Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə23/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

cəmiyyətində  az da  olsa  öz milli-mədəni mənsu­
biyyəti  haqqında təsəvvürlərə malik olmayan in­
sanların, "dünya vətəndaşı" ideyası ilə çıxış edən 
"manqurtların"  mövcudluğu  bu  böhranın  Azər­
baycandan da yan keçmədiyini sübut edir.
Bu böhranınbariz göstəricilərindən biri də milli 
dillərin statusunun aşağı düşməsi, mədəniyyətlər 
arası ünsiyyətin yeganə  vasitəsi  kimi  ingilis  dili­
nin bərqərar olmasıdır.
Dilin  mədəniyyətin  inkişafında  əhəmiyyətli 
rolu  danışılmazdır.  Dil  mədəniyyətdə  müxtəlif 
funksiyalar  yerinə  yetirsə  də  onun  əsas  funksi­
yası  kommunikativ funksiyadır.  Dilsiz insanlann 
ünsiyyəti  mümkün  deyildir.  Mədəniyyət  də  in­
sanların  ətraf mühitə  adaptasiyasının  əsas  üsulu 
kimi  kommunikativ  xarakter  daşıdığından  dillə 
mədəniyyət  arasında  qarşılıqlı  əlaqə  də  təbii  və 
qırılmazdır. Hər mədəniyyət öz dil sisteminə ma­
likdir ki,  onun köməyi ilə mədəniyyətin daşıyıcı­
ları bir-birləri  ilə ünsiyyət qururlar.  Dilin özü  də 
həmçinin  mədəniyyətin  tərkib  hissəsi  kimi  onun 
nəsildən-nəslə  ötürülən  daşıyıcısı  rolunda  çıxış 
edir. Dil təkcə insanı əhatə edən real dünyanı de­
yil, həmçinin xalqın mentalitetini, milli xarakteri­
ni, adət-ənənələrini, mənəvi normalar və dəyərlər 
sistemini  əks etdirən güzgüdür.  O mədəniyyətin 
xəzinəsi  rolunda  çıxış  edir,  xalqın  topladığı  bü­
tün biliklər, vərdişlər, maddi və mənəvi dəyərlər 
onun dil sistemində -  folklorunda, yazılı və şifahi 
nitqində mühafizə olunur. O eyni zamanda insan
Sevda Ağamirzə qızı Əhədova
16
şəxsiyyətinin formalaşdıran mədəni alətdir. Məhz 
onun vasitəsilə  insan öz xalqının mədəniyyətini, 
mentalitetini,  adət-ənənələrini,  eləcə  də,  dünya­
nın mədəni obrazım qavrayır.
Bəşəriyyətin  mədəni-dil  müxtəlifliyinin  qə­
dim  tarixi  olsa  da,  dilin  mühüm  kommunikativ 
vasitəyə  çevrilməsi  yalnız  etnoslararası,  xalqla- 
rarası  ünsiyyət  vasitəsi  olan  dillərin  yaranması 
sayəsində mümkün olmuşdur. Müxtəlif dövrlərdə 
beynəlxalq ünsiyyət vasitəsi rolunu akkad, qədim 
yunan, latın dilləri oynamış, bu dillərdə elmi-tex­
niki  terminologiya  yaranmışdır.  Hazırda  inkişaf 
etmiş  dillərin  tərkibindəki  elmi-texniki  termino­
logiyanın 85%-ni qədim yunan və latın dillərinin 
leksik  bazasında  yaranmış  terminlər  təşkil  edir 
[157, 63-64].
XVII  əsrin  ortalarından  XX  əsrin  ortalarına 
qədər  mədəniyyətlərarası  ünsiyyət,  mədəniyyət 
dili  rolunu  fransız  dili  oynamış,  mədəniyyətə 
aid  əksər  sözlər  bu  dildən  alınmışdır.  Nəhayət, 
XX  əsrin  ortalarından  başlayaraq  beynəlxalq  və 
mədəniyyətlərarası  ünsiyyətdə  əsas  yeri  ingilis 
dili tutmuşdur. İngilis dilinin beynəlxalq ünsiyyət 
vasitəsinə  çevrilməsi  ilə  dünya  qlobal  bilinq- 
vizm  (ikidillilik)  (ana  dili  +  ingilis  dili)  dövrünə 
qədəm  qoymuşdur.  Bu  dilin  dünya  dillərinə  və 
mədəniyyətinə qlobal təsiri artıq heç kimdə şübhə 
doğurmur.
Dillə  mədəniyyət  arasında  münasibət  tamın 
və  hissələrin  münasibəti  kimi  qəbul  edilir.  Dil 
‘T?
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


mədəniyyətin həm komponenti, həm də aləti kimi 
nəzərdən keçirilir.  Eyni zamanda dil bütövlükdə 
mədəniyyətlə  müqayisədə  nisbətən  müstəqil, 
semiotik  sistemdir.  Dilin  ən  mühüm  xüsusiy­
yətlərindən biri  onun universallığıdır,  məhz belə 
universallıq  dilə  həm  mədəniyyətdaxili,  həm  də 
mədəniyyətlərarası  ünsiyyəti  həyata  keçirməyə, 
qarşılıqlı  anlaşmanı  təmin  etməyə  imkan  verir. 
Eyni zamanda həm  mədəniyyətdə,  həm də dildə 
milli  komponent  aparıcı  yer  tutmaqda  davam 
edir.
Müxtəlif hesablamalara  görə  də bu gün dün­
yada  330  mln-dan  450  mln-a  yaxm  insan  ingilis 
dilindən öz ana dili kimi, 235 т ю . 350 т ю . yaxm 
insan  isə  ikinci  (dövlət)  dil  kimi  istifadə  edir. 
Ümumilikdə  1,2-1,5  milyard  insan  (bəşəriyyətin 
V* hissəsi) bu dildə öz fikrini ifadə etməyi bacarır. 
İngilis dili beynəlxalq təşkilatlarm 85%-də işçi dil 
kimi istifadə olunur, bu dildə elmi ədəbiyyatın 88% 
nəşr edilir. İnternet materiallarının 80%-i bu dildə 
yayılır.  İngilis  dili  reklamda,  kütləvi informasiya 
vasitələrində,  beynəlxalq  turizmdə,  beynəlxalq 
siyasi,  mədəni  əlaqələrdə,  elm  və təhsildə  aparı­
cı mövqe tutur.  Dünyanın 70-dən çox dövlətində 
rəsmi  dil statusuna malik юgilis dili  100-dən çox 
ölkədə əsas xarici dil kimi öyrənilir. Bu faktlar ю- 
gilis dilinin qlobal dil rolunu oynadığını bir daha 
təsdiq edir [185, 5-17].
İngilis diHran belə sürətlə yayılması bəşəriyyət 
qarşısında  məhdudiyyətsiz informasiya  mübadi-ı
Sevda Ağamirzə qızı Əhədova
ləsi  baxımından  geniş  perspektivlər  açır.  Ancaq 
qlobal dil bir sıra aşkar üstünlüklərlə yanaşı mü­
əyyən  təhlükələr  də  yaradır  ki,  bu  sırada  kiçik 
dillərin  və  bəlkə  də  digər  dillərin  itməsi,  başqa 
dilləri  öyrənmək meylinin azalmasını  göstərmək 
olar.  Digər  dillər,  hətta  BMT-m  rəsmi  dilləri  be­
lə  öz  əhəmiyyətini  itirir,  onların  yayılma  arealı 
daralır.  İngilis  dilinin  belə  sürətlə  inkişafı  milli 
dillərin  strukturuna,  lüğət  ehtiyatına  mənfi  təsir 
göstərməklə birbaşa olaraq mədəniyyətin gələcək 
taleyinə də mənfi təsir göstərir. Nəzərə almaq la­
zımdır  ki,  milli  şüurun,  özünüdərkin  inkişafın­
da  dil  əsas  vasitələrdən biri  olaraq qalmaqdadır. 
Dövlət  dilini  qorumaq  hər  bir  dövlətin  mühüm 
siyasi-ideoloji,  milli-tarixi  maraqlarından  biridir 
[33,  596].  Etiraf  etməliyik  ki,  bütün  dillər  kimi 
Azərbaycan dili də bu gün həm ölkənin daxilində, 
həm  də  xaricmdə  ingilis  dilmin  güclü  təsirinə 
məruz qalmaqdadır.  Bu  özünü hər şeydən əvvəl 
doğma dilimizdə ingilis dilindən alınma sözlərin 
məqbul  sayılmayacaq  dərəcədə  artmasında, 
dövlət  dili  haqqında  qanunvericiliyin  əksinə 
olaraq  küçə  reklamında,  elanlarda,  obyekt  və 
müəssisələrin  adında  ingilis  dilindəki  sözlərdən 
geniş istifadə olunmasında və s. özünü göstərir.
Dil  təkcə  ünsiyyət  vasitəsi  kimi  çıxış  etmir, 
o  dövlətin  milliliyinin,  müstəqilliyinin  əsas  gös­
təricilərindən  biri, 'milli-mədəni  dəyərlərin  əsas 
daşıyıcısı sayılır.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə