Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə24/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

XXI  əsr  üçün  təhsilə  dair  Beynəlxalq  Komis­
siyanın  məruzəsində  deyilir  ki,  gələcəyin  prob­
lemlərindən 
biri 
də, 
bəşəriyyətin 
mədəni 
müxtəlifliyinin  göstəricisi  olan  dil  çoxluğudur. 
Hesablamalara  görə  dünyada  6000  dil  mövzusu­
dur,  onlardan  10-a  yaxmı  100  min-dan  çox  əhali 
üçün doğma sayılır [149,  40]. Düzdür, müstəqillik 
illərində Azərbaycan dilinin fəaliyyət sferası xeyli 
genişlənmiş,  beynəlxalq  nüfuzu  yüksəlmiş,  onun 
lüğət  tərkibi  zənginləşmişdir.  Lakin  Azərbaycan 
dövlət dilinin tarixi hüquqlannın qorunması, onun 
mənəvi-siyasi nüfuzunun daha  da artırılması,  qo­
ruyub  inkişaf etdirilməsi,  rəqabətə davamlılığının 
təmin  edilməsi  dövlətlə yanaşı hər bir vətəndaşın 
əsas  vəzifəsi  olaraq  qalmaqdadır.  Azərbaycan 
Respublikasında  1993-cü  ildən  həyata  keçirilən 
dil  siyasəti,  xüsusilə  Heydər  Əliyevin dövlət dili­
nin  tətbiqi  işinin  təkmilləşdirilməsi,  Azərbaycan 
əlifbası və Azərbaycan dili gününün təsis edilməsi 
haqqında  2001-ci  ildə  verdiyi  fərmanlar,  milli 
mənəvi dəyərlərin qorunub saxlanması məsələləri 
ilə bağlı Azərbaycan xalqına müraciəti elə həm də 
qloballaşmasının bu dağıdıcı meyllərinə verilən re­
aksiyadır.
Bu cür perspektivinbaşlıca təhlükəsi əsas kompo­
nentlərdən birinin də dil olduğu mədəniyyətin ero­
ziyasında  özünü  göstərir.  Bir  çox  mədəniyyətlərin 
nümayəndələri üçün ingilis dili tərəqqinin, uğurun, 
rifahın  təzahürü kimi çıxış edir.  Əsimdə  isə ingilis 
dilinin  belə  geniş  yayılması  mədəni  müdaxilənin
Sevda Ağamirza qızı Əhədova
roo
bir elementi kimi xalqlann milli-mədəni identikliyi 
üçün əsil təhdidlər yaradır.
C.Staynerin qeyd etdiyi kimi, ingilis dili istər- 
istəməz  təbii  linqvistik  müxtəlifliyi  pozmaqla 
dövrümüzün  ən  təhlükəli  ekoloji  ziyanvericisi 
rolunda  çıxış  edir  [219,  88].  Bu  təzahürlər  isə  öz 
növbəsində  öz  dilini  və  mədəniyyətini  əziz  tu­
tanların etirazlarına səbəb olur. Hətta bəzi ölkələr 
(Tanzaniya, Keniya, Malayziya) rəsmi dil kimi in­
gilis dilindən imtina etdiklərini bildirmişlər.
Bu  mənada  Heydər Əliyevin yaradıcısı  oldu­
ğu  "azərbaycançılıq"  məfkurəsi  xalqımızın,  döv­
lətimizin qloballaşmanın cəmiyyətimizə gətirdiyi 
mənfi  fəsadları  neytrallaşdırmaq  baxımından 
əvəzsiz ideyalar silahıdır. Heydər Əliyev 2001-ci il 
noyabrın 9-da Dünya azərbaycanlılarının I qurul­
tayında etdiyi çıxışda göstərirdi ki, müstəqil Azər­
baycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. 
Hər  bir  azərbaycanlı  öz  milliyyətinə  görə  qü­
rur  hissi  keçirməlidir  və  biz  azərbaycançılığı  -  
Azərbaycan  dilini,  mədəniyyətini,  milli-mənəvi 
dəyərlərini,  adət-ənənələrin  yaşatmalıyıq  [2]. 
Akademik R.Mehdiyev azərbaycançılığı milli ide­
yanın  əsas  forması  kimi  təsəvvür  etməyi  və  ona 
inteqrativ  ideya  kimi  yanaşmağı  tövsiyə  edərək 
bu ideyanın əsasında sivil  Avrasiya  birliyinin bir 
hissəsi -  özünəxas milli özgünlüyə, milli eyniyyət 
və mentalitetə malik Azərbaycan haqqında təsəv­
vürün dayandığını göstərir [62, 3].
Müasir dünyada madəniyyatlərarası münasibətlər
Ю!


Sevda Ağamirzə qızı Əhədova
Qloballaşma  mədəniyyətlərin  qarşılıqlı  əla­
qəsinə  də  öz  təsirini  göstərir,  qarşılıqlı  fəaliyyət 
müxtəlifliyi, zənginliyi tədricən aradan qalxmağa 
başlayır  Müxtəlif  mədəniyyətlər  arasında  qarşı­
lıqlı əlaqənin əsas forması kimi mədəni müdaxilə 
çıxış  edir  ki,  onun  əsas  göstəricisi  bir  mədəni 
dəyərlər  sisteminə  digər  mədəni  dəyərlərin 
nüfuz  etməsidir.  Xüsusən,  son  iyirmi  üdə 
müxtəlif  ölkələrin  mədəni  məkanına  Amerika 
kütləvi  mədəniyyətinin  güclü  müdaxiləsi  mil­
li  mədəniyyətləri  qoruyub  saxlamaq  istəyən­
lərin  ciddi  narahatçüığma  səbəb  olmuşdur. 
Amerika  siyasi  və  intellektual  elitasmm  bir  çox 
nümayəndələri  Amerika  kütləvi  mədəniyyət 
dəyərlərinin  digər  mədəni  sivilizasiyalara  qəbul 
etdirilməsinin şüurlu şəkildə həyata keçirüdiyini, 
ABŞ  xarici  siyasətinin  mühüm  elementi  olduğu­
nu açıq etiraf edirlər [87, 38-39]. Tanınmış ABŞ si­
yasi xadimi  Henri  Kissencer 1999-cu  il  oktyabrın 
12-də Trinti kollecində (Dublin, İrlandiya) çıxışın­
da  açıq  şəkildə  etiraf etmişdir:  "Əsas  çağırış  on­
dan ibarətdir ki, adətən qlobalizasiya adlanan şey 
əslində  Birləşmiş  Ştatların  hakim  rolunun  başqa 
adıdır  [192,  11].  Buna  bir  sıra  hallarda  standart 
kimi qəbul edilən Amerika siyasi ənənələrinin de­
mokratik  idealları  da  şərait  yaradır.  Bütün  bun­
lar isə "Amerika mədəni imperializminin" sürətlə 
yayılmasına gətirib çıxarır.
Mədəni  qloballaşmanın  bu  neqativ  təzahür­
lərinə  diqqət  yetirən  pessimistlərin  nəzərincə
(02
onun  ən  mənfi  nəticəsi,  demək  olar  ki,  bütün 
müli  mədəniyyətlərin  təməl  strukturlarına  güc­
lü  zərbə  vurması,  "mədəni  Çemobıl"m  yaranma 
təhlükəsidir. Bu konsepsiyanın fəal tərəfdarlanndan 
olan A.İ.Şendrik E.Kanhn "mədəniyyət yaradıcılığı 
insanın ən ali məqsədidir"  fikrini davam etdirərək 
mədəniyyətin ən ali  məqsədinin mənəvi insan ya­
ratmaqdan  ibarət  olduğunu  qeyd  edir.  "Beləliklə 
mədəniyyəti  dağıtmaqla,  biz bəşəriyyəti onun son 
məqsədindən məhrum edirik və onu  mənəviyyata 
qədərki  vəziyyətində  qalmasına  məhkum  edi­
rik"  [171,  293].  Hazırda həyata keçirilən  qloballaş­
ma  variantı, onun nəzərincə, staqnasiyaya və milli 
mədəniyyətlərin ölümünə gətirib çıxarır.
Milli  mədəniyyətlərin,  mədəni  müxtəlifliyin 
qoruyub  saxlanılması  bəşəriyyətin  mütərəqqi 
inkişafının əsas şərt olması bu gün hamının qəbul 
etdiyi  aksiom  olmalı  və  bu  vəzifənin  həyata 
keçirilməsinə çalışmalıdır.
2011-ci  il  oktyabrın  10-11-də  Bakıda  "XXI  əsr: 
ümidlər və  çağınşlar"  devizi ilə keçirilmiş  və bey­
nəlxalq səviyyədə böyük əks-səda  doğurmuş  Bey­
nəlxalq  Humanitar  Forum  dünyada  baş  verən 
bir  sıra  problemlərlə  yanaşı  qloballaşma  prosesi­
ni  və  onun  yaratdığı humanitar problemləri  geniş 
müzakirə  etmişdir.  Forumun  qəbul  etdiyi  Bəyan­
namədə  qloballaşmanın  yalnız  və  yalnız  hamının 
bütün  müxtəlifliyi  ilə  ümumən  bəşəriyyətə  mən- 
subluğuna  əsaslanan  ortaq  gələcəyinin  formalaş- 
dınlması  istiqamətində  genişmiqyaslı  və  ardıcıl
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə