  də  böyük 
mədəniyyət  daşıyıcısı  kimi  tanınır.  Lakin  Azər-
Müasir dünyada madəniyyətlararası münasibətlər
77


baycan  mədəniyyətinin  mənəvi  irsini  daha  ge­
niş  şəkildə  təbliğ  etmək,  yaymaq,  dövlətimizin, 
bütün  cəmiyyətin  əsas  vəzifələrindən  biri 
kimi  qalmaqdadır.  Bu  işdə  mədəniyyətlərarası 
ünsiyyətin  inkişafı mühüm yer tutur.  Ölkəmizdə 
bu  istiqamətdə  son  illərdə  həyata  keçirilən  işlər, 
turizmin  inkişafına  dair  qəbul  edilmiş  proq­
ramlar  gənclərimizin  xaricdə  təhsil  almaq  üçün 
göndərilməsi,  nüfuzlu  beynəlxalq  forumlarm 
keçirilməsi,  humanitar  əlaqələrin  genişlənməsi 
həmin  vəzifələrin  uğurla  həyata  keçirildiyini 
təsdiq edir.
Sevda Ağamirzə qızı Əhədova
80
II  FƏSİL
QLOBALLAŞMANIN MƏDƏNİ 
ASPEKTLƏRİ
2 .1 .  M illi  m ə d ə n iy y ə tlə r  q lo b a lla ş m a  
k o n te k s tin d ə
M
üasir  dünyanın  inkişaf  proseslərini  sə­
ciyyələndirən  əsas  anlayış  qloballaşma 
anlayışıdır.  Bəşəriyyətin üzləşdiyi  yeni reallıqlar 
ictimai  həyatın  müxtəlif sahələrində  özünü  gös­
tərən  qloballaşma  proseslərinin  sürətlə  getməsi 
və qarşılıqlı əlaqəsi ilə müəyyən edilir. Buna görə 
də bütün dünyanın taleyi, həmin proseslərin har­
monik inkişafından bilavasitə  asılıdır.  İndiyədək 
"qloballaşma"  termininin  konseptual  mahiyyəti, 
definisiyası ilə bağlı ədəbiyyatda çoxlu sayda ya­
naşmalar  mövcuddur  ki,  bu  da  qloballaşmanın 
birmənalı qəbul edilməsini göstərir. Qlobalizasiya 
və  onun  problemlərinə  münasibətdə,  əksər 
hallarda  bir-biri  ilə  ziddiyyət  təşkil  edən  nə­
zəriyyələrin  mövcudluğu,  qloballaşma  prosesi­
nin mürəkkəbliyi, çoxçalarlılığı ilə əlaqədardır.
8
/


Ensiklopedik nəşrlərdə qloballaşma (və yaxud 
qlobalizasiya)  bütün  dünya  üzrə  insanların,  ide­
yaların,  əmtəə  və  pulların  demokratik  xarak­
terli,  universal,  beynəlxalq  qanunvericiliyə  tabe 
olan  azad,  heç  nə  ilə  məhdudlaşdırılmayan  yer­
dəyişməsi kimi müəyyən edilir [103].
Qloballaşmanın  əsas  ilkin  şərtlərinə  kommu­
nikasiya  vasitələri,  informasiya  mübadiləsi,  nəq­
liyyat sistemləri sahəsində texnoloji tərəqqi; iqtisa­
diyyatın  və  ticarətin  liberallaşması;  beynəlxalq 
və  transmilli  təşkilatların  fəaliyyət  sahələrinin 
genişlənməsi;  kapitalın  beynəlmiləlləşməsi  və 
dünya  bazarlarında  rəqabətin  artması,  təbii  eh­
tiyatların  tükənməsi  və  onlara  nəzarət  uğrunda 
mübarizənin kəskinləşməsi, demoqrafik partlayış; 
vahid  şəklə  salınmış  kütləvi  informasiya  vasitə­
lərinin, kütləvi mədəniyyətin formalaşması, ingi­
lis  dilinin  ümumi  ünsiyyət  vasitəsinə  çevrilməsi 
və s.  daxildir. Bu  faktların qarşılıqlı təsiri qlobali­
zasiya proseslərinin mürəkkəbliyini və ziddiyyətli 
xarakterini müəyyənləşdirir. Belə ki, informasiya 
texnologiyalarının  inkişafı  dünyanın  iqtisadi,  el­
mi-texniki,  mədəni  inkişafının  sürətləndirilməsi, 
bəşəriyyətin  öz  maraqlan  və  dünyanın  taleyi 
üçün  məsuliyyətini  dərk  edərək  birləşməsi üçün 
real  imkanlar  yaradır.  Eyni  zamanda  dünyanm 
bölünməsi  və  gərginliyin  artmasında  onların bir 
vasitəyə  çevrilə  biləcəyi  təhlükəsi  bütün  xalqla- 
n  ciddi  narahat  edir.  Qloballaşmanın  nəticələri 
baxımından  Azərbaycan  xalqını  düşündürən  bir
Sevda Ağamirzə qızı Əhədova
8
г
sıra  məsələlər,  o  cümlədən  bu  prosesdə  onun 
milli-mənəvi  deyərlərinin  gələcək  taleyi  ilə bağlı 
narahatçılığın da ciddi əsaslan vardır.
Heç şübhəsiz, qloballaşmanın aşkar üstünlük­
ləri  və  faydaları  (beynəlxalq  əmək  bölgüsünün 
dərinləşməsi,  dünya  bazarının,  beynəlxalq  miq­
yasda  qarşılıqlı  faydalı  münasibətlərin  genişlən­
məsi,  qabaqcıl  texnologiyanın  yayılması,  bütün 
dünyada  ümumi  rifahın artması və s.)  ilə yanaşı 
yeni  problemlər  və  mümkün  münaqişələrlə  də 
müşayiət olunur.
Qloballaşmanın həm əleyhdarlan, həm də tə­
rəfdarları öz mövqelərinin doğruluğunu isbat et­
mək  üçün  ciddi  arqumentlər  gətirirlər  [123,  138- 
149].  Qloballaşma  əleyhdarları  qloballaşmanın 
mənfi  fəsadları arasında aşağıdakıları  qeyd edir­
lər:  milli  dövlətlərin  rolunun  aşağı  düşməsi,  de­
mokratik  institutların nüfuzunun  azalması,  inki­
şaf etməkdə  olan  dövlətlərin  mənafelərinin  arxa 
plana  keçməsi  ilə  şərtlənən  birqütblü  dünyanın 
yaranması,  lider  dövlətlərlə  autsayder  dövlətlər 
arasında  ziddiyyətlərin  artması;  təkcə  iqtisa­
di  deyil,  həm  də  beynəlxalq  münasibətlərin  fəal 
subyektinə  çevrilmiş,  ölkələrin  hökumətlərinə 
öz  iradəsini  diktə  edən  transmilli  şirkətlərin 
təsirinin  artması,  dövlətin  ona  məxsus  bir  sıra 
səlahiyyətlərini  itirməsi  və  s.  Qloballaşmanın 
yalnız Qərb ölkələrinin maraqlarına cavab  verən, 
mkişaf etməkdə olan ölkələr üçün yalnız təhlükə 
yaradan  bir  proses  olduğu  haqda  nəzəriy-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
88


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə