Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə179/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   172   173   174   175   176   177   178   179   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



533 

Şəri hökmünü bilmədən zina və oğurluq edib, şərab 

içən şəxs haqqında 

Sual 39: Əgər bir şəxsi  İslama dəvət edəriksə  və  o qəbul edər, fəqət daha sonra 

içki  içib,  zina  və  ya  oğurluq  edərsə  ki,  daha  öncə  bunların  cəza  hökmündən 

xəbərsiz idi, bu halda ona cəza verilməlidir mi?  

Cavab: Muhəmməd bin Müslim nəql edir ki, İmam Baqir  (ə.s) buyurub: “Xeyr. Bir 

halda ki, əgər şahidlər qalxıb onun daha öncə bu haramları bildiyinə şahidlik etmiş 

olmasınlar.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 248. hədis. 12 

Sual 40: Əgər bir şəxs İslamı qəbul edər, fəqət müsəlman olmayan bir məntəqədə 

yaşayarsa  ki,  oranın  əhli  içkini  halal  bilirlər  və  İslamı  qəbul  edən  bu  şəxs  də 

daha öncə şərabın haram olduğunu bilməyib içki içmiş olarsa, cəzası nədir?  

Cavab:  Əbu  Bəsir  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Əmirəl-möminin  Əli  

(ə.s)  bir  məsələdə  elə  bir  qəzavət  etmişdir  ki,  hansı  ki,  ona  qədər  heç  kəs  belə  bir 

hökm  çıxarmamışdır.  Bu  onun    (ə.s)  Peyğəmbərdən    (s)  sonra  yaranan  məsələ 

üzərindəki  ilk  qəzavəti  idi.  Peyğəmbər    (s)  vəfat  etdikdən  sonra  xilafət  məsələsi 

Əbu Bəkrə (l.ə) keçdi. Onun hüzuruna içki içən bir kişini gətirdilər. Əbu Bəkr (l.ə) 

ondan  soruşdu:  “Sən  içki  içmisən  mi?”  O  dedi:  “Bəli.”  Əbu  Bəkr  (l.ə)  soruşdu: 

“Niyə, axı içki haram buyurulmamışdır?” O dedi: “Mən İslamı yeni qəbul etmişəm 

və  evim  də  dağların arasındaki bir vadidədir ki, oranın  əhli içkini halal bilirlər və 

mən  də  daha  öncə  içkinin  haram  olmasının  hökmünü  bilmirdim.”  Əbu  Bəkr  (l.ə) 

bunları duyunca üzünü Ömərə (l.ə) tutaraq dedi: “Ey Əbu Həfsə! Bunun barəsində 

nə  deyirsən?”  Ömər  (l.ə)  dedi:  “Çətin  sualdır.  Bunu  ancaq  Əbəl-Həsən  (ə.s)  deyə 

bilər.”  Əbu  Bəkr  (l.ə)  şərab  içən  kişiyə  Əlini  (ə.s)  çağırmasını  əmr  etdi.  Ömər  (l.ə) 

dedi: “Ən yaxşısı, mühakimə elə onun evində olsun.” Beləcə onlar qalxaraq Əlinin 

(ə.s)  evinə  gəldilər  ki,  o  zaman  Səlman  Farisi  də  oradaydı.  Məsələni  Əliyə  (ə.s) 

danışdıqlarında Əli  (ə.s) mühacir və ənsarların toplanmasını əmr etdi. Toplantı baş 

tutduqdan sonra isə Əli  (ə.s) onlardan, daha öncə şərabın haram olma ayəsinin bu 

kişiyə  xəbər  verilib-verilməməsinə  şahid  olub-olmadıqlarını  soruşdu  və  dedi: 




ahmedalhasan313.wordpress.com 

534 


“Əgər  bu  kişiyə  şərabın  haram  edilmə  ayəsi  oxunmamışdısa  və  o  da  daha  öncə 

bundan  xəbərsiz  idisə,  onun  üzərində  heç  bir  günah  yoxdur.”  Beləcə,  mühacir  və 

ənsarlardan  (şərab  içənin  daha  öncə  ayədən  xəbərdar  olmasına  dair)  heç  kəs 

şahidlik etmədi.  Əli    (ə.s)  kişinin azad edilməsi hökmünü verdi. Əbu Bəkr  (l.ə)  də 

əmr  etdi  ki,  kişini  buraxsınlar.  Mühakimədən  sonra  Səlman  Əliyə    (ə.s)  buyurdu: 

“Sən onları haqqa yönəltdin.” Əli  (ə.s) isə cavabında: “Mən sadəcə onlara özümlə 

onlar  arasında  olan  bu  ayəni  xəbər  vermək  istədim”:  [Elə  isə  deyin  görək  haqqa 

yönəldən  kəs  arxasınca  gedilməyə  daha  çox  layiqdir,  yoxsa  özünə  doğru  yol 

göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? ! Necə mühakimə edirsiniz? ! 

]. (Yunus 35)  

Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 249. hədis. 4 

Cəzaya görə əfv etmək haqqında 

Sual  41:  Əgər  bir  şəxs  oğurluq  zamanı  tutularsa  və  bu  məsələ  İmama    (ə.s) 

yetişdikdə,  İmam    (ə.s)  onun  əlinin  kəsilməsinə  əmr  verərsə,  bu  təqdirdə 

oğurlanan  malın  sahibi  İmamın    (ə.s)  hüzurunda  oğrunu  əfv  edib,  cəzanı  onun 

üzərindən qaldıra bilər mi?  

Cavab:  Həlabi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Səhvan  bin  Ümeyyə 

Məscidül-Haramda  uzanmışdı.  Daha  sonra  əbasını  orda  qoyaraq,  su  içmək  üçün 

bayıra çıxdı. Qayıtdığında əbasının bir şəxs tərəfindən oğurlandığını aşkar etdi və; 

“Əbamı  kim  oğurladı?  "-deyə  soruşdu.  Cavab  verilməyincə  isə,  axtararaq  əbasını 

oğurlayan  şəxsi  tapdı.  Oğrunu  Allah  Rəsulunun    (s)  hüzuruna  gətirdikdə,  o  (s) 

buyurdu:  “Onun  əlini  kəsin!”  Bu  zaman  Səhvan  dedi:  “Ya  Rəsulullah!  Onun  əlini 

mənim  əbama  görə  mi  kəsirsiniz?  "Allah  Rəsulu    (s)  buyurdu  ki;  “Bəli.”  Səhvan 

dedi: “Elə isə mən əbamı ona bağışladım. (Onu cəzalandırmayın)” Peyğəmbər  (s) 

buyurdu:  “Bunu  məsələ  mənə  yetişməzdən  öncə  etmiş  olsaydın,  cəzanın  qarşısını 

almış  olardın.”  Ravi  deyir,  soruşdum:  “İmam  (cəza  hökmü  vermək  üçün) 

cinayətkarın  onun  hüzuruna  gətirilməsində,  Peyğəmbərə    (s)  şərikdir  mi?”  İmam  

(ə.s) buyurdu: “Bəli.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 251. hədis. 2 



                            ahmedalhasan313.wordpress.com 

 

 



535 

Sual 42: Bəs əgər oğurlanan malın sahibi oğrunu, məsələ İmama (ə.s) yetişmədən 

öncə əfv edərsə, bu halda oğru cəzalandırılmalıdır  mı?  

Cavab:  Həlabi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Xeyr  (cəzalandırlmaz) 

(Əksinə) bu gözəldir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 251. hədis. 2 

Cəzanın tətbiq olunmasına mane olmaq haqqında 

Sual 43: Üzərinə vacib cəza gəlmiş bir şəxsin cəzasına mane olmaq olar mı?  

Cavab:  Muhəmməd  bin  Qeys  nəql  edir  ki,  İmam  Baqir    (ə.s)  buyurub: 

“Peyğəmbərin    (s.ə.v.v)  zövcəsi  olan  Ümmü-Sələmənin  (s.ə)  insanlardan  oğurluq 

edən  bir  kənizi  vardı.  Onu  Peyğəmbərin  (s.ə.v.v)  hüzuruna  gətirdilər  və  Ümmü-

Sələmə  (s.ə)  onun  cəzasından  keçməsi  üçün  Peyğəmbər    (s)  ilə  danışdı.  Fəqət 

Rəsulullah    (s)  buyurdu:  “Ey  Ümmü-Sələmə!  Bu  Allahın  hədlərindən  olan  bir 

həddir ki, üzərindən keçmək olmaz.” Peyğəmbər (s.ə.v.v) o kənizin əlini kəsdirdi.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 254. hədis. 2 

Məsni əl-Hənnat nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Allahın Rəsulu  (s.ə.v.v) 

Usamə  bin  Zeydə  belə  buyurdu:  “Ey  Usamə!  Cəzanın  tətbiq  olunmasına  qarşı 

çıxma. (Və ya: Cəzanın tətbiq olunmasına mane olma! )”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 254. hədis. 4 

 İmanından və ya dinindən dönmüş şəxsin cəzası 

Sual  44:  Daha  öncə  müsəlman  olub  sonradan  dinindən  və  imanından  dönən 

şəxsin cəzası nədir?  

Cavab: Muhəmməd bin Müslim nəql edir ki, İmam Baqir  (ə.s) buyurub: “Hər kim 

İslamdan  üz  çevirər,  Muhəmmədə    (s.ə.v.v)  nazil  olana  iman  etməkdən  üz 

döndərərsə,  onun  (sonrakı)  tövbəsi  qəbul  edilməz.  Onun  həyatdan  məhrum 

edilməsi və zövcəsinin onunla boşanması vacib olar. Ondan geriyə qalan qəniməti 

isə övladları arasında bölünər.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 256. hədis. 1 


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə