ahmedalhasan313.wordpress.com
530
etmiş bir şəxsi gətirdilər və o (ə.s), onun (sağ) əlini kəsdi. Daha sonra onu ikinci
dəfə (etdiyi oğurluğa görə) gətirdilər və Əli (ə.s) onun çarpaz olan (yəni sol)
əyağını kəsdi. Daha sonra onu üçüncü dəfə gətirdilər və İmam (ə.s) onu ömürlük
zindana ataraq, ona müsəlmanların beytül-malından ayırdı. O (ə.s) buyurdu:
“Allah Rəsulu (s.ə.v.v) belə edərd və mən onun (s) etdiyinin əksinə
getməyəcəyəm.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 223. hədis. 5
Sual 30: Bir şəxs oğurluq edib və o oğurluq edərkən tutulmayıb. Eyni oğurluğu
ikinci dəfə də etdiyində yenə də tutulmamışdır. Nəhayət üçüncü dəfə oğurluq
etdikdə tutuldu. Daha sonra şahidlər çıxaraq onun əvvəlki və sonuncu
oğurluğuna şahidlik etdilər. Bu təqdirdə oğrunun şəri hökmlə cəzası nə olacaq?
Cavab: Bukeyr bin Əyan nəql edir ki, İmam Əbu Cəfər (ə.s) buyurub: “Vacibdir ki,
birinci oğurluğuna əsasən əli kəsilsin. Sonuncu oğurluğuna görə isə ayağı
kəsilməməlidir.” Soruşdular: “Bu necə olur?” İmam (ə.s) buyurdu: “Çünki,
şahidlərin hamısı onun birinci və sonuncu oğurluğuna bir anda şəhadət etdilər, ta
onun birinci oğurluğundan dolayı əlinin kəsildiyi vaxta qədər. Amma əgər birinci
oğurluğunda tutulmuş olsaydı və şahidlər onun birinci oğurluğuna şəhadət
etsəydilər bu halda əli kəsilərdi və daha sonrakı, ikinci oğurluğunda tutulmasından
dolayı olan şahidliklərində isə mümkündür ki, ayağı da kəsilmiş olardı.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 224. hədis. 12
Sual 31: Əlin və ayağın kəsilməsində hansı qaydaya riayət etmək lazımdır?
Cavab: İshaq bin Əmmar nəql edir ki, İmam Kazım (ə.s) buyurub: “Oğrunun əli
baş barmaq və biləkciyinin saxlanılması şərti ilə kəsilər. Ayağı isə onun arxa
hissəsinin (yəni dabanının) saxlanılması şərti ilə kəsilər.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 224. hədis. 13
Sual 32: Hər iki əli iflicli olduğu halda oğurluq edən kəsin cəzası nədir?
ahmedalhasan313.wordpress.com
531
Cavab: Abdullah bin Sinan nəql edir ki, İmam Sadiq (ə.s) buyurub: “Hər bir halda
oğrunun sağ əli kəsilir.”
Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 226. hədis. 16
İşçi və qonağın etdikləri oğurluq
Sual 33: Bir şəxs evinə işçi təyin etmişdir ki, daha sonra o işçi işlədiyi evdən
oğurluq etmişdir. Bu halda işçinin əli kəsiləcəkmidir?
Cavab: Süleyman bin Xalid nəql edir ki, İmam Sadiq (ə.s) buyurub: “Xeyr. O, o
kəsdir ki, ona etimad edilib və o oğru deyil, xəyanətkardır.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 227. hədis. 3
Sual 34: Qonaq olan bir şəxs oğurluq etdiyində əli kəsilər mi və ya qonağın
qonağı oğurluq etmiş olsa cəza hökmü nədir?
Cavab: Muhəmməd bin Qeys nəql edir ki, İmam Baqir (ə.s) buyurub: “Əgər qonaq
oğurluq edərsə, (ona etimad olunduğundan cəza tədbiri olaraq) əli kəsilməz.
Amma əgər qonaq yad bir evə başqa bir qonağı dəvət edər, və o da evdən oğurluq
edərsə, bu halda qonağın qonağının əli kəsilər.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 228. hədis. 4
Sual 35: Əgər iki nəfər səfər boyu yoldaşlıq edərlərsə, fəqət onlardan biri
digərinin malını oğurlayıb qaçarsa, oğrunun əli kəsilər mi?
Cavab: Əbu Bəsir nəql edir ki, İmam Əbu Cəfər (ə.s) buyurub: “Bu xəyanətdir və
onun əli kəsilməz. Amma oğurluğuna və xəyanətinə əsasən izlənilməlidir.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 228. hədis. 6
Sual 36: Bəs əgər bir şəxs atası, qardaşı və ya bacısından oğurluq edərsə, cəza
ehkamı olaraq əli kəsilər mi?
Cavab: Əbu Bəsir nəql edir ki, İmam Baqir (ə.s) buyurub: “Onun əli kəsilməz.
Çünki
oğula
atasının
evinə
girməyində
qadağa
qoyulmamışdır.
Bu
xəyanətkarlıqdır. Eynilə də əgər o qardaşının və bacısının evindən oğurluq edərsə
(əlləri kəsilməz) Əgər ki, onların evinə daxil olmasında qadağa yoxdursa.”
ahmedalhasan313.wordpress.com
532
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 228. hədis. 6
Qəhətlik və aclıq illərində edilən oğurluq
Sual 37: Aclıq və ya qəhətlik illərində oğurluq edən şəxsin cəza tədbiri olaraq əli
kəsilər mi?
Cavab: Səkuni nəql edir ki, İmam Əba Əbdillah (ə.s) buyurub: “Qəhətlik və aclıq
illərində oğrunun əli kəsilməz.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 231. hədis. 2
İmam Sadiq (ə.s) buyurub: “Əmirəl-möminin Əli (ə.s) aclıq illərində oğrunun əlini
kəsməzdi.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 231. hədis. 3
Allaha və Rəsuluna (s.ə.v.v) qarşı çıxanların cəza
əhkamı
Sual 38: Allaha (s.v.t), Rəsuluna (s) və Əhli-beytə (ə.s) qarşı çıxanların və onlarla
döyüşə qalxanların cəzası nədir?
Cavab: Cəmil Dərrac nəql edir ki, İmam Sadiq (ə.s) Allahın (s.v.t): [Allaha və Onun
Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy
göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əllərini və
ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir.
Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır... ]. (əl-Maidə 33) -ayəsinin təfsirində
buyurdu: “Bu (cəzaların seçimi) İmama məxsusdur. Əgər istərsə əl və ayağını
kəsər, istərsə çarmıxa çəkər və ya sürgün edər və istərsə də öldürər.” Ravi deyir,
soruşdum: “Sürgün edilmə haradan haraya edilir?” İmam (ə.s) buyurdu: “Bir
şəhərdən başqa bir şəhərə. Necəki, Əli (ə.s) iki nəfəri Kufədən Bəsrəyə sürgün
etmişdir.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 245. hədis. 3