Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə173/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   169   170   171   172   173   174   175   176   ...   180

ahmedalhasan313.wordpress.com 

514 


Nisa təvafı 

Sual 97: Nisa təvafının vacib olmasında əsas səbəb nədir?  

Cavab:  İshaq  bin  Əmmar  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Əgər  Allah 

(s.v.t)  nisa  təvafının vacibliyi səbəbi ilə  insanlara rəhmətini nazil etmiş  olmasaydı, 

onda kişi öz zövcəsinin yanına dönərdi. Amma zövcəsi ona məhrəm olmazdı.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 513. hədis. 3 

Sual 98: Yaşlı  kişi  üçün  öz yaşlı  qadınından ötrü və  onların hər ikisi  üçün  nisa 

təvafını yerinə yetirmələri vacibdir mi? 

 Cavab:  Hüseyn  bin  Əli  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurdu:  “Bəli.  Onların 

hamısına təvaf vacibdir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 513. hədis. 4 

Müqəddəs hərəmlərdə tam qılınan namazların 

müstəhəbliyi 

Sual  99:  Məscidül-Həramda  və  Məscidi-Nəbəvidə    (s)  fərz  namazlarını  tam 

qılmaq caizdir mi?  

Cavab:  İbrahim  bin Şeybə  nəql  edir  ki,  İmam  Cavad    (ə.s)  cavabladı:  “Peyğəmbər 

(s.ə.v.v) bu iki müqəddəs yerdə çoxlu sayda namaz qılmağı çox sevərdi. Odur ki, o 

yerlərdə çoxlu namaz qıl və (fərz olan) namazlarınıda tam şəkildə qıl.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 524. hədis. 1 

Sual  100:  Müsafir  olsam  belə  Məkkə  və  Mədinə  hərəmlərinə  daxil  olduğumda 

orada vacib namazlarımı tam olaraq qılmağım vacibdir mi?  

Cavab:  Əli  bin  Yəqtin  nəql  edir  ki,  İmam  Kazım    (ə.s)  buyurub:  “Onlarda  (vacib) 

namazlarını  tam  olaraq  qıl.  Bu  vacib  deyil  (müstəhəbdir)  Amma  mən  sənin  üçün 

özüm üçün sevdiyimi sevirəm.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 524. hədis. 3 


                            ahmedalhasan313.wordpress.com 

 

 



515 

Məscidül-Haramda qılınan namazın fəziləti  və 

(namaz qılmaq üçün) orada olan ən gözəl məkan 

Sual 101: Məscidül-Haramda namaz qılmaq üçün ən əfzəl olan yer haradır?  

Cavab:  Həsən  bin  Cəhim nəql  edir  ki,  İmam  Riza    (ə.s)  buyurub:  “Həcərül-Əsvəd 

ilə  Kəbənin  qapısı  arasındakı  məkan.”  Ravi  deyir,  soruşdum:  “Sonra  haradır?” 

İmam    (ə.s)  buyurdu:  “Məqami-İbrahimin    (ə.s)  yanı.”  Ravi  deyir,  dedim:  “Sonra 

haradır?”  İmam    (ə.s)  buyurdu:  “əl-Hicrənin  içində  və  Kəbəyə  yaxın  olan  hər 

yerdə.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 525. hədis. 1 

Sual 102: Məscidül-Haramda qılınan namazların ən az fəziləti nədir?  

Cavab:  Samit  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  Atasıdan  (ə.s)  belə  nəql  edir: 

“Məscidül-Haramda qılınan namaz yüz min namaza bərabərdir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 526. hədis. 5 

Ümrə və həcc aylarında edilən Ümrə 

Sual 103: Ümrə ziyarəti hansı aylarda olunmalıdır?  

Cavab: Yunis bin Yaqub nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Hər ayda Ümrə 

var.” (Yəni bütün aylarda oluna bilər) 

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 534. hədis. 1 

Sual 104: Həcc aylarında zəvvarın yalnız ümrətül-müfrədi tamamlayıb, ailəsinin 

yanına dönməsi caizdir mi?  

Cavab:  Abdullah  bin  Sinan  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Həcc 

aylarında  (zəvvarın)  ümrətül-müfrədi  tamamlayıb,  ailəsinin  yanına  dönməsi 

qadağan deyildir.” (“Bəli. Caizdir")  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 534. hədis. 1 

Sual 105: Ümrətüt-təməttöyə əməl edən zəvvar ilə ümrətül-müfrədəyə əməl edən 

zəvvar arasındaki fərq nədədir?  


ahmedalhasan313.wordpress.com 

516 


Cavab:  Müaviyə  bin  Əmmar  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Ümrətüt-

təməttöyə əməl edən zəvvar Həccə bağlıdır (yəni, həcci təvaf etməsi fərzdir) Fəqət 

ümrətül-müfrədəyə əməl edən zəvvar onu tamamladıqdan sonra dilədiyi yerə gedə 

bilər. Hüseyn bin Əli  (ə.s) Zil-Hiccə ayında ümrəni əməl etdi və insanların Minaya 

yollandıqları təraviyyə günü onlardan ayrılaraq İraqa doğru yollandı.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 535. hədis. 3 

Ümrənin əməl olunması fəzilətli olan aylar 

Sual 106: Ümrənin əməl olunması fəzilətli olan aylar hansılardır?  

Cavab:  Müaviyə  bin  Əmmar  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Ümrəyə 

əməl  edən  ona  ilin  bütün  aylarında  əməl  edə  bilər  və  əməl  olunmalı  ən  fəzilətli 

ümrə-Rəcəb ayında olan ümrədir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 536. hədis. 6 

Qeyd:  Başqa bir hədisdə  isə  Ramazan ayında edilən ümrə  də  fəzilətli ümrələrdən 

sayılır.  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 536. hədis. 2 və 4-ə baxa biləsrsiz 

Sual  107:  Bir  şəxs  ümrə  üçün  birinci  ayda  ehrama  daxil  olmuş  və  ikinci  ayda 

ümrəni  tamalayaraq  ehramı  tərk  etmişdir.  Onun  əməl  etdiyi  ümrə  (onun  üçün) 

bu aylardan hansı birinə yazılacaq?  

Cavab: Əbdürrəhman bin Həccac  nəql edir ki, İmam Sadiq    (ə.s)  buyurdu: “Onun 

üçün ümrə, ona əməl etməyə niyyət etdiyi ayda yazılmış olacaq və ya bu iki aydan 

ən xeyirlisində yazılmış olacaq.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 536. hədis. 7 

Zəvvarın Ümrədə riayət etməli olduğu əməllər 

Sual 108: Ümrədə zəvvar hansı əməllərə riayət etməlidir?  

Cavab:  İmam Sadiqdən    (ə.s)  nəql  olunur  ki,  buyurub:  “Ümrəyə  əməl  edən  təvaf, 

Sai və başı keçəl qırxdırma ayinlərinə əməl etməlidir və başını keçəl qırxdırdıqdan 

sonra bir dəfə də təvaf etməlidir.”  




Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə