Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə11/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

loji mənzərə yaranmışdır.
Planetin intellektual və informasiya simasımn 
formalaşmasında  internetin  siyasi  rolu  getdikcə 
artmaqdadır.  Bu  gün  ümumdünya  "hörümçək 
torunun" saytlarının təqribən 70%-i ABŞ-da yara­
dılır,  ingilis  dili  isə  internetin  həm  işgüzar,  həm 
də əyləncə dilidir (bütün kommersiya saytlarının 
96%-i  ingilis  dilində hazırlanmışdır -  S.Ə.)  [117]. 
Bu  isə dünya  auditoriyasının ABŞ-m güclü infor­
masiya təsiri altında olduğunu təsdiq edir.
Əlbəttə,  beynəlxalq  mədəni  sahədə  ABŞ- 
ın  hegemoniyası  heç  də  həmişə  planlı  xarak­
ter  daşımır.  Etiraf  etmək  lazımdır  ki,  Amerika 
kütləvi  mədəniyyəti  qloballaşan  dünyanm  əksər 
subyektləri  üçün  cəlbedici  olduğundan  onun 
nəticələrinə  baxmayaraq  həvəslə  qəbul  edirlər. 
Ənənəvi  siyasi  elitaların  milli  xüsusiyyətləri 
nəzərə  almadan  Amerika  dəyərlərini  kor-koranə 
qəbul  etmələri  bir  çox  hallarda  ağır  nəticələrə 
gətirib  çıxarır.  Faktik  olaraq  kütləvi  mədəniyyətə 
yalnız  iqtisadi  gerilik  ucbatından  qlobal  dünya­
dan  təcrid  olunmuş  ənənəvi  milli  mədəniyyətə 
malik  ölkələr  müqavimət  göstərə  bilirlər.  Hətta 
güclü mədəni ənənələri olan, inkişaf etmiş ölkələr 
(Fransa, Almaniya,  Rusiya)  xarici  kütləvi  mədəni 
təsirdən  kənarda'  qala  bilmirlər.  Baxmayaraq  ki, 
onlar  öz  milli  mədəniyyətlərini  qorumaq,  qlobal­
laşma  şəraitində  onun  üçün  daha  əlverişli  mühit 
yaratmaq  üçün  daha  çox  iqtisadi  və  inzibati  im­
kanlara malikdirlər.
Sevda Ağamirzə qızı Əhədova
Lakin  onu  da  vurğulamaq  lazımdır  ki,  qlo­
bal  informasiya  məkanına  qərb  mədəniyyətinin 
güclü təsiri mədəni eyniləşməyə və milli identik- 
liyin məhvinə  gətirib  çıxarmamışdır. Söhbət  yal­
nız  qərbləşmənin  təsiri  altında  milli  identikliyin 
qismən  deformasiyaya uğramasından gedə bilər. 
Əksinə, son vaxtlar bu proses çoxvektorlu  istiqa­
mətdə  inkişaf  etməkdədir.  Dünyada  miqrasiya 
axınının artması,  qərb ölkələrində immiqrant di­
asporlarının  rolunun  güclənməsi  onların  bir  za­
manlar monolit olan qərb identikliyinə təsirini də 
artırmışdır [160,107]. Hətta Amerikanın özü belə 
uzun  müddət  Qərbi Avropa mədəniyyətinin üs­
tün  olduğu  ölkə  statusunu  itirməkdədir.  ABŞ-ın 
Avropa  mənşəli  əhalisinin  sayı  Latın  Amerikası 
və  Asiyadan  köçüb  gələnlər,  onların  doğum 
səviyyəsinin  yüksək  olması  sayəsində  getdikcə 
aşağı  düşməkdədir.  Bu  baxımdan  "ABŞ-m  dün­
ya  mədəni  inqilabının  yeganə  yaradıcısı"  olma­
sı  haqqında  tezisin  özünü  tam  doğrultmadığını 
göstərmək olar.
2000-ci  ildə  YUNESKO-nun  himayəsi  altında 
qloballaşmanın  dünya mədəniyyətlərinin  inkişa­
fına təsirinin müxtəlif aspektlərini araşdıran eks­
pert qrupu mədəniyyət sahəsində qlobal meylləri 
dramatikləşdirməyə  əsas  olmadığını  bəyan  et­
mişdir.  Qloballaşmanın  dünya mədəniyyətlərinə 
həm  də  müsbət  təsirini  vurğulayan  ekspertlər 
qeyd  etmişlər  ki,  qloballaşma  ayrı-ayrı  fərdlər, 
birliklər, mədəniyyətlər, xalqlar və sivilizasiyalar
Müasir dünyada mədəniyyatlərarası münasibətlər


arasında tərəfdaşlığın, mübadilə və əməkdaşlığın 
yeni formalarının təşəkkül tapmasına şərait yara­
dır,  bununla  da  mədəniyyətlərin  inkişafı  və  qar­
şılıqlı zənginləşməsi üçün yeni imkanlar yaradır, 
mədəni qapalılığı aradan qaldırır [206, 5].
Qərb mədəniyyətinin gələcəyi ilə bağlı bədbin 
proqnozlara  hətta  S.Hantinqton,  Z.Bjezinski  kimi 
qərbçi analitiklərinin  yazılarında belə  rast gəlmək 
olar. S.Hantinqton qərb sivilizasiyasının böhranın­
dan, qeyri-qərb sivilizasiyalarınm üstün mövqe qa- 
zanmağından  [212],  Z.Bjezinski isə Amerika  stan­
dartlarına  qarşı  dünyada  mənfi  əhval-ruhiyyənin 
yaranmasından  danışırlar  [88].  Hətta  ABŞ-ın  ən 
yaxın  müttəfiqi  olan  Böyük  Britaniya  əhalisinin 
50%-i Amerikanın hədsiz təsirinə qarşı çıxış edərək 
ənənəvi Britaniya qaydalarının möhkəmləndirməsi 
tələb edirlər [88,238]. YUNESKO-nun mədəniyyətə 
dair  ümumdünya  məruzəsində  (2000-ci  il)  də  va­
hid  dünya  mədəniyyətinin və ya  vahid  sivilizasi­
yaların yaranması, unifikasiya erasının başlanması 
haqda  bəyanatların  əsassız  olduğu  göstərilir  [99,
14]-
Beləliklə,  dünya  mədəniyyətlərinin inkişafına 
dair  bədbin  ssenarilər  -   KİV-də  yeni  texnologi­
yaların yayılması, kütləvi mədəniyyətin və əyləncə 
sənayesinin  yayılması,  tənzimləyici  mədəni  və 
mənəvi baza dəyərlərinin aşmması yolu ilə texno­
loji  münasibətlərin  mədəni  münasibətləri  üstələ­
məsi  və  s.  qloballaşmanın  dağıdıcı  təsirlərini 
əsassız  olaraq  dramatikləşdirirlər.  Bu  pessimist.
Sevda Ağamirzə qızı Əhədova
48
mülahizələrin  yaranmasının  əsas  səbəblərindən 
biri  də  qloballaşmanın  bir  çox  konstruktiv  təsi­
rinin (mədəni mübadilələrin fəallaşması, müxtəlif 
mədəniyyətlərin,  milli  birliklərin  və  sivilizasi­
yaların  nümayəndələrinin  arasında  humanitar 
təmasların  intensivləşməsi  və  s.)  nəzərə  alın­
maması  ilə  əlaqədardır.  Dünya  mədəniyyətinin 
qarşılıqlı  zənginləşməsi  və  inkişafı  baxımından 
qloballaşma  bir  çox  pozitiv  potensiala  malik­
dir.  Əlbəttə,  bu  zaman  qloballaşmanın  ayrı-ayrı 
mədəniyyətlərə  mənfi  təsiri,  o  cümlədən,  qlobal 
proseslərə  beynəlxalq  nəzarətin  olmaması  kimi 
meylləri nəzərə almamaq da mümkün deyil.  •
Qlobal  mədəni  proseslər kontekstində  mədə­
niyyət amilinin iqtisadi inkişafa təsiri məsələsinə 
də münasibət bildirilməsi zəruriliyi yaranmışdır.
Üçüncü  dünya  ölkələrinin  iqtisadi  geriliyinin 
əsas  səbəbi  kimi  bəzi  qərb  müəllifləri  onları  mil­
li  mədəniyyəti  və  ənənələri  ilə  bağlayaraq  Latın 
Amerikası,  Asiya,  Afrikanın  bir  çox  ölkələrində 
iqtisadi və siyasi modernləşmənin uğursuzluğunu 
onların  öz  ənənəvi  mədəniyyətlərinə  sadiqliyi  ilə 
bağlamağa cəhd  göstərir [201].  Əslində açıq-aşkar 
irqçi mahiyyət kəsb edən bu konsepsiya mədəniy­
yətlərin  müstəsnalığı  ideyasma  əsaslanan  və  si­
yasi  baxımdan  çox  təhlükəli  mədəniyyətlərarası 
münaqişə  mənbəyi  hesab  edilmişdir.  Əksinə, 
bir  sıra  ölkələrin  (Çin,  Yaponiya,  Çili,  Türkiyə, 
"Asiya  pələngləri"  və  s.)  iqtisadi  sahədə  qazan­
dığı  uğurlar  ənənəviliklə  modemizasiyanın  üzvi
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə