Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə12/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

şəkildə  uzlaşdırmanm  üstünlüyünü  bariz  nü­
mayiş  etdirir.  Bu  ölkələrin  hökumətlərinin  bazar 
prinsiplərinə  əsaslanaraq  həyata  keçirdikləri  is­
lahatlar  sübut  edir  ki,  mədəni  komponent,  milli 
mənəvi dəyərlərlə sədaqət modernləşməyə nəinki 
mane olmur,  əksinə,  onun  daha da uğurla həyata 
keçirilməsinə şərait yaradır.
YUNESKO-nun  mədəniyyətə  dair  məruzə­
sində  (2000)  mədəni  ənənələrin  siyasi  və  sosial- 
iqtisadi  inkişafın  xarakterinə  təsiri  etiraf  olunsa 
da, bu təsirin dövlət siyasətindən aynca nəzərdən 
keçirilməsinin  düzgün  olmadığı  qeyd  olunur. 
Ona  görə  də  hər  hansı  ölkədə  iqtisadi,  siyasi  is­
lahatların  uğursuzluğunu  yalnız  həmin  cəmiy­
yətin  ənənəvi mədəniyyəti  ilə bağlamaq cəhdləri 
əsassızdır.
Son onilliklərdə dünyada baş verən proseslər 
göstərir ki, mədəniyyətdə, inanclarda, dildə, ənə­
nələrdə mövcud olan hətta kiçicik fərqlər belə ən 
ciddi faciələrlə nəticələnə biləcək münaqişələr ya­
rada bilər.  Bundan hətta qohum və yaxm xalqlar 
və  mədəniyyətlər  belə  sığortalanmayıblar.  İran- 
İraq,  Hindistan-Pakistan,  İngilis-İrland,  Gürcü- 
Abxaz-Osetin, Özbək-Qırqız, Ispan-Bask və s. (on­
ların sayını artırmaq da olar) münaqişələr əsasən 
yaxm  mədəniyyətlərə  mənsub  xalqlar  arasmda 
baş  verən  münaqişələrdir.  Böhran  vəziyyətinin 
açıq qarşıdurmaya keçməməsi həm də hakim eli­
taların etnik münaqişələri neytrallaşdırmaq baca­
rığından asılıdır.
Sevda Ağamirzə qızı Əhədova
50
Ona görə də dünyanın çoxmədəniyyətliliyinin 
etiraf  edilməsi  qloballaşma  şəraitində  ənənəvi 
mədəniyyətlərin mövcudluğunun zəruri şərtidir. 
Hər hansı dövlətin dünya siyasətində ağalığı kimi, 
"super mədəniyyətin" də müxtəlif mədəniyyətlər 
arasmda  hökmranlığı  da  təhlükəlidir.  Mədəni 
müxtəlifliyinin  qorunması  beynəlxalq  müna­
sibətlərdə bütün  dövlətlərin əsas vəzifəsi olmalı­
dır.
Beynəlxalq münasibətlərin demokratikləşməsi 
-   bu  təkcə  beynəlxalq  birliyin  bütün  üzvləri 
tərəfindən  qlobal  problemlərin  həllinin  beynəl­
miləlləşməsi deyil, həm də həmin münasibətlərin 
humanistləşdirilməsi 
deməkdir. 
Beynəlxalq 
əlaqələr  yalnız  o  zaman  humanist  xarakter  da­
şıyacaqdır  ki,  onlar  bütün  xalqların  maraqla­
rına  cavab  verərək,  onların  ümumi  təhlükəsizlik 
işinə xidmət edəcəkdir, beynəlxalq əməkdaşlığın 
mərkəzində  insan,  onun  qayğıları,  hüquq  və 
azadlıqları  duracaqdır.  Təsadüfi  deyil  ki,  son 
vaxtlar  insan  hüquqları,  dövlətlərin  humanitar 
və  mədəni  əməkdaşlığı  məsələsinə  beynəlxalq 
münasibətlər və beynəlxalq təhlükəsizlik sistemi­
nin tərkib hissəsi kimi baxılır.
Xalqlar  arasında  sülhün  və  qarşılıqlı  anlaş­
manın  möhkəmləndirilməsində,  mədəniyyət  və 
təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi,  in­
formasiyanın  daha geniş yayılması, insanlar ara­
smda  təmaslar  və  humanitar  problemlərin  həlli 
mühüm  rol  oynayır.  Bu  mənada  beynəlxalq  bir-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
5/


liyin  qəbul  eldiyi  sənədlərin  böyük  əhəmiyyəti 
vardır.  ATƏT-in  Yekun  aktını  (1  avqust  1975-ci 
il)  imzalanmış  dövlətlər  mədəni  mübadilənin 
və  əməkdaşlığın  insanlar  və  xalqlar  arasında 
daha  yaxşı  qarşılıqlı  anlaşmaya  və  bununla  da 
dövlətlər  arasında  razılığın  möhkəmlənməsinə 
kömək  etdiyini  və  bunun  da  öz növbəsində  hər 
bir  mədəniyyətin  özünəməxsusluğuna  hörmət 
edilməsi  şərti  ilə  onların  zənginləşməsinə  gətirib 
çıxaracağını və həmçinin, dünyanın digər ölkələri 
ilə mədəni  əlaqələrin daha  da  inkişaf etdirilməsi 
ilə üzv dövlətlər arasında ümumi dəyərlərin dərk 
edilməsinin  möhkəmləndirilməsinə  şərait  yara­
dılmasına  inamını  bildirərək  öz  qarşılarında  a) 
bir-birlərinin  mədəni  nailiyyətləri  ilə  daha  yaxşı 
tanış  olmaq  üçün  qarşılıqlı  informasiyam  inki­
şaf  etdirmək;  b)  mədəni  nemətlərin  mübadiləsi 
və  yayılması  üçün  maddi  imkanları  yaxşılaşdı­
rılmaq;  c) hamımn müvafiq mədəni nailiyyətlərə 
əlçatarlığma  şərait  yaratmaq;  ç)  mədəniyyət 
xadimləri  arasında  təmasları  və  əməkdaşlığı  in­
kişaf  etdirmək;  d)  mədəni  əməkdaşlığın  yeni 
sahələrini  və  formalarını  axtarıb  tapmaq  kimi 
məqsədlər qoymuşlar.
Bu  məqsədlərə  nail  olmaq  üçün  Yekun 
aktında  konkret  prinsiplər  və  vəzifələr,  o 
cümlədən  müxtəlif  səviyyələrdə  (dövlət,  qeyri- 
dövlət,  şəxsi  səviyyədə)  mədəniyyət  sahəsində 
əməkdaşlığın  və  əlaqələrin  genişləndirilməsi  və 
yaxşılaşdırılması,  öz  səlahiyyətləri  çərçivəsində

Sevda Ağamirzə qızı Əhədova
iki  və  çoxtərəfli  əsasda  mədəniyyətin  müxtəlif 
sahələrindəki  nailiyyətlərlə  xalqların  daha  ge­
niş  və  tam  qarşılıqlı  tanış  olması  üçün  müvafiq 
tədbirlər  görülməsi,  mədəniyyət  sahəsində  in­
formasiya  mübadiləsinin  genişləndirilməsi  və 
yaxşılaşdırılması  nəzərdə  tutulur.  Üzv-dövlətlər 
uyğun  üsullarla  mədəni  dəyərlərin  mübadiləsi 
və  yayılması  imkanlarmı  yaxşılaşdırmağı,  hər 
bir  mədəniyyətin  öz  dəyəri  və  üstünlüyü  oldu­
ğunu, dərk edərək,  öz mədəniyyət siyasətlərində 
digər  üzv-dövlətlərin  mədəni  nemətlərinə  ma­
rağı  daha  da  artırmağın  təşviq  edilməsini,  öz 
ölkələrinin  mədəniyyətinin  müxtəlif sahələrində 
qazanılmış  bütün  nailiyyətlərin  tam  qarşılıqlı 
əlçatarlığma  nail  olmağı, kitab və bədii əsərlərin 
mübadiləsinin  daha  da  yayılması,  tərcümə 
edilməsi, onların mədəni həyatı ilə daha yaxşı və 
qarşılıqlı tanış olmaq məqsədi ilə kütləvi informa­
siya vasitələrindən daha geniş istifadə edilməsinə 
kömək  etmələri  barədə  öhdəlik  götürürdülər. 
Yekun  aktında  müxtəlif  mədəni  sahələrdə, 
xüsusən yaradıcı işçilər və mədəniyyət xadimləri 
arasmda  təmasların  və  əməkdaşlığın  uyğun 
vasitələrlə  inkişafı  məqsədilə  bir  neçə  bənddən 
ibarət tövsiyələr irəli sürülmüşdü.
Sənədin  mühüm  cəhətlərindən  biri  mədəni 
əməkdaşlığın yeni sahələrinin və formalarının ax­
tarışı məqsədilə maraqlı tərəflər arasmda müvafiq 
razılaşma  və  sazişlərin  bağlanması,  o  cümlədən 
mədəniyyət sahəsində siyasət məsələlərinin birgə
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
53


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə