Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə18/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

və mədəniyyət şöbələri də bu istiqamətdə böyük 
işlər  aparır,  mübadilə,  informasiya  fəaliyyəti, 
mədəniyyət,  təhsil məsələləri ilə məşğul olurlar.
ABŞ  hökumətinin  xarici  mədəni  siyasətinin 
həyata  keçirilməsində bir sıra dövlət və hökumət 
strukturları  və  ya  onun  sifarişi  ilə  işləyən  təşki­
latları,  o  cümlədən  ABŞ  İnformasiya  Agentliyi 
(USİA),  Beynəlxalq  Tədqiqatlar  və  Mübadilələr 
üzrə Şura (İREX), Beynəlxalq İnkişaf üzrə Agentlik 
(USAİD),  Projekt  Harmoni,  Qeyri-kommersiya 
qeyri-hökumət  təşkilatları assosiasiyaları  (İSAR), 
"Sülh  körpüsü"  və  s.  yaxından  iştirak  edirlər 
[13].  Dövlət  Departamentinin  qeyri-kommersi­
ya  təşkilatları  ilə  əməkdaşlıq  praktikası  ABŞ  xa­
rici  mədəni  siyasətinin  fərqli  cəhətlərindən  sa­
yılır.  Hökumət  strukturları  ilə  yanaşı  ölkənin 
xarici  mədəni  siyasəti  özəl  xeyriyyə  fondları 
(Mak Arturlar fondu,  Rokfellerlər fondu, Huqen- 
haymlar  fondu,  "Avrasiya"  fondu  və  b.)  böyük 
töhfə  verirlər.  Özəl  fondlar  bu  gün  həm  ölkə 
daxilində, həm də kənarda mədəni siyasəti həyata 
keçirən əsas institutlardan, mədəniyyət sahəsinin 
başlıca  dayaqlarından  biridir.  Bu  onunla  əlaqə­
dardır  ki,  birincisi,  ABŞ-da  mədəniyyət  nazirliyi 
analoqunda  dövlət  qurumu  yoxdur  və  ikincisi, 
mədəniyyətə  ayrılan  federal  vəsaitlər  xeyriyyə 
fondlarının ianələrindən dəfələrlə azdır. Bu fond­
lar  arasında  daha  çox  tanınan,  Azərbaycanda 
vaxtilə geniş fəaliyyət göstərmiş Soros  fondudur. 
Fondun əsas məqsədi təhsil, elmi və digər mədəni 
7?
Sevda Ağamirzə qız, Əhədova
proqramların həyata  keçirilməsi  vasitəsilə  vətən­
daş cəmiyyətinin inkişafına yardım göstərməkdir. 
Fondun  konkret  fəaliyyəti  öz  ifadəsini  alimlərin, 
təhsil  müəssisələrin,  kitabxanaların,  muzeylərin, 
incəsənət xadimlərinin,  müstəqil  mətbuatın inki­
şafına, ekoloji hərəkatlara qrantlar ayrılması yolu 
ilə dəstəklənməsində ifadə olunur.
Amerika  xarici  mədəni  siyasətinin  həyata 
keçirilməsində  kütləvi  informasiya  vasitələri,  ra­
dio,  televiziya  mühüm  rol  oynayır. Amerika mə­
dəniyyətinin başqa  ölkələrə mühüm  təsir forma­
larından  biri  də  bədii  filmlərin  yayılmasıdır. 
Hollivudun kino məhsulları bütün əksər ölkələrdə, 
o  cümlədən  Azərbaycanda  həm  kinoprokatda, 
həm də teleefirdə əsasyer tutmaqdadır. Ölkəmizdə 
kino sənayesinin böhranı, bədii filmlərin, teleseri- 
alların  yaradılması  ilə bağlı  problemlər Amerika 
və digər xarici ölkə filmlərinin efir məkanını zəbt 
etməsi  ilə  nəticələnmişdir.  Yalnız  son  illərdə  bu 
vəziyyət yaxşılığa  doğru  dəyişməyə başlamışdır. 
Buna  Azərbaycan  Respublikası  Prezidenti  İlham 
Əliyevin Milli kinomuzun inkişafı ilə bağlı qəbul 
etdiyi qərarlar böyük təsir göstərmişdir.
Əksər ölkələrin musiqi biznesi və radioefirində 
də  analoji  vəziyyət  yaranmışdır.  Bütün  dünya 
üçün  bu  gün  Amerika  müasir  musiqi  sənayesi 
aparıcı  rol  oynayır.  Hətta  ən  populyar  musiqi 
stilləri  (hip-hop  mədəniyyəti)  belə  ABŞ-da  yara­
nır və dünyada "raskıutka" edilir.
MDB  ölkələri  arasında  mədəni  əməkdaşlığın
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
75


institusional bazası da çoxşaxəlidir. MDB İcraiyyə 
Komitəsi çərçivəsində humanitar və ekoloji əmək­
daşlıq  Departamenti,  üzv  dövlətlərin  Mədəni 
əməkdaşlıq üzrə Şurası, Beynəlxalq mədəniyyətə 
yardım  assosiasiyası  kimi  strukturlar  fəaliyyət 
göstərir.
Çox  təəssüf  ki,  ölkəmizdə  indiyədək  xarici 
mədəni siyasətlə bağlı bir çox məsələlər öz konsep­
tual əsasını tapmamışdır. Halbuki xarici ölkələrlə 
mədəni əməkdaşlıq Azərbaycanın beynəlxalq are­
nada həyata keçirdiyi dövlət siyasətinin ayrılmaz 
hissəsidir.  Mədəni  əməkdaşlığın  səmərəliliyini 
artırmaq  üçün  onun  bütün  aspektlərini  nəzərdə 
tutan  konsepsiyanın  hazırlanmasına  ehtiyac  du­
yulur.  Bu  sənəddə  xarici  mədəni  siyasətin  əsas 
istiqamətləri,  perspektivləri,  prioritetləri,  mədəni 
layihələrin,  mübadilələrin  maliyyələşdirilməsi 
ilə  yanaşı  beynəlxalq  mədəni  əməkdaşlığın  əsas 
meyllərinin təhlili öz əksini tapmalıdır.
Zənnimizcə, yaxın gələcək üçün "Azərbaycanın 
xarici  ölkələrlə  mədəni  əməkdaşlığı"  məqsədli 
proqramının  hazırlanması  bu  istiqamətdə  aparı­
lan işlərin daha da canlanmasına  təsir göstərərdi.
Bu  gün  Azərbaycan  Respublikasının  mədəni 
əməkdaşlığının  inkişaf  etdirdiyi  mühüm  istiqa­
mətlərdən  biri  qərbin  ар ап а  dövlətləridir.  Bu 
ölkələr  dünyada  ən  mükəmməl  texnologiyala­
ra,  geniş  informasiya  resurslarına  malikdirlər. 
Təəssüf  ki,  bu  gün  informasiya  və  informasiya 
texnologiyalarının əlçatarlığına görə inkişaf etmiş
Sevda Ağamirzə qızı Əhədova
76
ölkələrlə  inkişaf  etməkdə  olan  ölkələr  arasında 
kəskin  fərqlər  mövcuddur  və  bu  fərq  getdikcə 
dərinləşməkdədir. Ona görə də istənilən dövlətin 
əsas vəzifəsi  kompüter texnologiyalarının,  mobil 
rabitə sistemlərinin inkişaf etdirilməsi, əsasən in­
kişaf etmiş ölkələrin intellektual mülkiyyəti olan 
proqramların  əldə  edilməsidir.  Sonuncu  məsələ 
inkişaf  etməkdə  olan  ölkələr  üçün  xüsusi  aktu­
allıq  kəsb  edir.  Çünki  bu  proqramlar  çox  baha­
dır  və  onların  alınmasına  külli  miqdarda  vəsait 
sərf  olunur.  Faktiki  olaraq  bu  vəsaitlər  elektron 
sənayesində apana mövqelər tutmağa nail olmuş 
ölkələrin  zənginləşməsinə,  onların  uğurlarının 
artmasına  sərf  olunur.  Bu  problem  hələ  2003- 
cü  ildə  keçirilmiş  BMT-nin  "Dünya  informasiya 
cəmiyyəti" Beynəlxalq Forumunda qoyulmuşdur. 
O  zaman Azərbaycan  Respublikasının preziden­
ti zəif inkişaf etmiş  ölkələrə yardım  göstərilməsi 
məqsədi  ilə  Umumdünya  Fondunun  yaradılma­
sının təklifi ilə çıxış etmişdir.
Bəşəriyyətin  informasiya  bolluğuna  yol  tap­
masına,  kasıb  ölkələrin  informasiya  birliyinə  qo­
vuşmasına imkan yaradan  müasir insan yaddaşı 
kitabxanalarının  yaradılması,  bu  məqsədlə  ava­
danlıqların,  informasiya  daşıyıcılarının,  kompü­
ter proqramlarının alınması üçün zəngin ölkələrin 
Fonda  vəsait  köçürmələri  kimi  ideyalar  da  bu 
təklifdə öz əksini tapmışdır.
Hazırda  ölkəmizdə  xarici  mədəniyyət  siya­
sətinin həyata keçirilməsi ilə bağlı əsas səlahiyyətlər
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
77


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə