keyfiyyət mədəniyyətin özünü qoruması və in
kişafım təmin etməklə, ona başqa arqumentləri,
təcrübəni qəbul etməyə, kompromis axtarmağa
sövq edir.
YUNESKO-nun Mədəni müxtəliflik haqqmda
Ümumdünya bəyannaməsi (UNESCO Universal
Declaration of Cultural Diversity, 2001) bu
prinsipləri daha da inkişaf etdirərək mədəni
müxtəlifliyin qorunub saxlanılmasım, seqreqa-
siya və fundamentalizmin qarşısının alınmasını
beynəlxalq birliyin əsas məqsədi kimi müəyyən
ləşdirir. Bəyannamədə mədəni müxtəliflik indi
ki və gələcək nəsillərin rifahı naminə tanınmalı
və möhkəmləndirilməli olan bəşəriyyətin ümu
mi neməti kimi dəyərləndirilir [224]. Göstərilir
ki, informasiya və kommunikasiya texnologiya
larının coşqun inkişafımn təkan verdiyi qloballaş
ma prosesi mədəni müxtəlifliyə təhlükə yaratsa
da, insanlar və mədəniyyətlər arasında dialoqun
bərpası üçün də şərait yaradır. Başqa sözlə, qlobal
laşma hökmən mədəniyyətlərin homogenləşmə-
sinə gətirib çıxarmamalıdır, o mədəniyyətlərarası
dialoqa və mədəni müxtəlifliyə kömək etməlidir.
Dünya xalqları minlərlə müxtəlif mədəniy
yətlərin daşıyıcılarıdırlar. Bəzi hallarda ölkə
əhalisinin hamısı və ya əksəriyyəti bir ümumi
mədəniyyətə malikdirlər, digər hallarda isə bir
dövlət müxtəlif mədəniyyətləri özündə birləşdirə
bilər. Məhz bu baxımdan dünyada mövcud olan
mədəniyyətlərin sayı, hər hansı mədəniyyətə
Sevda Ağamirzə qızı Əhədova
60
M üa sir d ü nya da m əd ən iyyətlə rara sı m ün asibətlə r
mənsub olmağın kriteriyaları ilə bağlı indiyə qədər
vahid fikir yoxdur. Mədəniyyətlər arasında ayı
rıcı xətt çəkmək üçün dəqiq müəyyənləşdirilmiş
kriteriyalar da icad edilməmişdir. Ümumilikdə
hazırda dünyada təqribən 200 müstəqil dövlət,
əsasən dillərə görə bir-birindən fərqlənən 10000-
ə yaxın müxtəlif etnik qrup və xalq mövcuddur
[148]. Məhz dil amili
bir mədəniyyəti digərindən
fərqləndirən əsas, ancaq yeganə olmayan krite-
riyadır. Mədəniyyətlər statik deyillər. Hər bir
mədəniyyət tarixi köklərə malikdir və zaman
ca dəyişirlər. Mədəni dəyişikliklər və mədəniy
yətlərin dinamik yeniləşməsi universal xarakter
daşıyır.
Beləliklə, mədəniyyət bir tərəfdən obyektiv
olaraq mövcuddu^, digər tərəfdən o subyektiv
xarakterə malikdir. Çünki mədəniyyət fasiləsiz
qarşılıqlı sosial təsir prosesində saysız-hesabsız
ayrı-ayrı insanların tərəfindən ən müxtəlif yollar
la yaradılır və formalaşır'. Mədəniyyətlərin yara
dılması, qorunub saxlanılması, adaptasiyası və
itməsi məsələləri iqtisadi, siyasi, ərazi prosesləri
ilə sıx bağlıdır. Bu baxımdan YUNESKO-nun
Mədəniyyət üzrə Ümumdünya Komissiyasının
məruzəsində öz əksini tapmış bir müddəa
diqqətəlayiqdir: Ölkədə yalnız bir mədəniyyətin
mövcud olması məcburi deyil. Əksəriyyət olmasa
da, bir çox ölkələr polimədəni, çoxmillətli, poliet-
nik ölkələrdir və dillərin, dinlərin həyat tərzlərinin
təzahürlərinin müxtəlifliyi ilə səciyyələnirlər.
6/